Beyin mərkəzlərinə “Effektiv kommunikasiya qurmaq alətləri” mövzusunda təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Effektiv kommunikasiya qurmaq alətləri” mövzusunda təlim təşkil edib. Təlimın başlıca məqsədi tərəfdaş beyin mərkəzlərinin informasiyaların toplanması, müxtəlif şəbəkələr vasitəsilə təbliğat siyasətinin qurulması, təbliğat məqsədli materialların(poster, buklet, kitab və sair) effektiv və məqsədə yönəlik hazırlanması, online soğuların, təqdimatların hazırlanması vı keçirilməsi, nəhayət, sorğuların SPSS kompüter proqrmaında yığılması, emalı vı analizi sahəsində bilik və bacarıqlarının artırılması olub. Təlimi Afredo Azulo (Açıq Cəmiyyətlərın İctimai Assosiyasında (PASOS) Kommunikasiya məsələləri üzrə məsul şəxs) və Seymur Cavadov (Qafqaz Tədqiqat Resurs Mərkəzinin mütəxəssisi) aparıb.
Gəncə, Şəki və Bakıda fəaliyyət göstərən 18 tərəfdaş qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı təlimi İTM İdarə Heyətinin sədri Qalib Bayramov açaraq, layihə və təlimin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.
Təlimin ilk günü A.Azulo tərəfindən iştirakçılara “Kommunikasiya prinsipləri”, “Data vizualizasiya – Konseptlər və misallar”, ikinci günü isə “Online sorğular”, “İnternet vasitəsilə məlumatların toplanması”, “Praktiki proqramlar(Google Drive, Instagram, Prezi)” və “Çap materiallarının dizaynı” mövzusunda bilik və bacarıqlar aşılanıb, işçi və plenar sessiyalarda qrup işi aparılıb. Təlimin üçüncü günü S.Cavadov iştirakçılara SPSS proqramı barədə məlumat verib, “Excel-də yaradılan faylın SPSS-ə köçürülməsi, üzərində dəyişikliklər aparılması, Stat Transfer proqramından istifadə yolları, yarana biləcək problemlər, onların aradan qaldırılması üsulları”, “SPSS-də olan məlumatların Excel-ə atılması, orada chartların yaradılması. SPSS-in özündə chartların yaradılması”, “SPSS-də analiz” mövzularında ətraflı məlumat verib, qrup işi vasitəsilə verilən məlumatların möhkəmləndirilməsi aparılıb.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.

Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.