Home Əlaqə Haqqında

Haqqında



Haqqında

E-poçt Çap PDF faylını al

“Şəffaf büdcə” proqramı haqqında
ÜMUMİ MƏLUMAT

 

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertlərinin birgə məhsulu olan, bələdiyyənin maliyyə fəaliyyətini əks etdirən “Şəffaf büdcə” proqramı yerli özünüidarəetmə orqanlarında büdcə, vergi, mühasibat işinin daha səmərəli, çevik, habelə resurslara qənaət etməklə şəffaf və hesabatlı təşkil olunmasına xidmət etməklə yanaşı, bələdiyyə büdcəsinin elektron arxivi funksiyasını da yerinə yetirir. Proqram İqtisadi Tədqiqatlar Mərkəzinin əqli mülkiyyəti kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin müsbət rəyini aldıqdan sonra Azərbaycan Respublikası Müəllif Hüquqları Agentlıyində təşkilatın adına qeydiyyatdan keçirilib.

 

“Şəffaf bücə” proqramına ilk dəfə daxil olduqda istifadəçinin tipinə görə aşağıdakı seçim imkanları təklif olunur: “Bələdiyyə sədri”, “Mühasib” və “Vergi müfəttişi”.  Bələdiyyə qanunvericiliyinə və yerli özünüudarəetmə orqanlarındakı mövcud iyerarxiyaya uyğun olaraq adları çəkilən hər bir istifadəçinin səlahiyyətlərinin hüdudları var. Proqram məhz həmin iyerarxik sturktura müvafiq olaraq istifadəçilərin proqramdan istifadə imkanlarını və məhdudiyyətlərini müəyyənləşdirib. Hər bir istifadəçinin proqrama daxil olmaq üçün özəl şifrələri (parolları) var. Həmin parolları istifadəçi özü müəyyən edir

Proqramda “Ərizələr” menyusu vasitəsi ilə vergi ödəyicilərinin bazaları yaradılır, hər bir vergi ödəyicisinin adı ayr-ayrılıqda bazaya daxil edilir. Vergi ödəyicilərinin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin məlumatları  ilə yanaşı, YVÖK nömrəsi, ünvanı, güzəşt hüququnun olub-olmaması, bütün vergi öhdəkiləri, artıq ödəməsi və ya borcu (qalıq və faiz borcu) və digər məlumatlar bir pəncərədən – “Ərizələrdən” bazaya daxil olunur.

Ərizədəki “Qeydlər” bölməsində isə istənilən digər köməkçi məlumatları daxil etmək olar. “Ərizələr”ə işlənilən məlumatlara uyğun olaraq Proqram avtomatik olaraq vergi ödəyicisinin vergi növləri üzrə borcunu, faizi hesablayır, güzəştini (varsa), artıq ödəməsini və ya qalıq borcunu (əgər varsa) hesablamalar zamanı nəzərə alır.

 

Qeyd: Vergi ödəyicisi borcu gecikdirdikcə proqram qanunvericiliyə uyğun olaraq bir il müddətində hər keçən gün üçün faiz hesablayır.

 

Proqram avtomatik olaraq hər bir vergi ödəyicisi üzrə “Tədiyyə bildirişi”ni, Yerli Vergi Ödəyicisinin Kodu (YVÖK) Şəhadətnaməsini, “Şəxsi hesab”ı və “Ümumi borc”u çap üçün hazırlayır.

Proqramın “Borclar” menyusunda borc məbləğləri və müfəttişlər üzrə təsnifat aparmaqla ümumi siyahını çapa vermək, ümumi vəziyyəti analiz etmək, kiçik və yüksək borcu olanları ayrıca qruplaşdırmaq mümkündür. “Borclar” menyusunun bir üstünlüyü də ondadır ki, o, gələcək istənilən seçilmiş tarixə də vergi ödəyicilərinin borclarını hesablaya bilir.

Vergi ödəyicilərinin vergi öhdəliklərini yerinə yetirməklə bağlı prosesin davamı vergi ödəyicilərinin ödədikləri məbləği “Ödənişlər” proqramın yaddaşına daxil etməkdir. Ödəniş olunduqdan sonra ödənişin edilmə tarixi, saatı, ödənişin məbləği barədə məlumatlar xüsusu pəncərədə əksini tapır. Proqramın bütün ödənişləri vahid pəncərədən daxil etmək kimi üstünlüyü var.

Bu bölmədə yerli vergi ödəyicilərinin ödənişləri ilə yanaşı onlara hesablanan maliyyə sanksiyaları və həmçinin bələdiyyə qərarı ilə verilən azalmalar haqqında məlumatlar da daxil edilir.

Proqramın bu bölməsində il ərzində hansı tarixlərdə ödənişin və ya hesablamanın olmasına baxmayaq qruplaşma yerli vergi ödəyicisi və ya hüquqi şəxs (fərdi sahibkar) üzrə aparılır. Yəni, istənilən yerli vergi ödəyici və ya hüquqi şəxsin (fərdi sahibkar) adını seçməklə il ərzində “Ödənişlər” bölməsində onunla bağlı aparılan əməliyyatları görmək mümkündür

Digər Gəlirlər (Hesabat) menyusunda isə yerli vergi ödəyicisi və hüquqi şəxslər üçün hesablanan ödənişlər və vergi öhdəlikləri qeyd edilir.

“Balans” bölməsinin məqsədi həm yerli vergi ödəyicisinə aid olan vergilərdən başqa digər hesablamalar üzrə, həm şəxslər, həm də vergi növləri üzrə hesablamalar aparmaqdır. Ona görə bu bölmə 2 hissədən ibarətdir:

-          Vergi və ya ödənişin növü üzrə

-          Yerli vergi ödəyicisi və ya hüquqi şəxs (fərdi sahibkar) üzrə

“Təşkilatlar” menyusunda bələdiyyənin əməkdaşlıq etdiyi bütün hüquqi şəxslər, fərdi sahibkarlar və hətta vətəndaşlar haqqında məlumatlar əks olunur.

Büdcə menyusunda bələdiyyəinin gəlir və xərcləri haqqında məlumatlar Vahid büdcə təsnifatı haqqında qanunvericliliyin tələblərini gözlənilməklə hazırlanaraq proqram təminatında daxil edilib.  Bələdiyyə öncədən büdcə proqrnozlarını daxil etməlidir. Qeyd edək ki, toplamalarda bir-birindən asılı büdcə gəlirlərini və ya xərclərini deyil, yalnız sonuncu mərhələ üzrə məlumatı daxil etmək lazımdır.

“Şəffaf büdcə” proqramında Bələdiyyələrin bütöv bir maliyyə ili ərzində büdcənin istər proqnoz, istərsə də icra vəziyyətinin gəlir və xərc bölmələri ayrı-ayrılıqda olmaqla mədaxil və ya məxaric əməliyyatlarını aparmaq olar.

“Şəffaf Büdcə” proqram təminatında bazanın təhlükəsizliyi ilə bağlı xüsusi addımlar atılıb. Belə ki, “Backup” və “Restore” əməliyyatlarının köməyi ilə proqram təminatının bazasının itməsi və səhvlərlə bağlı müəyyən riskləri minimumlaşdırmaq mümkündür. Proqram təminatı müxtəlif səbəblərdən işləməyəndə (kompüterə virus düşməsi, Windows əməliyyat sisteminin, proqramın hansısa komponentinin sıradan çıxması və digər hallarda) bazalar itmir, öncəki bazanı rahatlıqla yeni yazılan proqram təminatına bərpa etmək mümkün olur.

“Restore” isə isə proqram təminatına yalnış məlumat daxil edilən zaman öncəki bazanı geri qaytarmaq üçün istifadə olunur.

 

“Şəffaf büdcə” proqramının ümumi faydalı cəhətləri

 

Bələdiyyələr bu proqramdan istifadə etməklə vətəndaşla bələdiyyə arasında olan maliyyə əməliyyatları avtomatlaşır, əl əməyindən istifadə edilmir, bələdiyyəyələr bu istiqamətdə olan işlərini daha çevik, səmərəli qura bilirlər. Bundan əlavə bildiyimiz kimi bələdiyyələrin əsas gəlir mənbələrindən biri olan torpaq vergisi keyfiyyətinə, hansı regionda yerləşməsinə görə qanunvericiliyin tələbi olaraq müxtəlif kadastır bal sistemləri ilə hesablanır. Belə olduqda isə nəinki vətəndaşlar, hətda bələdiyyələrin bu işə məsul şəxsləri də bu hesablamanı dəqiq apara bilmir. Ancaq “”Şəffaf büdcə” proqramında bu kimi məsələlər avtomatlaşdırıldığindan səhv hesablama istisna olunur. Belə olduqda isə vətəndaşlar istər vergi öhdəlikləri barədə dəqiq məlumat alırlar və aldıqları məlumata inanırlar. Bu inam isə ümumilikdə bələdiyyə orqanına olan inamı yüksəldir.

İllik və aylıq büdcə məlumatlarını, ayrı-ayrı vergi ödəyicilərinin “Şəxsi hesab” vərəqələrin çapa verib, məlumat güşələrində yerləşdirmək və ya vətəndaşlara paylamaq olar. Eyni zamanda, Tədiyyə bildirişini və YVÖK-ü daha hər bir yerli vergi ödəyicisi üzrə əllə hazırlamağa ehtiyac yoxdur. Proqram hər iki sənədi elektron şəkildə avtomatik hazırlayır. Yalnız onları çapa verib əhaliyə paylamaq qalır.

“Şəffaf büdcə” Proqramının bələdiyyələrdə tətbiqi göstərir ki, bu alət yerli özünüidarəetmə orqanlarında ictimai iştirakçılığın yüksəlməsinə, vergi yığımının artmasına stimul verir.

 

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda