Home Xəbər

Xəbərlər

Millət vəkili bələdiyyənin büdcə dinləməsində iştirak etdi

TƏDBİR İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİNİN TƏŞƏBBÜSÜ İLƏ BAŞ TUTUB

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Quba rayonunda tərəfdaşlıq etdiyi Timiryazev Bələdiyyəsində büdcə dinləməsi keçirib. Dinləmədə 80-ə yaxın bələdiyyə sakini iştirak edib. İTM-in dəvəti ilə 52 saylı Quba Seçki Dairəsindən Milli Məclisin deputatı Vahid Əhmədov da tədbirdə iştirak edib. Büdcə dinləməsini İTM-in layihə əlaqələndiricisi Qalib Toğrul idarə edib. Əvvəlcə Timiryazev Bələdiyyəsinin sədri Məhəmmədov Eldarov millət vəkilini, İTM-in layihə əlaqələndiricisini və yerli sakinləri salamlayaraq onlara maraqlı müzakirə arzulayıb.
Sonra bələdiyyənin mühasibi Zahir Qasımov 2012-ci il büdcəsinin 9 aylıq icra vəziyyəti barədə hesabat verib. 2012-ci il büdcəsi gəlirlərinin 26982 manat civarında proqnozlaşdırıldığını deyən bələdiyyə qulluqçusu bu ilin 9 ayında gəlirlərdə 23 718 manatlıq icra qeydə alındığını söyləyib.
2012-ci ilin ötən 11 ayında bələdiyyəyə daxil olan Zizik kəndində 1,5 km yaxın kənd daxili yoların təmir edildiyini, mənzillərə içməli su xətləri çəkildiyini vurğulayan Z. Qasımov hazırda bələdiyyənin bütün ərazisinə dövlət tərəfindən kanalizasiya və içməli su xətləri çəkildiyini deyib.
Bələdiyyənin mühasibi onu da deyib ki, 2012-ci ildə bələdiyyə ərazisinin Quba rayon mərkəzinə birləşən hissəsində səkilərin qurulması, yol kənarlarında olan divarların, elektirik dirəklərinin rənglənməsi və digər abadlıq işləri həyata keçirilib.
Z. Qasımov problemlərə də toxunub: “Kanalizasiya və su xətləri çəkiləndən sonra kəndarası yollar yararsız vəziyyətə düşüb, onların təmirinə ehtiyac var. Eyni zamanda, yeni salınan məhəllələrə qaz xətlərinin çəkilməsi, bu məhəllələrin işıq təminatının yaxşılaşdırılması da problem olaraq qalır”.
Mühasib 2013-cü ilin proqnoz büdcə göstəricilərini də açıqlayıb. Bildirib ki, gələn ilin büdcə gəlirləri 78 750 manat məbləğində proqnozlaşdırılıb.
Daha sonra sakinləırin iştirakı ilə müzakirələr başlayıb. Millət vəkili Vahid Əhmədov müzakirələrdə yaxndan iştirak edib, sakinlərin suallarını cavablandırıb, onların problemlərini dinləyib. Problemlər daha çox təhsil müəssisələrinin vəziyyəti, ünvanlı sosial yardımın verilməsi və yolların təmiri ilə bağlı olub. Millət vəkili bütövlükdə Quba rayonunun, o cümlədən Timiryazev Bələdiyyəsinin sakinlərinin problemləri ilə mütəmadi maraqlandığını, onları diqqətdə saxladığını bildirib.
V. Əhmədov qeyd edib ki, Timiryazev bələdiyyəsi sakinləri üçün 15 hektar həyətyanı torpaq sahəsinin ayrılması probleminin həll olunması üçün müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirib: “Çox şadam ki, bu problem müsbət həll olundu. Hazırda bələdiyyə ərazisində kanalizasiya və içməli xətlərinin çəkilməsi də bizim rayon icra hakimiyyəti ilə birgə əməyimizin məhsuludur. Azərbaycan yenicə müstəqillik qazanmış dövlətdir, regionda öz inkişafı və strateji mövqedə yerləşməsi ilə onu istəməyənləri qıcıqlandırır. Azərbaycanın regionda yeganə dostu qardaş Türkiyədir. Ona görə də bütün böyük layihələrimizi Türkiyə vasitəsi ilə reallaşdırırıq. Türkiyə vasitəsi ilə qazımızı Avropaya çıxarırırq”.
Sakinlərin mövsüm ərzində meyvə satışı ilə bağlı problemlərindən xəbərdar olduğunu bildirən millət vəkili bu problemin həlli üçün müəyyən işlərin görüldüyünü, gömrükdə yaradılan problemin aradan qaldırılması üçün çalışdıqlarını deyib. V. Əhmədov bələdiyyə sədrinə məsləhət görüb iri bağçılıq təsərrüfatı olanlar bələdiyyənin təşəbbüsü ilə kooperativ yaratsınlar.
Tədbir ərzində sakinləri diqqətlə dinləyən millət vəkili onların sosial problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və bu işdə bələdiyyənin də müəyyən işləri görməsinin vacibliyini önə çəkib.
Qeyd edək ki, büdcə dinləməsi İTM-in Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində baş tutub.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir.

