"Azərbaycanda dövlət resusrslarından istifadənin monitorinqi və onun mütərəqi beynəlxalq təcrübəyə uyğunluğunun təşviq olunmasının vəkilliyi" mövzusunda konsfrans

Mayın 30 da Senteral Park otelində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Azərbaycanda dövlət resurslarından istifadənin monitorinqi və onun mütərəqqi beynəlxalq təcrübəyə uyğunluğunun təşviq olunmasının vəkilliyi” sahəsində aparılan tədqiqatların hesabatlarının təqdimetmə tədbiri olub. Tədqiqatlar Avropa Birliyinin maliyyə dəstəyi ilə “Seçki İslahatları üzrə beynəlxalq xidmət” (ERİS) təşkilatı və yerli tərəfdaşlar olaraq “İnsan haqları və demokratik təsisatlar” İctimai Birliyi və Qafqaz Media Araşdırmaları Mərkəzi ilə birgə həyata keçirilib.
Dəyirmi Masanın keçirilməsində əsas məqsəd iştirakçıları dövlət resurslarından istifadə sahəsində həm milli və həm də beynəlxalq təcürbə və standartlarla tanış etmək, tədqiqatın tapıntılarını, əldə edilmiş nəticələri və hazırlanmış tövsiyələri bölüşmək olub. Eyni zamanda tədbirin təşkilində məqsədlərdən biri də maraq qrupları ilə dialoq qurmaq və onların rəyini almaq, mövcud vəziyyəti dəyərləndirməkdən ibarət olub. Tədbirdə siyasi partiyaların təmsilçiləri, yerli və beynəlxalq QHT-lərin nümayəndələri, eləcə də Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak eiblər.
Tədbirdə Azərbaycanda keçirilən seçki kampaniyalarının maliyyələşdirilməsi haqqında aparılan tədqiqatın nəticələri barədə Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin təmsilçisi Rafail Hümbətov danışdı. O mövcud qanunvericiliyin ekspertizası əsasında aparılan tədqiqat barəsində məlumat verdi. Daha sonra İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu "Seçki kampaniyası dövründə inzibati (maliyyə) resurslarından istifadənin qiymətləndirilməsi" barədə danışdı. 2013 cü ilin büdcə təhlili əsasında aparılmış tədqiqat haqqında danışarkən natiq bildirdi ki, seçki dövründə təbliğat üçün qeyri bərabər mühitin formalaşması əsasən hakimiyyət resurslarından sui-istifadə nəticəsində meydana çıxıb.
Tədbir təqdimatlardan sonra müzakirələrlə davam etdi.