Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair MONİTORİNQ HESABATI (Monitorinq dövrü: 1 oktyabr -31 dekabr 2019)

Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair Monitorinq Hesabatında Azərbaycanda pambıq istehsalının mövcud inkişaf mexanizmi, pambıqçılıq sahəsində dövlət siyasəti qısa şəkildə nəzərdən keçirilmişdir. Sənəddə pambıq tarlalarında insan hüquqlarının vəziyyəti 1 oktyabr - 31 dekabr 2019-cu il aralığında pambıqçılıq üzrə ixtisalaşmış 7 rayonda (Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli) toplanmış faktlar və məlumatlar – pambıq yığımı dövründə yerlərdən alınmış səhih məlumatlar, çəkilmiş video görüntülər, foto faktlar, fermerlər və pambıq yığanlar arasında aparılmış sorğunun nəticələri, adı çəkilən rayonlarda həyata keçirilmiş monitorinq və müşahidələr – əsasında qiymətləndirilmişdir.
Qeyd edək ki, bu, pambıq tarlalarında insan hüquqlarının vəziyyətinin əhatə olunduğu ardıcıl ikinci hesabatdır. İlk belə hesabat 2019-cu ildə hazırlanıb və 1 oktyabr 2018-31 yanvar 2019-cu il pambıq yığımı mövsümünü əhatə edib. Son hesabatda əldə olunan nəticələr əvvəlki hesabatın nəticələri ilə müqayisəli şəkildə nəzərdən keçirilərək təqdim olunur.

Hesabatı yükləmək üçün tıklayın