 Aparılmış statistik müşahidələrin nəticələrinə görə, noyabr ayında Azərbaycanda 1,86 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,70 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,16 faiz, xidmət tarifləri isə 0,51 faiz bahalaşıb.
Oktyabr ayına nisbətdə noyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,43 faiz , regionlarda isə 1,30 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,35 faiz, regionlarda 2,05 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 1,94 faiz və 0,40 faiz, xidmət tarifləri isə 0,58 faiz və 0,44 faiz artıb. Ay ərzində ən çox yer xiyarı (17,83 faiz), toyuq yumurtası (12,84 faiz), uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan muzdla tutulmuş şəxslərin xidməti(repetitor xidmətləri) (5,31 faiz), təmizlənmiş düyü(3,88 faiz) bahalaşıb. Göyərti (17,62 faiz), xurma (3,70 faiz), kondisioner (2,47 faiz) isə ucuzlaşıb.
Hesablamalar göstərib ki, 2012-ci ilin on bir ayında ölkədə 8,05 faiz, o cümlədən Bakıda 12,25 faiz, regionlarda isə 3,92 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 11,73 faiz, xidmətlər 5,18 faiz, qeyri-ərzaq məhsulları isə 2,86 faiz bahalaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,88 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,46 faiz, regionlarda isə 4,37 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(12,94 faiz) olub. Qeyri-ərzaq məhsullarında 2,56 faiz, xidmətlərdə isə 6,56 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,95 manat, pensiyaçılar üçün 151,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 207,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,90 manat, pensiyaçılar 92,67 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,89 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,57 manat, pensiyaçılar üçün 36,68 manat, 0-14 yaşlı uşaqlar üçün 75,68 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.


İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Qubad İbadoğlu Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinə üzv seçilib.

Azərbaycanın 25 yerli qeyri-hökumət təşkilatının (QHT-lərin) nümayəndəsi noyabrın 29-30-da İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlıq Proqramı üzrə keçirilən 4-cü Vətəndaş Cəmiyyəti Forumunda (VCF) iştirak edib. Forumda 30 -a qədər ölkənin vətəndaş cəmiyyətindən 200-dək nümayəndə iştirak edib. Forumun plenar iclasında Avropa Komissiyasının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, İnsan haqları üzrə BMT Şurasının vitse-sədri Kristian Ştroxal, İsveçin Avropa Birliyi üzrə naziri Birqitta Ohisson, Polşanın dövlət katibi Karatzina Petçinska-Naleçs, Moldova Xarici İşlər Nazirinin müavini Nataliya German və başqaları çıxış edib. 
Forumda Azərbaycan nümayəndə heyəti siyasi, iqtisadi, ekoloji, sosial və digər istiqamətlər üzrə panel müzakirələrinə qoşulub və ölkədə vəziyyəti xarakterizə edən çıxışlar edib. Forumda həmçinin növbəti 1 il üçün İdarə Heyəti formalaşdırılıb. Forumun gedişində keçirilən seçkilər zamanı İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri Qubad İbadoğlu katibliyi Brüssüldə yeləşən Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan üzrə Platformanın milli əlaqələndiricisi seçilib. Forumun yeni formalaşan İdarə Heyətinə Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələrinin vətəndaş cəmiyyətinin 19 nəfər nümayəndəsi yenidən seçilib. Forumun İdarə Heyətində Azərbaycan, Ermənistan, Moldova, Belarus 1 nəfərlə, Gürcüstan 3 nəfərlə, Ukrayna 4 nəfərlə təmsil olunacaq, yerdə qalan 8 yeri isə Avropa Birliyinə üzv olan beynəlxalq təşkilatlar tutacaq. Ötən il Forumun İdarə Heyətində Azərbaycan 2 nəfərlə təmsil olunub. İdarə Heyətinin əvvəli tərkibində 2 il üzv olduğuna görə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov qaydalara müvafiq olaraq yenidən namizədliyini irəli sürməyib.
Forumun İdarə Heyəti gələn ilin əvvəlində Brüsseldə toplanacaq. Forumun növbəti il üçün fəaliyyət planında Cənubi Qafqaz ölkələrində prezident seçkilərinin monitorinqini başlıca yer tutacağı gözlənilir.
Vətəndaş Cəmiyyəti Forumunun ictimaiyyətlə əlaqələr şöbəsi

 

Biznes-vətəndaş cəmiyyəti münaisbətlərində dönüşə nail olmaq yolları müzakirə edilib

İqtisadi Tədqiqatlar Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.
Dekabrın 6-da layihə çərçivəsində tərəfdaşlıq edilən beyin mərkəzləri ilə biznes icmasının qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı müzakirələri təşkil olunub. Tədbirdə çıxış edən İTM İdarə Heyətinin üzvü Qubad ibadoğlu ilk öncə iştirakçılara layihə şərşivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində tərəfdaşlıq edilən 18 beyin mərkəzi üçün 3 dəfə təlim təşkil olunub. Təlimlər “Beyin mərkəzlərinin strateji idarəedilməsi”, “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” və “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusuna həsr olunub. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib: “Layihənin hazırkı mərhələsində tərəfdaş mərkəzlərin biznes icmasına tanıdılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunması istiqamətində fəaliyyətlər həyata keçirilir. Bugünkü tədbir həmin fəaliyyətin bir hissəsidir.” Daha sonra Q.İbadoğlu beyin mərkəzi anlayışı, Qərbi Avropa, ABŞ və Asiyanın inkişaf etmiş ölkələrində belə mərkəzlərin oynadığı rol, Azərbaycanda bu institutların inkişaf vəziyyətindən danışıb. Bildirib ki, hazırda dünyanın 169 ölkəsində 5500-dən çox beyin mərkəzi fəaliyyət göstərir ki, bunların da 34 faizi ABŞ-ın payına düşür: “Beyin mərkəzləri dünyada dövlət siyasətinin müəyyənləşməsində, siyasət qərarlarının qəbulunda böyük rola malikdirlər. Biz istəyirik ki, Azərbaycanda da belə mərkəzlər yüksək inkişaf səviyyəsinə çata bilsinlər, siyasət qərarlarının qəbulunda iştirak etsinlər. ” Q.İbadoğlunun verdiyi məlumatdan aydın olub ki, Azərbaycanda 4 qrup beyin mərkəzləri fəaliyyət göstərir: biznes subyektlərinin nəzdində, dövlət qurumlarının nəzdində, universitetlərin nəzdində və müstəqil fəaliyyət göstərən mərkəzlər. Onun sözlərinə görə, bu mərkəzlərin institutsional bilik və bacarıqların yetərsizliyi , strateji idarəetmə, keyfiyyətə Nəzarət və maliyyə dayanıqlığı sahəsində problemləri var. Q.İbadoğlu layihə çərçivəsində tərəfdaş mərkəzlərin problemlərinin aradan qaldırılması üçün nəzərdə tutulan fəaliyyətlər barədə də iştirakçılara məlumat verib.
Təqdimatdan sonra iştirakçılar müzakirələrə başlayıblar. Vergilər Nazirliyindən Zaur Quliyev, Bakı Biznes Universitetindən Eşqin Bayramov, bp-Azərbaycan şirkətindən Xalid Rəcəbov, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasından Vüsalə Qarayeva, Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən Sahib Cəfərov, Bakcell şirkətindən Süheylə Cəfərova, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Ayxan Nəsibli, Balans İctimai Birliyindən Möhubbəli Nağıyev, Demokratik İslahatçı Gənclər Birliyindən Vüsalə Hüseynli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətindən Nabat Qəniyeva və digərlərinin çıxış etdiyi müzakirələr əsasən beyin mərkəzləri ilə biznes icmasının əlaqələrindəki problemlər və onların aradan qaldırılması yolları barədə olub. Tərəflər Azərbaycanda biznesin qeyri-hökumət təşkilatlarına etimadsızlığı, vətəndaş cəmiyyəti institutlarının biznesi maraqlandıra biləcək təkliflərlə çıxış etməməsi, dövlətin biznesi vətəndaş cəmiyyəti ilə əlaqələri gücləndirməyə stimullaşdırmaması və sair problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Yekunda əlaqələrin gücləndirilməsi üçün ilk növbədə tərəflərin bir-birinə tanıdılması istiqamətində addımların atılmasının gərəkdiyinə dair ümumi rəyə gəlinib.
İTM İctimaiyyətlə əlaqələr departamenti

 

ATƏT-in Bakı ofisinin dəstəyi ilə Göyçayda qoruyucu meşə zolağı salınıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 05 dekabr 2012-ci ildə ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində qoruyucu meşə zolağının salınması aksiyasını keçirib. Qoruyucu meşə zolağı Göyçay rayonu Potu Bələdiyyəsinin ərazisində yerləşən sahənin kənarında salınıb.
Ağaclar əkilməmişdən İqtisadi Tədqiqiatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov aksiya iştirakçılarına qoruyucu meşəşə zolaqlarını əhəmiyyəti haqqında geniş məlumat verib, ağacların necə, hansı ardıcıllıqla əkilməsi barədə danışıb.
Sonra tədbirdə iştirak edən kənd təsərrüfatı mütəxəssisləri aksiyanın əhəmiyyətindən danışıb, İqtisadi Tədqiqiatlar Mərkəzinə və ATƏT-in Bakı ofisinə minnətdarlıqlarını çatdırıbıar. Onlar torpaq sahiblərinin maarifləndirilməyə böyük ehtiyacları olduqlarını vurğulayıb, belə tədbirlərin gələcəkdə də davam etdirilməsi haqda arzularını səsləndiriblər.
Sonra ağacların əkilməsinə başlanılıb. Qeyd edək ki, aksiya zamanı ATƏT-in Bakı ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Emmanuel Huntzinger, şöbənin əməkdaşı Zəhra xanım Əhmədova, Göyçay Rayon İcra Hakimiyyətinin Aqrar məsələlər şöbəsinin məsləhətçisi Həmid Həbibov, İTM-in layihə əlaqələndiricisi Qalib Toğrul, İTM-in eksperti Vahid Məhərrəmov da ağac əkiblər
Meşə zolağının salınması aksiyasında Potu Bələdiyyəsinin, xüsusilə gənclərdən ibarət olan sakinləri, aqronomlar, torpaq sahibləri, torpaq icarəçiləri və bələdiyyə üzvləri fəal iştirak ediblər.
Aksiyada bələdiyyə ərazisindəki əkin sahəsinin kənarına külək eroziyasının qarşısının alınması üçün 120 ədəd ağac əkilib.

 

Quba və Xaçmaz bələdiyyələri problemlərini dövlət qurumları ilə müzakirə etdilər



İqtisadi Tədqiqatlar Mərkəzi 03 dekabr 2012-ci ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə Quba və Xaçmazın 10 tərəfdaş bələdiyyəsində həyata keçirdiyi layihənin 2 illik yekunlarının ictimai müzakirəsinin təşkili məqsədi ilə Bakıda Dəyirmi Masa təşkil edib. Park INN otelində gerçəkləşən dəyirmi masada tərəfdaş bələdiyyələrdə həyata keçirilən fəaliyyətlərlə yanaşı, Vətəndaşın Rəy Kartı vasitəsi ilə aşkara çıxarılmış sosial-iqtisadi problemlərin həlli yolları da müzakirə olunub. Tədbirdə 10 tərəfdaş bələdiyyənin nümayəndələri ilə yanaşı, Milli Məclis, hökumət və QHT təmsilçiləri də iştirak ediblər.
Dəyirmi Masanı giriş sözü illə İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin üzvü Qubad İbadoğlu açıb. O, İTM-in yerli özünüidarəetmə orqanları ilə apardığı layihələr haqqında geniş məlumat verib. Bundan sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
Yerli Özünüidarəetməyə Dəstək Proqramının rəhbəri Katarina Lampe və həmin Proqramın əlaqələndiricisi Fidan Qasımova layihə çərçivəəsində həyata keçirilən fəaliyyətlər və onların nəticələri haqqında danışıblar. Bundan sonra tərəfdaş bələdiyyələrin nümayəndələri Xaçmaz rayon Ləcət bələdiyyəsinin sədri Mirzə Şahbazov və Quba rayon Talabıqışlaq bələdiyyəsinin sədri Xanlar Heybətov layihənin faydaları haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Ardını oxu...
 

"Tanıtım” rubrikasının qalibləri məlum oldu

İqtisadi Tədqiqatlar Mərkəzi özünü rəsmi facebook səhifəsində ( www.facebook.com/economicresearchcenter) Noyabır ayının 2-də “ Tanıtım” adlı rubrikaya start vermişdi və öncədən qeyd olunduğu kimi son gün Noyabır ayının 30-na təyin edilib.

 Bu rubrikanın əsas məqsədi facebook səhifəsində üzvlər arasında iqtisadi bilikləri artırmaqla yanaşı I-ci və II yerlərin qaliblərin həm facebook və həm də İqtisadi Tədqiqatlar Mərkəzinin institutsional web səhifəsində tanıtmaqdır. Onların qısa bioqrafiyaları və foto şəkilləri hər iki səhifəmizdə tezliklə yerləşdiriləcək. Qaliblər qoyulmuş suallara ən tez və düzgün cavab vermə prinsipi əsasında seçilib.

Ardını oxu...
 

Ermənistan və Gürcüstanın hərbi xərclərinin büdcədəki payı Azərbaycandan yüksəkdir

19 noyabr 2012
Ermənistan və Gürcüstanın hərbi xərclərinin büdcədəki payı Azərbaycandan yüksəkdir
Noyabrın 16-17-də İcveçrənin Cenevrə şəhərində “Qafqaz 2025-ci ildə: baxışlar” mövzusunda müzakirələr keçirilib. Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyədən, eləcə də İsveçrə Xarici İşlər Nazirliyindən və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edib. Azərbaycanı tədbirdə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva və İctimai Maliyyənin Monitorinqi Mərkəzinin sədri İnqilab Əhmədov təmsil edib.
Tədbirlə bağlı məlumat verən Q.İbadoğlunun sözlərinə görə, iqtisadçılar yalnız Azərbaycandan dəvət olunub, digər iştirakçılar politoloqlar, konfliktoloqlar və diplomatlar olub: “Əsas müzakirə mövzusu bölgədə sülhün bərpa olunması istiqamətində təşəbbüslər göstərmək, onları dəyərləndirmək və onların baş tutması üçün səyləri birləşdirmək idi . Eyni zamanda tədbir də regional iqtisadi inteqrasiya, infrastruktur və enerji layihələri müzakirə predmeti oldu.”
Tədbirdə Q.İbadoğlu Cənubi Qafqazın 3 dövlətinin hərbi xərclərinin müqayisəli təhlilini verib. Bildirib ki, bölgədə yeganə dövlət Azərbaycandır ki, öz vəsaiti hesabına investisiya qoymaq problemi yoxdur: “Ermənistan və Gürcüstan belə vəsaitlərə malik deyillər, investisiya cəhətdən ciddi çətinliklər yaşayırlar. İnvestisiya problemini həll etmək üçün Ermənistan və Gürcüstan xarici borclanmaya getməyə məcburdur. Artıq Ermənistanda xarici borcların ÜDM-də payı 40 faizi ötüb. Amma buna baxmayaraq, dövlət büdcəsində hərbi xərclərin payı hər iki dövlətdə Azərbaycandan çoxdur. Belə ki, 2013-cü ilin proqnoz göstəricilərinin müqayisəsi göstərir ki, dövlət büdcəsində müdafiə xərclərinin payı Ermənistanda 21,1 faiz, Azərbaycanda 7,7 faiz, Gürcüstanda isə 9,3 faiz təşkil edəcək.”

 

Qazaxıstan neft gəlirlərini Azərbaycandan daha uğurla idarə etsə də orda şəffaflıq və hesabatlılıq bizdən aşağıdır.

Bakı şəhəri, 29 noyabr 2012

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu Qazaxıstanın İctimai Siyasət Araşdırmaları İnstitutunun (İSAİ) dəvəti ilə noyabrın 24-dən 26-dək Almatı şəhərində səfərdə olub. Səfər çərçivəsində o, İSAİ -nin ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə dəstəyi ilə Almatıda dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli ekspertlərin və medianın iştirakı ilə Qazaxıstan və Azərbaycanda neft gəlirlərinin idarəedilməsi mövzusunda təşkil etdiyi konfransda təqdimatla çıxış edib.
Çıxışını Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin makroiqtisadi təsirləri və nəticələrinin müqayisəli təhlilinə həsr edən natiq, hər iki ölkədə neft gəlirlərinin idarəedilməsi sahəsində mövcud problemlərə diqqət çəkib. Müqayisə nəticəsində məlum olub ki, Azərbaycanda neft hasılatının azalması dövrü 2011-ci ildən başlasa da, proqnozlara görə, Qazaxıstanda bu tendensiya 2025-ci ildən sonra müşahidə olunacaq. Belə ki, Qazaxıstanda bu il 81 milyon ton neft hasilatı gözlənilirsə, növbəti il hasılatın səviyyəsi 90 milyon tona, 2020-ci ildə 130 milyon tona, 2025 -ci ildə isə 135 milyon tona çatdırılacaq və 2030-cu ildə 110 milyon tonda qərarlaşacaq.

Ardını oxu...
 

Qiymətlər statistikası -oktyabr

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin oktybar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, oktyabr ayında Azərbaycanda 1,96 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,46 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,18 faiz, xidmət tarifləri isə 1,64 faiz bahalaşıb. Sentyabr ayına nisbətdə oktyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,71 faiz , regionlarda isə 1,23 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,23 faiz, regionlarda 1,69 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 2,30 faiz və 0,09 faiz, xidmət tarifləri isə 1,85 faiz və 1,44 faiz artıb. Ay ərzində ən çox üzüm (13,78 faiz), ayrı-ayrı ev sahiblərinin mənzilinin icarəsi (13,64 faiz), sümüklü mal əti(doğranmış, çəkidə)(7,67 faiz), sümüklü qoyun əti(6,12 faiz), toyuq(2,25 faiz) bahalaşıb. Ağ kələm (13,41 faiz), şabalıd (12,74 faiz), qoz (6,82 faiz), alma (1,61 faiz) isə ucuzlaşıb. Hesablamalar göstərib ki, 2012-ci ilin on ayında ölkədə 6,06 faiz, o cümlədən Bakıda 9,59 faiz, regionlarda isə 2,59 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 8,76 faiz, xidmətlər 4,64 faiz, qeyri-ərzaq məhsulları isə 1,68 faiz bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,96 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,23 faiz, regionlarda isə 4,76 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(14,02 faiz) olub. Qeyri-ərzaq məhsullarında 1,16 faiz, xidmətlərdə isə 6,07 faiz artım baş verib. İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167,43 manat, pensiyaçılar üçün 150,84 manat, 0-14 yaşlı uşaqlar üçünsə 205,24 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,10 manat, pensiyaçılar 92,37 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,61 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,85 manat, pensiyaçılar üçün 35,86 manat, 0-14 yaşlı uşaqlar üçün 73,90 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib. Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Düşüncə mərkəzləri Skopyeyə toplaşıblar

Toplantıda açıq hökümət və  demokratiya problemləri müzakirə olunub.

Azərbaycanın   düşüncə mərkəzlərinin bir qrup nümayəndələri Makedoniya yola düşmüşdur. Azərbaycan nümayəndə heyətinə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İnsan Hüquqlari üzrə Maarifləndirmə Mərkəzinin sədri İradə Cavadova, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri  Vüqar Bayramov  daxildir. 

Ardını oxu...
 

Qubad Ibadoğlu Buxarest səfəri


İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu oktyabrın 24-25-də Buxarestdə keçirilən Qara Dəniz QHT Forumunda iştirak edib. O, tədbirdə Azərbaycanda informasiya çıxış və açıq hökumətin formalaşdırılması problemlərindən danışıb.
Təqdimat zamanı Azərbaycanda informasiyanın əldə edilməsinin getdikcə çətinləşməsindən danışan Mərkəz sədri auditoriyanın diqqətinı "Kommersiya sirri haqqında" qanuna edilən son dəyişikliyə cəlb edib. O qeyd edib ki, qanunun "Kommersiya sirri hesab edilən məlumatlar" adlı 4-cü maddəsinə edilən əlavəyə görə, Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunur.
Bu dəyişklik nəticəsində onsuz da məhdud olan mikrosəviyyəli məlumatların qapalılığının daha da artacağını qeyd edən Qubad İbadoğlu təqdimatında həmçinin "İnformasiya əldə etmək haqqında" qanuna əlavələrdən də danışıb. Bildirib ki, son dəyişikliyə əsasən informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Azərbaycanda baş verən bu çür dəyişikliklərin ölkənin yaxınlarda üzv olduğu Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tələbləri ilə ziddiyyət təşkil edəcəyini də vurğulayan Qubad İbadoğlu Qara Dəniz ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini bu Təşəbbüs üzrə çoxtərəfli əməkdaşlığa dəvət edib. O qeyd edib ki, Rusiya istisna olmaqla Qara Dəniz hövzəsi ölkələrinin hamısı bu Təşəbbüsə üzvdür ki, bu da həmin ölkələrin vətəndaş cəmiyyəti üçün yeni fəaliyyət və əməkdaşlıq platforması yaradır.

 

Bələdiyyə gəlirlərində ciddi artım baş verib

 

2012-ci ilin ilk altı ayında ölkə bələdiyyələrinin gəlirlərində artım müşahidə edilib. Belə ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarımilində ölkədə fəaliyyət göstərən 1718 bələdiyyənin büdcəsinə 16 milyon 755 min 400 manat vəsait daxil olub. Bu vəsaitin 68%-i ilin ikinci rübündə formalaşıb. Beləliklə də yerli büdcənin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 23% artmış olub. Maraqlıdır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı və Naxçıvan MR yerləşən bələdiyyələr istisna olmaqla, ölkənin bütün iqtisadi regionlarında yerləşən yerli özünüidarəetmə orqanlarının gəlirlərində artım qeydə alınıb. İqtisadi regionlar arasında ən çox artım Gəncə-Qazax regionunda yerləşən bələdiyyələrin payına düşür. Belə ki, bu regionun bələdiyyələri hesabat dövründə 2037.0 min manat büdcə gəliri əldə ediblər ki, bu da əvvəlki ilin müvafiq göstəricilərinə nisbətən 60% çoxdur.

Bu faktı dəyərləndirən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov bələdiyyə büdclərindəki artımı müsbət hal hesab etdiyini bildirib: “Ölkə bələdiyyələrinin gəlirlərinin formalaşmasında əsas pay yerli özünüidarə orqanları üçün nəzərdə tutulmuş qeyri-vergi gəlirlərinə məxsusdur. Bu gəlir növünün yerli büdcələrdə payı 10597.2 min manat – yaxud ümumi büdcənin 63%-dən çoxdur ki, bunun da 41%-ni bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən gələn gəlirlər təşkil edir. Ötən ilin müvafiq dövrünə nisbətdə bu ilin ilk yarısında bələdiyyə mülkiyyətinə daxil olan əmlakın istifadəsindən gələn gəlirlər 3 dəfədən, sanatoriya-kurort, mehmanxana və turizmdən gələn gəlirlər isə 2 dəfədən çox olub. Lakin bu gəlir növlərinin bələdiyyə büdcələrində payları çox azdır – müvafiq olaraq 0.1% və 0.7%. Sevindirici hal odur ki, bələdiyyələrin ən çox problemli sahələrindən biri olan yerli əhəmiyyətli mədən vergisinin toplanmasında əvvəlki illərə nisbətən nəzərəçarpacaq irəliləyişlər olub. Belə ki, ölkə bələdiyyələri yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 296.4 min manat vəsait cəlb etmişlər ki, bu da ötən ilin müvafiq dövründə olan gəlirlərdən 73% çoxdur və ümumi büdcədə payı 1.8%-ə bərabərdir.”

R.İmanov qeyd edib ki, ölkədə fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları bu ilin ilk yarısında formalaşdırdıqları 16755.4 min manat vəsaitin 15815.8 min manatını xərcləyiblər: “Xərclənən büdcə formalaşan büdcənin 94%-i həcmindədir. Xərclərin 7935.0 min manatı yerli özünüidarəetmə orqanlarının saxlanılmasına sərf edilib. Bu xərc maddəsinin ümumi büdcədə xüsusi çəkisi 50.2%-dir. Bundan əlavə, xərclərin 4228.4 min manatı mənzil-kommunal təsərrüfatına, 1577.0 min manatı nəqliyat və rabitə, 1577.0 min manatı isə yolların təmiri və saxlanılması xərcləridir. Qeyd etdiyimiz son üç xərc maddəsi ümumilikdə yerli büdcədə 46% paya malikdir.”

 

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

 

 

Azərbaycan postneft dövrünə hazırlaşmalıdır

Oktyabrın 2-də İqtisadi Tədqiqatlar Mərkəzinin konfrans zalında postneft dövrünün iqtisadi inkişaf modellərinə həsr olunmuş müzakirələr təşkil edilib. İqtisadçılar, ekspertlər və sosial-iqtisadi sahədə çalışan QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə akademik Rafiq Əliyev təbii sərvətlərlə zəngin olan ölkələrdə iqtisadiyyatın birtərəfli inkişafının qarşısını almaq, irihəcmli gəlirlər axınının dayanmasından sonra iqtisadi inkişafın dayanıqlığına nail olmaq üçün uğurla tətbiq edilən iqtisadi modellər barədə təqdimatla çıxış edib.

Təqdiamtda bildirilib ki, hər hansı iqtisadi inkişaf modelinin yaradılması üçün istifadə olunan məlumatların, rəqəmlərin reallığı əks etdirməsi əsas şərtdir. Belə ki, qeyri-dəqiq, siyasi ideologiyaya uyğunlaşdırılmış rəqəmlər əsasında qurulan model heç bir effekt verə bilməz. R.Əliyev Azərbaycanda da postneft dövrünə hazırlaşmağın gərəkdiyini və ölkə iqtisadiyyatının inkişafını təmin edəcək iqtisadi inkişaf modelinin qurulmasının vacib olduğunu qeyd edib. O, belə bir modelin yerli və bacarıqlı xarici ekspertlər tərəfindən hazırlanmasının mümkün olduğu fikrindədir. Təqdimatdan sonra iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar. Müzakirələrdə iqtisadi modelləşmə təklifinə alternativ olaraq Azərbaycanda ilk öncə əsl liberal bazar prinsiplərinin bərqərar edilməsinin, iqtisadiyyatın bütün sektorlarının inkişafına şərait yaradılmasının, yalnız bundan sonra irəli çıxan sahələrin dövlət tərəfindən dəstəklənməsinin lazım gəldiyi vurğulanıb. Modelləşmənin tərəfdarı olan iştirakçılar isə eyni vaxtda bütün sahələrin inkişafı üçün bərabər imkanların yaradılmasının mümkün olmadığını, buna görə də dövlət dəstəyi alacaq sahələrin əvvəlcədən müəyyənləşdirilməsinin gərkdiyini bildiriblər. Tədbir bu səpkili müzakirələrlə davam etdirilib.
İTM İctimaiyyətlə əlaqələr departamenti

