Qubad Ibadoğlu BMT-nin Anti-korrupsiya tədbirində iştirak edib

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu Birləşmiş Millətlər Təşkilatının dəvəti ilə martin 20-23-də Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburq şəhərində səfərdə olub. Dünyanın 50-dək ölkəsinin şəffalığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış qeyri hökümət təşkilatçılarının və tədqiqatçılarının iştirak etdiyi bu tədbirdə Azərbaycanın təmsilçisi olaraq Qubad İbadoğlu ölkəmizdə korrupsiyanın səviyyəsi və onunla mübarizə sahəsində hökümətin, vətəndaş cəmiyyəti institutlarının, medianın gördüyü işlər barədə təqdimat edib.


Qubad İbadoğlu həmçinin “2007-2011-ci illərdə Azərbaycan Respublikasında şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə dair Milli Strategiya”nın icrası və yeni hazırlanan Strategiyaya dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüb və onların bu istiqamətdə suallarını cavablandırıb. Tədbirdə eyni zamanda BMT-nin Anti-korrupsiya konvensiyasının qiymətləndirilməsi metodologiyası və mexanizmləri ilə bağlı müzakirələr aparılıb və bu sahədə vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlıq formatında görə biləcəyi işlər də planlaşdırılıb Qeyd edək ki, İqtisadi Tədqiqatlar ötən ildən Mərkəzi BMT-nin Anti-Korrupsiya Koalisiyasının üzvüdür. İqtisadi Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr xidməti