DÜRÜSTLÜK SİYASƏTİ

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) işçi heyəti və üzvləri öz peşəkar fəaliyyətlərində aşağıdakı dəyərlərə əməl etməyə borcludurlar:
- Liberallıq, dünyəvilik və dözümlülük. Başqalarına münasibətdə adil olmaq, fərqli düşüncəli insanlara düzümsülük göstərməmək, hörmət etmək;
- Müstəqillik. Bütün hallarda işlədiyi təşkilatın mənafeyini nəzərə almaq, üçüncü tərəfin (siyasi partiyalar, qohumlar, dostlar, tanışlar) maraqlarını güdməmək;
- Tərəfsizlik. Ədalətli, səmimi və dürüst olmaq, işlə bağlı başqalarına rahatsızlıq verməmək;
- Bütövlük. Təmsil etdiyi təşkilatın bütövlüyünə, üzvlərin və tərəfdaşların birliyinə hörmət etmək;
- Yüksək keyfiyyətli iş – İşində birinci növbədə keyfiyyət prinsipini rəhbər tutmaq, daim bu prinsipin qorunmasına çalışmaq;
- Cəsarətlilik. İşdə sosial problemlər yaranarsa, onun açıq müzakirəsinə imkan yaratmaq, problemləri təşkilat səviyyəsində ictimailəşdirmək;
- Qanunlara hörmət. Peşəkar fəaliyyətində göstərişləri deyil, yalnız və yalnız qanunları rəhbər tutmaq, onun aliliyinə hörmət nümayiş etdirmək;
- Vicdanlılıq. Vicdanlı olmaq, həqiqəti demək, verdiyi vədlərə əməl etmək, vədləri ilə əməllərinin üst-üstə düşməsinə çalışmaq;

Download full version