“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2, 2.4, 4.2, 5.6 və 6.2-ci bəndlərinin icrası vəziyyətinin qiymətləndirilməsi əsasında hazırlanmış MONİTORİNQ HESABATI

Monitorinq hesabatında 22.2 (İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi), 2.4 (Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi), 4.2 (İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi), 5.6 (Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi) və 6.2-ci (Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması) bəndlər  üzrə öhdəliklərin icrası qiymətləndirilmişdir. Qiymətləndirmə məqsədilə monitorinqə Mili Fəaliyyət Planının (MFP) icrasına məsul olan 80 yerli icra hakimiyyəti və 23 mərkəzi icra hakimiyyəti orqanı cəlb edilmişdir.

 

Hesabatı yüklə