“İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin NİZAMNAMƏSİ


1. ÜMUMİ MÜDDƏALAR
1.1 “IQTISADI TƏDQIQATLAR MƏRKƏZI” İctimai Birlik (bundan sonra birlik adlanacaq) mənafe ümumiliyi, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan könüllü birləşmədir.
1.2 Birlik öz fəaliyyətini Azərbaycan respublikasının onstitusiyası və qanunları ,həmçinin bu nizamnamə əsasında qurur .
1.3 Birlik Azərbaycan respublikası Ədliyyə Nazirliyində qeydiyyata alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, dairəvi möhürü, ştampı, Azərbaycan respublikasının Banklarında hesablaşma hesabları və digər rekvizitləri var.
1.4 Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə , vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
1.5 Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri , Xəqani küçəsi 25-dir .
2. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1 Birliyin əsas məqsədi Azərbaycan respublikaısnın iqtisadiyyatı ,mədəniyyəti, elmi və digər sahələrdə tərəqqisini sürətləndirmək, gənclərin vətənpərvər ruhunda böyüyüb tərbiyə olunmasını təmin etmək, ölkəmiizn çiçəklənməsi və onun beynəlxalq aləmdə rolu və nüfuzunun artması üçün Azərbaycan ziyalılarının bilik və səylərini birləşdirməkdən ibarətdir.

Download full version