Home Xəbər

Xəbərlər

Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq müakirə olunub

17 avqust 2018-ci il tarixində Oğuz şəhərində bələdiyyələr üçün “Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq və bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları” adlı təlim keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Açıq Hökumət Təşəbbüsü ilə bağlı İkinci Milli Fəaliyyət Planında bələdiyyələrlə bağlı nəzərdə tutulan öhdəliklərdən danışıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul isə bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsini təmin etmək üçün müvafiq qanunvericiliyin tələbləri – vakansiyalara barədə elanın verilməsi, müsabiqə komissiyasının yaradılması, test suallarının tərtibi, müsahibənin təşkili, namizədlərin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi və müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi barədə bələdiyyə üzv və qulluqçularına ətraflı məlumat verib. Onlara konkret formalarla işləmək bacarıqları öyrədib.
Təlimin ikinci hissəsində bələdiyyə üzv və qulluqçularını etik davranış normaları, qanunvericiliyin tələbləri, etik davranış meyarlarının hər biri barədə məlumat verilib və konkret misallar vasitəsilə sadə izahlar təqdim edilib.
Təlimin sonunda təlim iştirakçılarının mövzu ilə bağlı bilik və bacarıqlarının mənimsənilməsi vəziyyətinin yoxlanılması məqsədilə onlara tapşırıqlar verilib və nəticələr birlikdə müzakirə edilib.

 

Hollandiya xəstəliyi geri qayıdır

Bu ilin 9 ayında əvvəlki ilə nisbətən Dövlət Neft Fondunun gündəlik gəlirləri 20 milyon, aylıq gəlirləri isə 600 milyon manatdan çox artıb.

DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib.

Fond vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub.

Dövlət Neft Fondu (DNF) bu ilin 9 ayı ərizndə əldə etdiyi gəlirlər və xərcləmələri barədə açıqlama yayıb. Məlum olub ki, DNF-nin büdcə gəlirləri son 9 ayda 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, DNF-nin orta hesabla aylıq gəliri 1,6 milyard manat, gündəlik qazancı isə 53 milyon manat olub. Bu gəlirlərin 93 faizindən çoxu və ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları ərzində neft və qaz sazişlərinin icrasından daxil olub. Yerdə qalan 7 faizə qədəri və ya 995,6 milyon manatını ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər təşkil edib.

DNF-nin bu ilin 9 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz və 5 milyard 643,8 milyon manat çox olub. Bu isə o deməkdir ki, bu ilin 9 ayında DNF-nin aylıq gəlirləri əvvəli ilin eyni dövrü ilə müqayisədə 600 milyon manatadək, gündəlik gəlirləri əvvəli ilə nisbətən 20 milyon manatdan çox artıb. Bunun başlıca səbəbi dünya bazarındakı yüksək neft qiymətləridir.

Hesabat dövrü ərzində DNF 7 milyard 788,0 milyon manat vəsaiti və ya cəmi xərcləmələrinin 97,35 faizini dövlət büdcəsinə transfert edib. Bununla yanaşı, bu ilin 9 ayında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 5 milyon manat vəsait yönəldilib.

Dövr ərzində DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib. Bu daha çox avro, funt sterlinq, türk lirəsi, rus rublu və valyuta səbətində olan digər valyutaların məzənnəsində baş verən dəyişikliklərlə əlaqədardır.

Dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması səbəbində 2018-ci il oktyabrın 1-ə DNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımında pozitiv tendensiya əsasən dünya bazarında neftin qiymətinin bahalaşması hesabına təmin olunub. Lakin, bununla yanaşı, DNF dövr ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub. Hesab edirəm ki, bu Fondun yeganə nailiyyəti hesab oluna bilər.

 

«Daha yaxşı olardı ki, işəgötürənin sosial ayırma yükü 15 faizdən də aşağı olsun»

Gələn ilin dövlət büdcəsi zərfində vergi sistemində ediləcək dəyişikliklər də əksini tapıb. Ölkə mediasının Milli Məclisə istinadən verdiyi xəbərlərə görə, dəyişikliklərin mühüm bir istiqamətini fiziki şəxslərin əmək haqqından ödəmələrdəki yeniliklər təşkil edəcək.

Belə ki, 2019-cu ildən məcburi sosial sığorta ayırmaları sistemində diferensiallaşdırılmış dərəcənin tətbiqi nəzərdə tutulur. Büdcə zərfinə görə, əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək məbləği əhatə edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3 faizi miqdarında, işəgötürən isə 22 faizi miqdarında məcburi sosial sığorta haqqı ödəyəcək.

Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15 faizi miqdarında sığorta haqqı ödəyəcək.

Bundan əlavə, islahatlar əmək haqqından ödənilən gəlir vergisini də əhatə edir. Belə ki, 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqlarından gəlir vergisinin yığılması üzrə 100 faizlik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14 faiz təşkil edir). İşçinin aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44 faiz təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14 faiz gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25 faiz təşkil edir).

Bundan başqa, 2019-cu ildən etibarən bütün sektorlarda məşğul olan şəxslər üçün vergidən azad olan əmək haqqı məbləğinin həcmi 173 manatdan 200 manatadək artırılır.

Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə “Fiziki şəxslərin gəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər. Lakin gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, “kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.

İqtisadçı-ekpert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov əmək haqqından ödənilən sosial ayırmanın yeni bölgüsünü işəgötürən üçün mütərəqqi hesab edir: “Sosial ayırma işçi ilə işəgötürən arasında daha optimal bölünəcək. Əslində təkliflər daha çox beləydi ki, əmək haqqından 25 faiz sosial sığorta ayırmasının tutulması çox yüksəkdir. Bu göstəricinin aşağı salınması lazımdır. Lakin belə görünür ki, ümumi faizə toxunmadan bölgünü dəyişmək qərarına gəliblər. Bizdə əmək qanunvericiliyi daha çox işəgötürənin deyil, işçinin hüquqlarını müdafiə xarakterlidir.  İndi işəgötürənin yükünü bir qədər azaldırlar. Daha yaxşı olardı ki, işəgötürənin sosial ayırma yükü 15 faizdən də aşağı olaydı. Amma bu, işçinin yükünü artırmaqla deyil, 15 faizin azaldılması yolu ilə olsa daha yaxşıdır. Bunun üçün ciddi hesablamaların aparılması lazımdır. 25 faizdən aşağı hansı rəqəm olarsa, gəlirlər nə qədər olar, itkilər nə qədər olar. Düşünürəm ki, əmək haqqından sosial ayırma 25 faizdən aşağı salınarsa, ilkin mərhələdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində azalma qeydə alınsa da, sonradan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sayəsində artımla əvəz olunar”.

Ekspertin fikrincə, qeyri-neft-qaz və özəl sektorda çalışanların əmək haqqından gəlir vergisinin tutulmaması mütərəqqi addımdır: “Gəlir vergisi ilə bağlı atılan bu addımdan sonra işçilərin əlinə gələn əmək haqqı məbləği artacaq. Hökumət bu dəyişikliklərlə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, qeyri-rəsmi məşğulluğun, kölgə iqtisadiyyatının azaldılmasına nail olmağı hədəfləyir. Düşünürəm ki, bu məqsədə xeyli dərəcədə nail olmaq mümkündür. Ümumiyyətlə, Vergilər Nazirliyinin son zamanlar vergi qanunvericiliyi, vergi sistemində şəffaflığın təmin olunması istiqamətində atdığı addımlar təqdirəlayiqdir və müsbət effektini verəcək”.

 

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Pambıq yığımında məcburi əmək məsələsi yenə aktualdır

İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, Rutgers Universitetinin professoru Qubad İbadoğlu öz “Facebook” səhifəsində pambıq yığımının gedişilə bağlı yeni status paylaşıb: “Pambıq yığımı mövsümü pambıq mövzusunu xeyli aktuallaşdırıb. Regionlardan çoxsaylı məlumatlar daxil olmaqdadır. Verilən məlumata görə, Sabirabad rayonun Ulacalı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyrabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub və məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb. 

Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq.
Sabirabad rayonunun icra başçısı adından danışan kənd icra nümayəndəsi pambıq əkmək öhdəliyinə riayət etməyib qarpız, taxıl, yonca və sair əkənlərin sahələrinə traktor salaraq şumlatdıracağını deyərək onları hədələyib.
Bu rayondan gələn digər məlumatda adının çəkilməməsini istəməyən fermer bildirib ki, Sabirabad rayonu Cavad kəndində bu il pambığın məhsuldarlığı çox aşağı olub. Fermer əl ilə yığılan pambığın hər kiloqramına maksimum 15 qəpik ödədiklərini yazır: “Onsuz da məhsuldarlıq aşağıdır, zərərə düşəcəyik”. Fermerin dediyinə görə, kənddə həyat səviyyəsi aşağı olduğuna, işsizliyin mövcudluğuna görə əhali bu qiymətə pambıq yığmağa könülsüz də olsa razılaşır, çünki işləmək üçün başqa imkan yoxdur. Fermer kənd məktəbinin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunması faktını da təsdiqləyib.
Bu rayondan aldığım sonuncu məlumata görə, Sabirabad pambıq zavodu xərclərinin artdığını əsas gətirərək traktorçulara verilən günorta yeməyini ləğv edib. Bundan xəbər tutan traktorçular etiraz edərək bir neçə saatlıq işi dayandırıblar. Ancaq etirazlar və danışıqlar bir fayda verməyib, zavoddan traktorçulara verilən günorta yeməyini bərpa etməyəcəklərini bildiriblər”.

 

Gəlir vergisilə bağlı böyük güzəşt gözlənilir

2019-cu ildə muzdla çalışanların gəlirləri ilə bağlı islahatların həyata keçirilməsi nəzərdə tutulur. Vergi ödəyicilərinin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi gözlənilr. İslahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz güzəştin edilməsi nəzərdə tutulub. Təklif olunur ki, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılsın.

 

 

 

Qalib Toğrul: “İctimai şuralarla bağlı keyfiyyətdən yox, kəmiyyətdən danışmağa məcburuq”

Açıq Hökumətin Təvşiqilə bağlı 2-ci Milli Faəliyyət Planının icrasının başa çatmasına 2 aydan bir az çox vaxt qalır. İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sdəri Qalib Toğrul Fəaliyyət Planında “İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi” adlı altistiqamətin icrasına münasibət bildirib: “Təəssüf ki, bu vacib istiqamətlə bağlı nəzərdə tutulan öhdəliklər demək olar ki, icra olunmayıb. 80 yerli icra hakimiyyətindən yalnız 3-də ictimai şura var. Yanında ictimai şura fəaliyyət göstərən mərkəzi icra hakimiyyətlərinin sayı isə 10-a belə çatmır. İctimai şuraların azlığı onların necə formalaşdırılması və fəaliyyətilə bağlı tələblərin nə dərəcədə gözlənilməsi məsələsini belə arxa plana atır. Biz hələ keyfiyyətdən yox, kəmiyyətdən danışmağa məcburuq”.