Bakı şəhəri, 02 oktyabr 2012

 

Inflyasiya göstəriciləri (Avqust 2012)

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, avqust ayında Azərbaycanda 1,06 faiz inflyasiya qeydə alınıb. Artım əsasən ərzaq məhsullarının bahalaşması hesabına baş verib: ay ərzində ərzaq məhsullarının qiyməti 1,73 faiz artıb. Qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmət tarifləri isə 0,13 faiz bahalaşıb.
İyul ayına nisbətdə avqust ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,74 faiz , regionlarda isə 0,39 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 2,89 faiz, regionlarda 0,59 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,53faiz və 0,27 faiz, xidmət tarifləri isə 0,24 faiz və 0,01 faiz artıb. Ay ərzində ən çox göy lobya (44,19 faiz), kişi üçün uzunqol köynək (13,95 faiz), əla növ buğda çörəyi (4,29 faiz), sümüklü mal əti(doğranmış, çəkidə) (4,17 faiz), sümüklü qoyun əti (4,08 faiz) bahalaşıb. Qadın üçün qısaqol köynək(29,41 faiz), sarımsaq ( 23,41 faiz), baş soğan (6,25 faiz), nar (6,24 faiz), fındıq (1,67 faiz) isə ucuzlaşıb.

Ardını oxu...
 

Almatıda MHŞT üzrə regional konfrans keçirilib

Tədbirdə Azərbaycanın QHT Koalisiyasının təmsilçiləri də iştirak edib

 



Beyn
əlxalq “Ödədiyini Açıqla” Koalisiyasinin və Qazaxıstanın Soros Fondunun təşkilatçılığı ilə Almatıda Mədən Sənayesində Şəfaflıq Təşəbbüsü üsrə regional konfrans keçirilib.  Avqusutun 21-23 tarixlərini əhatə edən konfransda  “Ödədiyini Açıqla” Koalisiyasının MHŞT-nin qaydaları və prinsipləri, eləcə də idarəçilik mexanizmlərinə dair yeni təklifləri ətrafında müzakirələr aparılıb, ölkələr üzrə MHŞT-nin tətbiqi və inkişafı kontekstində real vəziyyətə dair təqdimatlar dinlənilib. Bundan başqa, bu ilin sentyabr ayında Amsterdamda keçiriləcək MHŞT üzrə beynlxalq konfransın gündəliyi, həmçinin qarşıdakı taktiki və strateji vəzifələrə dair fikir mübadiləsi də aparılıb.

Qazaxıstan, Qırğızıstan, Monqolstan,  Tacikstan və Ukraynanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qatıldığı  konfransda Azərbaycandan  MHŞT Koalisiyasının təmsilçiləri – Sabit Bağırov, Qubad İbadoğlu, Sevil Yüzbaşova və Nicat Dağlar iştirak edib. Azərbaycan təmsilçiləri ölkənin MHŞT realıqları, əldə olunan nailiyyyətlər, mövcud problemlər və QHT Koalisiyasının fəaliyyətindən danışıblar. 

Ardını oxu...
 

İTM-in layihəsi çərçivəsində hazırlanan veriliş

 İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən  “İdxal prosedurları zamanı xərcin müəyyən edilməsi” layihəsinin nəticələri ANS telekanalının "İqtisadi Forum" verilişində müzakirə olunub.

Ardını oxu...
 

Milli Büdcə Qrupunun üzvü, iqtisadçı-alim Qubad İbadoğlunun “Yeni Müsavat” qəzetinə müsahibəsi

 - Siyasi partiyaların maliyyələşməsi məsələsinin gələn ilə qalacağı haqqında xəbərlər var. Bildirilir ki, səbəb büdcədə vəsait çatışmazlığıdır. Dövlət büdcəsi may ayında bir daha parlamentin müzakirəsinə çıxarıldı. Sizcə, bu səbəbin əsası varmı?

- Heç bir əsası yoxdur. Çünki 2012-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair məlumatlarda göstərilib ki, büdcədə 1 milyard 24 milyon 900 min manatdan artıq vəsait yaranıb. Bu, o deməkdir ki, büdcə vəsaitləri proqnozlaşdırıldığı qədər xərclənməyib, gəlirlər xərclərdən çox olub. 1 milyarddan artıq vəsait siyasi partiyaların maliyyələşməsi üçün lazım olandan dəfələrlə böyük rəqəmdir. Problem maliyyə problemi deyil. Mövcud qanunvericiliyə görə, gələn ilin büdcəsinin formalaşdırılması bu ilin fevralında başlayır. Ola bilər, 2012-ci ilin büdcəsi 2011-ci ilin fevralında hazırlanmağa başlayanda siyasi partiyaların maliyyələşməsi ilə bağlı qərar yox idi. Hökumət və prezident tərəfindən büdcənin hazırlanması prosesi oktyabrın 15-də başa çatır. Bundan sonrakı 2 ay ərzində büdcəyə dəyişikliklər parlamentdə müzakirə edilərək qəbul olunur. Ona görə də düşünürəm ki, formal səbəbi yalnız büdcə planlamasında xərc maddəsinin nəzərə alınmaması ilə bağlı ola bilər. Amma bu, əsas səbəb deyil. Bildiyiniz kimi, çoxdan bəri müzakirə edilsə də əmanətlərin qaytarılması üçün də büdcədə vəsait nəzərdə tutulmamışdı. Ancaq bununla bağlı siyasi qərar olduğu üçün hökumət onun icrası ilə bağlı tədbirləri qısa zamanda həyata keçirə bildi. Əgər siyasi partiyaların maliyyələşməsi ilə bağlı siyasi qərar olsaydı, hökumət bunu büdcədə əlavələr və dəqiqləşdirmələr aparmaqla həyata keçirə bilərdi. Azərbaycan büdcəsində hər il az qala minlərlə dürüstləşdirmələr, dəqiqləşdirmələr aparılır. Odur ki, 1 milyardan çox vəsaitin mövcud olduğu büdcədə siyasi partiyaların maliyyələşdirilməsinin vəsait çatışmazlığı ucbatından növbəti ilə qədər ertələnməsi əsas səbəb deyildir. Burada yalnız siyasi səbəb axtarmaq gərəkdir.

- Ötən ilin və bu ilin 6 ayının büdcə xərcləri ilə bağlı proqnozlar nə qədər doğrulub?

Ardını oxu...
 

ATƏT-in layihəsi çərçivəsində Göyçayda təlim və tarla təcrübəsi keçirilib

 

17 İyul 2012-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzi Göyçay rayonunda bələdiyyə torpaqları icarəçiləri, fermerlər, pay torpağı sahibləri üçün ilk təlimini və tarla təcrübəsini keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində həyata keçirilib.
Təlim Göyçay Rayonu Olimpiya-İdman Mərkəzinin konfrans zalında baş tutub. Təlimə rayonun Potu, Müskürlü, Məlikkənd, Sahadət, Ərəbcəbirli, Yeniarx, Bığır, Qarabaqqal Bələdiyyələrinin, Mırtı, Qızılağac, Müskürlü, Qaraməryəm, Cəyirli, İncə, Mallı-Şıxlı, Kürdşaban, Məlikkənd icra nümayəndələri, Göyçay Bitki Mühafizə Mərkəzinin mütəxəssisi, Göyçay Toxum Laboratoriyasının rəhbəri, Göyçay Aqrokimya Laboratoriyasının nümayəndəsi, Göyçay İpəkçilik Sort Şınaq Məntəqəsinin təmsilçisi, rayonda yerləşən “Aznar” ASC-nin sahə briqadiri, Göyçay İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə başçısı Yunus Osmanov və Göyçay İcra başçısı aparatının baş məsləhətçisi Həmid Həbibov iştirak ediblər. Qeyd edək ki, adları sadalanan kənd icra nümayəndələri həm də böyük təsəsrrüfat başçılarıdırlar.

Ardını oxu...
 

İYUN AYINDA AZƏRBAYCANDA DEFLYASIYA QEYDƏ ALINIB

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin iyun ayı və ilin ilk yarısında apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, iyun ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,29 faiz azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 0,61 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,03 faiz, xidmət tarifləri isə 0,17 faiz artıb. May ayına nisbətdə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,9 faiz , regionlarda isə 0,39 faiz ucuzlaşıb.

Ardını oxu...
 

Fridrix Ebert Fondunun Şimali Qafqaz üzrə Regional Direktoru Michael Weichert İqtisadi Tədqiqatlar Mərkəzini ziyarət edib

 

İyulun 4-də Fridrix Ebert Fondunun Şimali Qafqaz üzrə Regional Direktoru Michael Weichert İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ofisində olub. Onu Fondun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli müşayiət edib. Görüşdə İTM İdarə Heyətinin üzvləri Qubad İbadoğlu, Fuat Rəsulov və Qalib Toğrul iştirak ediblər. Qubad İbadoğlu qonaqlara ölkədəki iqtisadi vəziyyət və vətəndaş cəmiyyətinin durumu barədə geniş məlumat verib. Q. İbadoğlu əsas diqqəti cəmiyyətdə sosial dialoqun gücləndirilməsinin vacibliyinə yönəldib.

Daha sonra Fuat Rəsulov ötən il Fridrix Ebert Fondunun maliyyə, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikası İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirdikləri layihə barədə danışıb, qonaqlara ölkəmizdə həmkarlar təşkilatlarının uğurları və problemləri barədə müfəssəl məlumat verib. F. Rəsulov bildirib ki, İTM Azərbaycanın 2 regionunda – Şəki və Gəncədə ilk həmkarlar təşkilatlarının rəhbərlərinə regional təlimlər keçib və uğurlu nəticələri əldə edib.
F. Rəsulov çıxışında əməkdaşlığın davam etdiriməsinin ölkəmizdə ilk həmkarlar təşkilatlarının gücləndirilməsi baxımından vacib olduğunu önə çəkib.
Michael Weichert də öz növbəsində Azərbaycan iqtisadiyyatı və cəmiyyəti haqqında ətraflı məlumata görə İTM İdarə Heyəti üzvlərinə təşəkkürünü bildirib, əməkdaşlıq imkanlarının dəyərələndirilməsinin vacibliyini vurğulayıb.

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 5 > 6-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda