Home Nəşr Makroiqtisadiyyat

Makroiqtisadiyyat

"KÖLGƏ HESABAT"I HAZIRLANIB

Bu hesabat 2 hissədən ibarət olmaqla  - “Açıq Hökumətin Təşviqinə  dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı”nın (MFP) icrasının və “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı”nın hazırlanmasının və qəbulunun Açıq Hökumət Tərəfdaşlığı prinsiplərinə uyğunluğunun  qiymətləndirilməsini nəzərdə tutur. Hesabat hər iki MFP-nin alternativ qiymətləndirilməsini nəzərdə tutur. Birinci MFP-nin qiymətləndirilməsi zamanı MFP-nin icrasına nəzarəti həyata keçirən məsul dövlət qurumunun - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının müvafiq illik hesabatlarına istinadlar edilib.

 

Hesabatı yükləmək üçün link

 

Qara qızıl şəffaflıq işığında

Kitabda Azərbaycan neft istehsalının tarixinə, inkişaf yoluna və cəmiyyətin həyatındakı roluna nəzər salınır, cağdaş dövrdə neft və qeyri-neft sektorlarının inkişaf tendensiyasının vəziyyəti, bu yolu keçmiş dünya ölkələrinin əldə etdiyi praqmatik nəticələr fonunda sosial-iqtisadi problemlər, neft gəlirlərinin istifadəsi zamanı şəffaflıq prinsipinə əməl edilməsi səviyyəsi, koorupsiyaya qarşı imkanları və digər bir-birilə əlaqəli problemli araşdırılır.

Kitab tam fayl şəklində

 

Alternativ inflyasiya: Beynəlxalq təcrübə və Azərbaycan

Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә sosial rifaha tәsirsiz ötüşmür. Mühüm makroiqtisadi parametrlәrlә inflyasiya arasındaki korelyasiya nәinki ölkә sәviyyisindә, beynәlxalq miqyasda da maraq doğurur. Bu zaman diqqәt yetirilәsi әsas mәsәlәlәrdәn biri dә, inflyasiyanın dәqiq hesablamasıdır. ABŞ Beynәlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyә dәstәyi ilә İqtisadi Tәdqiqatlar Mәrkәzinin gerçәklәşdirdiyi “Azәrbaycanda alternativ inflyasiya metodologiyasının işlәnilmәsi” layihәsi bu mәnada praktik vә nәzәri әhәmiyyәt kәsb edir. Layihә çәrçivәsindә dünya tәcrübәsi vә yerli şәraitin nәzәrә alınması ilә hesablanan alternativ inflyasiya göstәricisi әn yüksәk sәviyyәlәrdә ciddiyә alınıb.....

Kitab tam fayl şəklində

 

Büdcə terminləri – izahlı lüğət

Kitabda büdcə prossesində,  o cümlədən dövlət və bələdiyyə büdcələrinin tərtibi,  müzakirəsi, təsdiq edilməsi və icrası mərhələlərində geniş istifadə edilən, habelə əhalinin həyat səviyyəsini, büdcə ilə sosial prosesləri və büdcə şəffaflığını xarakterizə edən iqtisadi terminlərin və ifadələrin izahı verilmişdir.

Kitab tam fayl şəklində

 

Azərbaycanın iqtisadi inkişaf modelləri

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi “Neft gəlirlərininin uzunmüddətli istifadəsi üzrə strategiya”da Dəyişməz Neft Gəlirləri prinsipi təsbit olunub. Lakin bu prinsipin əsasında sosial-iqtisadi modelləşmə işi tam başa çatdırılmayıb. Azərbaycanın 400 milyard ABŞ dolları civarında proqnozlaşdırılan neft-qaz gəlirlərinin illər üzrə istehlaka və yığıma gedən hissəsinin rasionallaşması bir problem olaraq qalır. Nəticədə Xiksin işgüzar dövr modelinə uyğun olaraq tələb və təklifin bir-birini balanslaşdırması müşahidə edilmir. Azərbaycanda stabil iqisadi inkişaf və makro səviyyədə tarazlıq təmin edilməklə bərabər faktiki olaraq “əkiz kəsirlər” problemi mövcuddur. Bir tərəfdən qeyri-neft xarici ticarət kəsiri ilbəil artır. Bu o deməkdir ki, dolayısı ilə neft gəlirlərinin bir hissəsi qeyri-neft xarici ticarət kəsirini bağlamaq üçün xərclənir və xarici əmtəə və xidmət istehsalçılarını maliyyələşdirməyə yö- nəlməklə yerli iqtisadiyyatın rəqabət qabiliyyətini aşağı salır.....

Kitab tam fayl şəklində

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 2-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda