İqtisadi Tədqiqatlar Mərkəzinin nizamnaməsinə dəyişikliklər edilib

26 mart 2012-cu ild’ “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi üzvlərinin Qurultayı keçirilib. Qurultayın gündəliyinə “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin Nizamnaməsinə dəyişikliyin edilməsi məsələsi daxil edilib. Müzakirələrdən sonra təklif olunan dəyişiklik – birliyin hüquqi ünvanının dəyişməsi məsələsi yekdilliklə qəbul olunub. Qərar alınıb ki, “İqtisadi Tədqiqatlar” İctimai Birliyinin Nizamnamənin 1.5-ci bəndinə aşağıdakı redaksiyada dəyişikliklər edilsin: “Birliyin yerləşdiyi ünvan:  Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 5a, mənzil 82”.
Birliyin 10 aprel 2012-cu ildə keçirilən qurultayında isə mərkəzin idarə heyəti və nəzarət-təştiş komissiyası sədrlərinin hesabatı dinlənilib, nəzarət-təftiş komissiyasının 3, idarə heyətinin isə 7 nəfərdən ibarət yeni tərkibi və sədrləri seçilib. Artıq təşkilatın qanuni təmsilçisi Qalib Toğruldur.
Qeyd olunan dəyişikliklərin Qeyri-kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrinə salınması üçün Birlik tərəfindən müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. 30 aprel 2012-ci ildə dəyişikliklər dövlət reyestinə salınaraq Ədliyyə Nazirliyi tərəfindən Birliyə rəsmi çıxarış təqdim olunub.