Qalib Toğrulun fikrincə, ictimai şuraların yaradılması prosesinin sürətlənməsi və bu prosesdə müvafiq normativ-hüquqi aktların tələblərinə riayət olunması üçün bəzi qanunvericilk aktlarında dəyişiklik olunmasına, yenilərinin qəbuluna ehtiyac var: “Çox geniş mövzu olduğu üçün yalnız ən vaciblərini qeyd edirəm. Dövlət qurumlarının yanında ictimai şuraların formalaşdırılması təşəbbüsü həmin qurumlardan alınaraq vətəndaş cəmiyyətinə verilməli və bu sahədə yeni mexanizmlər yaradımalıdır. Bir də ictimai şura yaradılmalı olan mərkəzi icra hakimiyyətlərinin siyahısı Prezident tərəfindən təsdiq olunmalıdır ki, bu qurumların bəhanəsi əlindən alınsın.
Və təbii ki, vətəndaş cəmiyyəti təmsilçilərinin formalaşması və fəaliyyət göstərməsilə bağlı maneələr aradan qaldırılmalı, münbit şərait təmin olunmalıdır. Bunsuz ictimai iştirakçılığın heç bir forması normal fəaliyyət göstərə bilməz.
Qəribədir ki, bilmədən ən vacib şərti sonda yazdım. Bəlkə də bu, bizə - vətətəndaş cəmiyyəti təmsilçilərinə taleyin bir istehzasıdır”.

 

Yerli büdcə prosesində ictimai iştirakçılıq məsələləri müzakirə olunub

24 sentyabr 2018-ci ildə Oğuz şəhərində “Yerli büdcə prosesində ictimai iştirakçılıq və yerli səviyyədə dövlət satınalmaları” mövzusunda təlim keçirilib. Bələdiyyə və dövlət qurumları təmsilçilərinin, yerli icmalar və vətəndaş cəmiyyətin nümayəndələrinin iştirak etdiyi təlimdə əvvəlcə yerli büdcə prosesinin iştirakına ictimaiyyətin cəlbi mexanizmləri nəzərdən keçirilmişdir. Büdcə layihəsilə bağlı ctimai dinləmə və müzakirələrin təşkili prosesi addım-addım iştirakçıların nəzərinə çatdırılmışdır. Təlimçi, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qalib Toğrul Təlimdə İTM-nin Azərbaycanın digər bölgələrində uğurla həyata keçirdiyi VRK təcrübəsindən də danışıb ki, bu, xüsusi maraq doğurmuşdur. İkinci təqdimat zamanı yerli səviyyədə satınalmalarla bağlı təqdim olunan məlumatlar, xüsusilə, tenderlərə nəzarət, prosesin əvvəldən sona kimi izlənilməsi və məlumatların açıqlanması məsələləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Təlimçi praktiki nümunələr üzərində sorğu və digər üsullarla tender məlumatlarının toplanılması və onların təhlili qaydasını nümayiş etdirmişdir. Eyni zamanda, təlimdə tenderlərə ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu və konkret iştirak mexanizmləri müzakirə olunmuşdur.

 

 

 

 

Açıq hökumətin yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklərin icrası müzakirə olunub

02 iyul 2018-ci il tarixində Oğuz şəhərində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər” mövzusunda infosessiya keçirilib.

İnfosessiyanı Oğuz Şəhər Bələdiyyəsinin sədri Arif Cavadov açıb, o tədbir iştirakçılarını salamlayaraq Açıq Hökumət Təşəbbüsü ilə bağlı məlumat verib. Sonra İqtisadi və Sosial İnklişaf Mərkəzinin sədriVüqar Bayramov Açıq Hökumət təşəbbüsü, bu təşəbbüsdə Azərbaycanın yeri barədə qısa məlumat verərək təqdimat üçün sözü ekspert Qalib Toğrula verib.

Qalib Toğrul “Açıq Hökumət Təşəbbüsü və Azərbaycan: keçilmiş yola baxış və hazırkı durum” və “Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planının (2016-2018) yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər və onların icrası vəziyyəti” mövzularında təqdimatlar edib və hər bir təqdimatdan sonra iştirakçıların rəyləri dinlənilib, onların sualları cavablandırılıb.

İştirakçılar informasiyanın əlçatanlığı, dövlət qurumlarının işində iştirakın formaları, hesabatlılıq və şəffaflıqla bağlı tələblər haqqında suallar verib, eyni zamanda yerli təcrübdən misallar gətiriblər. Onları daha çox oxşar vəziyyətdə olan ölkələrin bu sahədəki təcrübələri maraqlandırdığından suallar və müzakirələr zamanı bu barədə geniş məlumat verilib.

Tədbirdə Oğuz rayonunda fəaliyyət göstərən bələdiyyələrin, vətəndaş cəmiyyətinin, yerli dövlət qurumlarının nümayəndələri iştirak edib.

İnfosessiya Oğuz şəhər bələdiyyəsinin binasında təşkil olunub.

 

2017-ci ildə ölkənin ümumi daxili məhsulu 0,1 faiz artıb

2017-ci ildə ölkənin ümumi daxili məhsulu 70135,1 milyon manata çatmışdır. Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.

Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalmış, qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artmışdır. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,8 faiz artmışdır.
ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olmuşdur.

 

Dövlət qurumu sahibkarlara xəbərdarlıq etdi

Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var. Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: "Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".

Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: "Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə, yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik və getməyəcəyik". (Mənbə: www.mks.az)

 

Vergi Məcəlləsi gələn il dəyişəcək

"Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır". "APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır (www.mks.az).
"Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul nazir müavininin çıxışını şərh edərkən deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər müvafiq qanunvericiliyə görə büdcə paketilə birgə olunmalıdır, Vergilər Nazirliyinin əvvəlki praktikadan imtina etməsi təqdirəlayiqdir. Qalib Toğrul hesab edir ki, əvvəlki illərdə ildə 4-5 dəfə, bəzən daha çox Vergi Məcəlləsinə dəyişiklik olunması sahibkarlar arasında çaşqınlıq yaradırdı, onlar bir dəyişikliyi öyrənib tətbiq etməmiş yenisi olunurdu.

 

Qonşudakı 2 turist = Azərbaycandakı 1 turist

2017-ci il ərzində ölkəyə gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötsə də, bu Gürcüstanın müvafiq göstəricindən 3 dəfə azdır. Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər. Reytinqdə ikinci yeri Azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri Rusiyalı turistlər - 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 milyard dollar, Azərbaycan isə 1,3 milyard dollar qazanıb. 

Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Əksinə, Azərbaycanda turizmin inkişaf meylləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur. Elə o səbəbdən də ötən il 1 694 998 nəfər Azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib. Ümumilikdə isə azərbaycanlı turistlər xaricdə 1,2 milyard dollar xərcləyib. Bunu müqabilində isə bizim turizm gəlirlərimiz 1,3 milyard dollar olub. 

 

Yoxsulluğun kökünü kəsmək mümkündür?

Картинки по запросу бедныйBaş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ilə kimi Azərbaycanda yoxsul qalmayacaq. Bu, mümkündürmü? Bu sualın bircə cavabı var: yoxsulluq nisbi anlayışdı, bir ölkənin meyarları ilə yoxsul sayılan digər bir ölkədə tam təmin olunmuş sayıla bilər. Sadə bir nümunə, ABŞ-də aylıq gəliri təxminən 1000 dollardan aşağı olan yoxsul sayılır, Azərbaycanda 116 manatlıq Ehtiyac meyarından, ən yaxşı halda 173 manatlıq Yaşayış minimumundan az qazananlar.

Ona görə də, 2017-ci ilin statistikasına görə ABŞ-da 40 milyon nəfərdən çox (yoxsulluq səviyyəsi 14%), Avropa Birliyində 85 milyon nəfər (yoxsulluq səviyyəsi 17%) yoxsul var. Və o ölkələrdə yoxsulun maşını, evi, komputeri, interneti var, bizdə isə maşını olana, internetə qoşulana dövlətin kasıblar üçün nəzərdə tutduğu ünvanlı sosial yardım verilmir. 
ABŞ-da yoxsulluq həddi minimum istehlak səbətinə uyğun müəyyən olunur, Avropada orta əmək haqqının 60%-dən aşağı gəliri olanlar yoxsul sayılır. Bizdə Minimum istehlak səbətinin yoxsulluq həddi sayılan Yaşayış minimum ilə heç bir əlaqəsi yoxdu, bəlkə də parallel xətlərin nə zamansa kəsişmək ehtimalı var, ancaq bu iki göstəricinin bir-birilə üzləşməsi mümkün deyil. 

 

Minimum əmək haqqı: uzaq və yaxın qonşulardan geri qalırıq

Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır. 
Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır. Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır. Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.
Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur. 
Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır.
Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.
Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir.
Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından - Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək.
Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir.

 

 

Manatı nə gözləyir

Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır. Bu il ərzində dünya bazarında 1 barel Brend markalı xam neftinin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollara nəzərən kusunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu. Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa (yeri gəlmişkən, bu istiqamətdə proqnozlar getdikcə artır), onda azalan valyuta gəlirlərinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də, dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozulacaq və onun məzənnəsi ortamüddətli dövrdə 2 manatı da ötəcək. Sadəcə olaraq bu zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir. Əgər əksinə, dünya bazarında neftin qiyməti indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər.

Фото Economic Research Center(ERC).

 

Bitkoinə sərmayə qoymağa dəyər?

Rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan Bitkoinlərlə bağlı son zamanlar yaranan marağı nəzərə alaraq İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, hazırda ABŞ-ın Prinston Universitetində çalışan Qubad İbadoğlunun fikirlərini təqdim edirik: “Qeyd edim ki, 2009-cu ildə 1 ABŞ sent i nominal dəyəri ilə tədavülə çıxan Bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən Birkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir. Amma, Birkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil. Bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, Bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan Bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir”.

 

15 836 000 000 manatlıq müdafiə xərcləri


Son 10 ildə (2008-2017-ci illərdə) dövlət büdcəsindən birbaşa müdafiə xərcləri adı altında 15 milyard 836 milyon manat vəsait ayrılıb. Bu məqsədlə hər il orta hesabla 1,58 milyard manat vəsait xərclənib. İndiyə qədər müdafiə xərclərinin nə iqtisadi və nə də funksional təsnifatı açıqlanmayıb. Müdafiə nazirinin müavini deyir ki, “Ordu haqqında danışanda diqqətli olmalıyıq”. Razıyam, dövlət təhlükəsizliyi ilə əlaqəli hərbi sirlər, məxfi məlumatlar qapalı saxlanılsın, yayılmasın, onlardan danışmayaq, yazmayaq, çəkiliş etməyək. Onzuz da etmirik. Amma, nədən müdafiə məqsədi ilə ayrılan on milyardlarla büdcə vəsaiti barədə ictimaiyyət məlumatsız qalmalıdır? Hətta ictimaiyyətə məlumat verilməsə də heç olmazsa büdcəni qəbul edən parlamentə hesabat versinlər. Əgər Milli Məclisin plenar iclasında bu barədə danışmaqdan çəkinirlərsə, onda "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə" komitəsinin qapalı iclasında hesabat versinlər ki, bu qədər vəsait hara və necə xərclənib.

 
 

FED uçot dərəcəsini qaldırır

Bu qərar Azərbaycan manatına necə təsir edəcək?

Dekabrın 13-də yerli vaxtla 14.30-da (Bakı vaxtı ilə saat 23.30-da) iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED-in uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq. Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək.
Məlumat üçün qeyd edək ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. olacaq. Bu dəyişiklikıər də ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır. 
İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Qubad İbadoğlunun fikrincə, hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir: “Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir. 
ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır”.
Ekspertin fikrincə, FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır: “Reaksiyalar müxtəlifir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb. 
Bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək”.

 

Bahalaşmanın yeni dalğası başlayıb

Dövlət Statistika Komitəsinin son hesablamalarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb. Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir. Müşahidə olunan maraqlı məqamlardan biri də kərə yağının qiymətində bahalaşmanın davam etməsidir. Bu da təsdiq edir ki, ölkəyə kərə yağının idxalı inhisarçıların nəzarətindədir ki, onlar da bu malın satışında razılaşdırılış yüksək sövdələşmə qiyməti tətbiq etməklə istehlakçılarının xərclərini davamlı şəkildə artırırlar. 
Məlumat üçün qeyd edim ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir. Görünən odur ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil, daha çox inhisarçı və oliqopol şirkətlər bəhrələnirlər.
Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq. Odur ki, dəyərli istehlakçılar qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olun, nəzərə alın ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq.

 
 

Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir

"Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32 faizinin ixtisası var". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Səlim Müslümovun sözlərinə görə işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəblərindən biridir.
"Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar". Bu sözlər də prezident İlham Əliyevə məxsusdur.
Belə çıxır ki, savadımız var, amma ixtisasımız yoxdur ona görə də iş tapa bilmirik, işsizik?! Amma elə deyil, çünki işsizlərin böyük əksəriyyəti ixtisaslılar və ali təhsilli gənclərdir. Belə ki, Dövlət Statistika Komitəsinin 2017-ci ilin əvvəlinə olan məlumata görə, ötən il rəsmi olaraq izsiz sayılan 252,8 min nəfərin 35,4 min nəfəri ali, 31,8 min nəfəri orta ixtisas və 18,1 min nəfəri peşə ixtisas təhsillidir. Göründüyü kimi, 
işsizlərin 35 faizə qədəri müxtəlif səviyyəli ixtisas sahibləridir. 

Əslində isə, bu ilin noyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5,072, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların (yəni gerçək daimi işi olanların) sayı 3,544 milyon nəfərdir ki, belə olanda da işsizlərin sayı 252,8 min nəfər deyil, 1 milyon 528 min nəfərə və əmək qabiliyyətli əhalinin 30 faizinə bərabərdir. Deməli, Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir, işsiz olanların üçdə biri isə ixtisaslıdır.

 

Dövlət əhalini iqtisadi mafiyalardan necə qorumalıdır? – dünya təcrübəsi Azərbaycanda bazar qiymətlərini tənzimləyən nəzarət mexanizmi var, amma o mexanizmi işləməyə qoymayan səbəblər də var

Cəmiyyət mal və məhsulların pərakəndə satış qiymətindəki dəyişikliklərə həmişə həssasdır. Xüsusilə də ərzaq bazarındakı qiymət prosesi əhalinin geniş təbəqələrinin yaxından izləməyə məcbur olduğu sahədir. Son illərdə Azərbaycanda baş verən sosial-iqtisadi proseslər nəticəsində ərzaq qiymətlərinə yönəlik həssaslıq dəfələrlə artıb - azca da olsa artım olduqda, bu, insanların ailə büdcəsində ciddi şəkildə hiss olunur.

Buna görə də hökumətdən bazardakı bahalaşmalara qarşı mübarizə gözləntiləri xeyli böyükdür. Manatın məzənnəsindəki kəskin azalmaların bazara mənfi təsirləri fonunda bu gözləntilər də artır.

Qeyd edək ki, əksər ölkələrdə əsas tələbat mallarının qiyməti həssaslığına görə dövlət tərəfindən daim diqqətdə saxlanılır. Avropa ölkələrinin bir çoxunun qanunvericiliyində dövlətin əhalini bahalaşmalardan qoruyan tədbirlər nəzərdə tutulur. Belə tədbirlər əksər MDB ölkələrində də var. Məsələn, Rusiya və Qazaxıstanda pərakəndə ticarət fəaliyyətini tənzimləyən qanunlarda 1 ay ərzində sosial əhəmiyyətli məhsulların qiymətində artım 25-30 faizi keçdikdə dövlətə həmin məhsul üzrə 90 günlük qiymət maksimumu müəyyənləşdirmək səlahiyyəti nəzərdə tutulur.

Belarus qanunvericiliyində (“İctimai iaşə və ticarət fəaliyyətinin tənzimlənməsi haqqında” qanun, 2014-cü il) dövlətin bazara 2 cür müdaxiləsi nəzərdə tutulur: alış və satış. Alış o zaman həyata keçirilir ki, hansısa məhsulun bazar qiyməti yerli istehsalçıların xərclərini qarşılayacaq səviyyədən aşağı düşsün. Bu zaman Belarus Nazirlər Şurası həmin məhsulun tələbdən artıq hissəsini alaraq yerli istehsalçıları qoruyur. Satış intervensiyası isə 2 halda həyata keçirilir: hər hansı əsas tələbat malının qıtlığı yarandıqda, ikincisi isə hansısa məhsulun qiymətində kəskin bahalaşma olduqda.

Azərbaycan qanunvericiliyində necə, dövlətin (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar istisna olunmaqla – D.S.) satış bazarına bahalaşmaya qarşı mübarizə məqsədli müdaxiləsinə imkan verən normalar varmı? Belə normalarla ifrat və iqtisadi əsası olmayan bahalaşmaların qarşısını almaq olarmı?

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Qalib Toğrulun fikrincə, bu sahədə Azərbaycan qanunvericiliyinin əsas problemi ondadır ki, bazarda “istehlakçıların hüquqlarının qorunması” ilə “rəqabətin təmin edilməsi” anlayışları antiinhisar qanunvericiliyində eyniləşdirilir: ““İstehlakçıların hüquqlarının qorunması” geniş anlayış olsa da, çox təəssüf ki, bizim ölkəmizdə bu, daha çox süni qiymət artımına qarşı mübarizə kimi qiymətləndirilir. Əslində, istehlakçıların hüquqlarının qorunması üçün hökumətin bazara müdaxiləsinə ehtiyac yoxdur. İstehlakçıların hüquqları o zaman qorunur ki, orda özəl sektor təmsilçilərinin istənilən bazara sərbəst girişi və çıxışı, daha sadə şəkildə ifadə etsək, rəqabət mühiti təmin edilir. Qiyməti dövlət yox, dövlətin təmin etdiyi sağlam rəqabət tənzimləməlidir. Bax onda istehlakçıların da hüquqları qorunur, özəl sektorun da.”

“Konkret yağın qiymətindəki bahalaşma ilə bağlı qanunvericilik çərçivəsində hansı tədbirlər görülə bilər” sualına cavab verən mərkəz rəhbəri bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidməti qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində ən azından yağın istehsalı, idxalı və satışı ilə bağlı monitorinqlər keçirə bilərdi: “Monotorinqlərin keçirilməsi, xüsusilə ilkin istehlak malları bazarının daimi müşahidə altında saxlanması bu qurumun vəzifəsidir. Dövlət Xidməti indi məsələyə daha ciddi yanaşıb konkret yağın qiymətilə bağlı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması adı altında iş qaldıra bilər. Bu, ən mütərəqqi yoldur. Qanunvericiliyə görə, bu işin başlanılması üçün mətbuatda əsaslandırılmış bir yazının və ya xəbərin dərci yetərlidir. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatında yağın idxal dəyəri açıqlanıb və mətbuatda yağın pərakəndə satış qiymətləri ilə bu idxal qiyməti arasındakı kəskin fərqlə bağlı xeyli yazılar gedib. Dövlət Xidməti qiymətlərin endirilməsi ilə bağlı məcburi göstərişlər verə bilər və qiymətləri əsassız qaldıran şirkətləri cərimələyə bilər. Göründüyü kimi, rıçaq əslində var, sadəcə, işləmir.”

Q.Toğrul xatırlatdı ki, ölkədə müstəqil rəqabət qurumun yaradılması və Rəqabət Məcəlləsinin qəbul olunması birbaşa Prezidentin imzaladığı ən azı 3 sənəddə nəzərdə tutulub. Bunlar “Açıq hökumətin təşviqi ilə bağlı 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamıdır: “Hər 3 sənəddə ölkədə rəqabət mühitinin yaradılması ilə bağlı həm institusional, həm də qanunvericilik dəyişikliklərini nəzərdə tutan konkret hədəflər qoyulub. Təəssüf ki, hələ ki, real bir addım atılmayıb.”

Yeni Müsavat

Musavat.com

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 6-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda