İqtisadi Tədqiqatlar Mərkəzi beynəlxalq reytinqdə önəmli yerlərdə

ABŞ-ın Pensilvaniya Universitetinin “Vətəndaş cəmiyyəti və analitik mərkəzlər”  proqramın 2016-c il üçün dərc etdiyi 10-cu “Qlobal beyin mərkəzləri Hesabatı”nda təmsilçisi olduğum İqtisadi Tədqiqatlar Mərkəzi tədqiqata cəlb edilmiş 6846 analitik mərkəz arasında 6 nominasiya üzrə qaliblər sırasına daxil olub.  Qiymətləndirmə nəticəsində İqtisadi Tədqiqqatlar Mərkəzi  (İTM) “Daxili iqtisadi siyasət” nominasiyasında (Top Domestic Economic Policy Think Tanks) dünyanın ən yaxşı  tədqiqat  mərkəzləri arasında  ilk yüzlüyə daxil olaraq 97-ci yeri tutub. Bu nəticə  mərkəzin 1 il bundan  əvvəlki göstəricindən 1 pillə yaxşıdır. Bu siyahıda ilk onluğa Brookings Institution (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya), National Bureau of Economic Research (NBER) (ABŞ), Cato Institute (ABŞ), Peterson Institute for International Economics (PIIE) (ABŞ), Heritage Foundation (ABŞ), Bruegel (Belçika), Center for American Progress (CAP) (ABŞ), German Institute for Economic Research (DIW) (Almaniya), Center for Social and Economic Research (CASE) (Polşa) daxil olub. 

 

Bununla yanaşı, İTM media ilə ən yaxşı  əlaqəsi olan beyin mərkəzləri arasında 56-cı olub.  Bu nominasiyada ilk beşliyi Center for Strategic and International Studies (CSIS) (ABŞ), Chatham House (Böyük Britaniya), Brookings Institution (ABŞ), Amnesty International (AI) (Böyük Britaniya) və Council on Foreign Relations (CFR) (ABŞ) tutub.

Digər bir nominasiyada - Məqsədyönlü siyasət tədqiqatları üzrə (Think Tanks with Outstanding Policy-Oriented Research Programs) dəyərləndirmədə İTM 76-cı yerdə qərarlaşıb. Bu nominasiyada ilk beşliyi ABŞ və Britaniya beyin mərkəzləri tutub: RAND Corporation (ABŞ), Chatham House (Böyük Britaniya), Brookings Institution (ABŞ), Carnegie Endowment for International Peace (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya).

Nəhayət, İTM dünyanın ən müstəqil beyin mərkəzləri arasında 123-cü yeri tutub. Bu nominasiyada ilk beşliyi yenə də məşhur ABŞ və Böyük Britaniya beyin mərkəzləri bölüşüb: Carnegie Endowment for International Peace (ABŞ), Adam Smith Institute (ASI) (Böyük Britaniya), Brookings Institution (ABŞ), Amnesty International (AI) (Böyük Britaniya), Chatham House (Böyük Britaniya).

Daha ətraflı məlumatı bu linkdən əldə etmək olar.

http://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1011&;context=think_tanks