Qubad Ibadoğlu Türkiyənin fondlarında görüşlər keçirilib

Iqtisadi Təqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu Almaniya Marşalı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində  martın 7-dən 12-dək Türkiyədə səfərdə olub. Səfərin əsas məqsədi vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsi, şirkətlərin sosial sərmayə proqramlarının  həyata keçirilməsi, onların bizneslə qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyətlərinə dair  Türkiyə fondların və dərnəklərinin təcrübəsi ilə tanışlıq olub.  Səfər çərçivəsində Q. İbadoğlu Turkiyənin  üçüncü sektora yarıım   fondunun  (TUSEV) təşkil etdiyi çoxsylı və maraqlı tərəfdaşlarla ikitərəfli görüşlərdə və toplantılarda iştirak edib. Belə ki,  Qubad İbadoğlu martın 7-də  Turkiyənin  üçüncü sektora yarıım   fondunda  (TUSEV)  Fondunun baş katibi Namik  Ceyanoğlu və proqramlar üzrə direktoru Başak Ersen,  martın  8-də Erginkan Fondunun direktoru İlhan Üttü, Koç Fondunun prezidenti Erdal Yıldıırm  və Türkiyə təhsil könüllüləri fondunun baş direktoru Berna Çağatay və Fondun sahə planlşaşma və təşkilatlanma idarəsinin rəisi Ela Hasanoğlu,  martın 8-də Sabançı Fondunun baş direktoru Zerrin Koyunsagan  və  Fondun xarici əlaqələr şöbəsinin rəhbəri Filiz Bikmenlə, eləcə də   Türkiyə Təhsil Fondunun baş direktoru Turqut Bozkurtla  ilə  ğörüşlər keçirib və maraqli müzakiərlər aparıb.
Görüşlər zamanı Fond rəhbrləri  təhsil, sağlamlıq və mədəniyyət sahəsind gördükləri xeyriyyə işlərindən və əldə etdiyi  nəticələrdən danışblar. Görüşlərdə təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və  bu  istiqamətdə önəmli qərarlar qəbul edilib.