Qubad İbadoğlu,
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti
Bir sıra rayon icra hakimiyyəti başçılarının korrupsiya ittiham olunaraq həbs edilməsindən sonra Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun da eyni ittihamlarla həbs edilməsi bir sıra mətləblərə aydınlıq gətirdi. Bununla bağlı qənaətimi bölüşmək istərdi. Belə ki, indiyə qədər baş verən 5 rayon icra başçısının və mədəniyyət nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən belə məlum oldu ki:
1) Korrupsiya yalnız yerli icra hakimiyyəti orqanlarında deyil, mərkəzi icra hakimiyyəti orqanlarında da yüksək səviyyədə yayılıb.
2) Korrupsiyaya qurşanan yalnız köhnə kadrlar deyil, həm də yeni kadrlardır, deməli korrupsiya gənc və orta yaşlı olmaqla bütün yaş qruplarını əhatə edir.
3) Korrupsionerlərin əksəriyyəti hakim patiyanın ya üzvləri, ya da onların zəmanət verdikləri bitərəflərdir.
4) Korrupsiyanın nəticəsində mənimsənilən pullar dövlət büdcəsinin vsəaitlərdir. Bu, büdcədən ayrılan vəsaitlərin yerli və həm də mərkəzi icra hakimiyyəti səviyyəsində qeyri-şəffaf və açıq olmayan tenderlər vasitəsilə xərclənməsi, onların ünvanından və son təyinatından yayındırılması səbəbindən baş verir.
5) Korrupsiya faktları aşkar olunsa da, həbslər artsa da korrupsionerlər öz işlərindədir, belə mübarizə vasitələri onları dayandırmaq mümkün deyildir. Korrupsiya sistem xarakteri daşıyır, o hər yerdə yayılıb, onun qarşısını almaq sistemli və kompleks islahatlar lazımdır. Bu islahatlar yuxarıdan başlamalı, gəlirlərin və əmlakın bəyannaməsindən tutmuş ictimai iştirakçılığın artırılmasına qədər davam etməlidir.
Belə ki, gəlirlərini və əmlakını bəyan etməyən məmurlar, ictimai iştirakçılığın və hesabatlılığın formal institutlarından belə yararlanmayan dövlət orqanları həmişə korrupsiyaya qurşanacaq. Onun qarşısını həsblərlə almağın effektiv praktikası mövcud deyildir. Əslində korrupsiya qarşı gerçəkdən mübarizə aparmaq istəyən dövlət başçısı ilk növbədə gəlirlərini və əmlakını bəyan etməlidir. Lakin, bu məlumatlar nəinki müntəzəm hətta seçkidən-seçkiyə belə açıqlanmır.
Bununla əlaqədar olaraq diqqəti aşağıdakı məsələlərə cəlb etmək istərdim. Birincisi, 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinin Dövlət Neft Fondu (ARDNF) haqqinda Əsasnamənin 5.4. maddəsinə görə, Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. 20 ildir ki, ARDNF haqqinda Əsasnamənin müvafiq maddəsində nə dəyişiklik edilir, nə də ona əməl olunmur. İndiyə qədər Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunmayıb. Hətta İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasında baş nazir, prezidentin iqtisadi məsələlər üzrə köməkçisiləri, maliyyə naziri, iqtisadiyyat naziri, Mərkəzi Bankın sədri və Milli Məclisinin sədr müavini daxildir. İkincisi, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu 2014-cü ilin yanvar ayının 1-dən qüvvəyə minməsinə baxmayaraq, nə İqtisadiyyat, nə Maliyyə Nazirliyində, nə də ki, Dövlət Neft Fondunda İctimai Şuralar fəaliyyət göstərir. Üçüncüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən İctimai Şuranın fəaliyyəti 25 fevral 2020-ci ildə başa çatıb, yenisi hələ formalaşmayıb. Əlsində birdəfəlik (190 manat) ödəmədəki yarıtmaz təşkilati işlərə görə ictimaiyyətin qəzəbinə gələn ƏƏSMN-də İctimai Şuranının fəaliyyətinin bərpa olunması və bu tip məsələlərə müdaxiləsi zəruridir.
Yekun olaraq, onu bildirmək istərdim ki, İctimai Şuralarda təmsil olunan hökümətyönlü QHT nümayəndələrinin loyallığı onsuz da dövlət orqanlarının qərarlarında ictimai rəylərin və mövqelərin nəzərə alınması imkanlarını zəiflədir. Bu istiqamətdə nisbətən effektiv işləyən Təhsil Nazirliyinin və bəzi dövlət Universitetlərinin nəzdində fəaliyyət göstərən İctimai Şuralardır. Amma formal olsa da belə bəzi mərkəzi və yerli icra hakimiyyəti nümayəndələri bu Qanuna əməl etmirlər. Hətta bəzi yerli icra hakimiyyətlərində nominal olsa da İctimai Şura yaradılsa da başçıları son günlərdə nə Biləsuvar, nə də İmişli rayon icra hakimiyyətində belə bir qurum indiyədək fəaiyyət göstərməyib. Odur ki, ictimai iştirakçılığa çağırışlar mənasiz bəyanatlar, korrupsionerlərin həbsləri isə siyasi şoulardır. Görünən odur ki, Azərbaycanda koronavirus pandemiyası bitəcək, amma korrupsiya virus pandemiyası həmişə olacaq.


Qubad İbadoğlu, iqtisadçı-ekspert
100 milyard dollar neft pulu xərcləyən Azərbaycanın iqtisadiyyatı durumu pisləşir. Bunun başlıca səbəbi neft gəlirlərinin pis idarəolunmasıdır
Bir çox ölkələr üçün imkan rolunu oynayan neft və qaz gəlirləri Azərbaycana nə rifah, nə də demokratiya gətirməyib. Dövlətin neft fonduna 1 yanvar 2019-cu ilə qədər əsas neft yatağı olan Azəri-Çıraq- Günəşlidən (ACG) 138 milyard 209 milyon dollar vəsait daxil olub, hazırda Fondun aktivləri 38 milyard 988 mln. ABŞ dollarıdır. Nəzərə alsaq ki, aktivlərin bir hissəsi neft gəlirlərin idarəolunmasından əldə olunan gəlirlər hesabına formalaşıb, onda sual olunur ki, yalnız bir yataqdan-ACG-dən əldə edilən neft gəlirlərinin 100 milyard dollarını xərcləyən ölkə vətəndaşları bu dövdə nələr qazanıb?
Görsənən odur ki, 100 milyard dolları xərcləyən ölkədə vətəndaşlar işsizlik, yoxsulluqdan əziyyət çəkir və əmək miqrasiyasına üstünlük verərək, ölkəni tərk edirlər. Ölkədə səhiyyə və təhsil xidmətləri əlçatan olsa da keyfiyyəti çox aşağıdır və bu sahədə yaxşı xidmət bahalıdır. Neft gəlirlərinin çox hissəsinin regionlara və infrastruktur layihələrinə xərclənməsinə baxmayaraq, nəinki ucqar, hətta mərkəzi rayonlarda yaşayanlar hələ də keyfiyyətli yol, içməli su, kanaliziya imkanlarından mərhumdurlar. Rəsmi hesabatlarda guya ölkənin 95 faizinin qazlaşdırılması qeyd olunsa da, rayonlarda yaşayış məntəqələrinin bəziləri qazla təmin olunmur, ümumiyyətlə qaz təminatı keyfiyyətsiz və fasiləli olduğuna görə xüsusilə də qış aylarında əhali bu xidmətdən xeyli şikayətdir. Digər problem isə keyfiyyətsiz dəm qazının hər il onlarla can almasıdır. Azərbaycanda ekoloji problemlər və bundan doğan şiş xəstəlikləri də artmaqdır. Hər 100 manatında 60 manatı birbaşa neft pulları hesabına formalaşan 2019-cu ilin büdcəsindən səhiyyəyə ayrılan vəsait cəmi büdcə xərclərində 4,2 faiz, ekologiya və ətraf mühitin mühafizəsinə ayrılan vəsait isə 0,06 faiz təşkil edir. Cari ilin büdcə xərclərinin hər 100 manatından 39 manat 90 qəpiyi tikintiyə yönələcək. Sovet dövründən klassik korrupsiya mənbəyi olan tikinti xərcləri büdcə xərcləmələrində uzun illər prioritet olmasına baxmayaraq, Azərbaycan ÜDM-in artım tempinə görə ötən MDB məkanında autsayder olub. 2015-ci ildə neft qiymətlərinin ucuzlaşmasının nəticəsi olaraq bir ildə aparılan iki devalvasiyanın fəsadları hələ də iqtisadiyyatda və əhalinin həyat səviyyəsində dərin izlər buraxıb. Bundan sonra 13 bank bağlanıb, problemli borclar kəskin sürətdə artıb, hazırda 1,7 milyard manatı ötür ki bu da kredit portfelinin 14 faizini təşkil edir. Bundan əlavə adambaşına ÜDM, orta aylıq əmək haqqının dollarla ifadə olunan göstəricisiləri kəskin şəkildə aşağı düşüb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqının dollarla ifadə olunan alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən ötən 10 il ərzində ölkədə həyat səviyyəsi pisləşib. Belə ki, Azərbaycanlılar 4 il bundan əvvəllə müqayisədə hər ay 252 dollar, 10 il bundan əvvəllə müqayisədə isə hər ay 44 dollar az qazanır. Ötən il ölkədə orta aylıq əmək haqqı 318 dollar təşkil edib. 2014-cü ildə adambaşına ÜDM 7891 dollar təşkil etdiyi halda ötən il bu göstərici 4586 dollara qədər azalıb.Məhz bunun nəticəsində 2018-ci il Azərbaycan üçün Cənubi Qafqazdakı iqtisadi liderliyin sonuncu ili olub. Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan "Qlobal iqtisadi perspektivləri"ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq. Adambaşına düşən ÜDM göstəricinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. 100 milyard dollardan çox neft pulunu xərcləyən Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq. Azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də Gürcüstan və Ermənistandan geri qalması neft gəlirlərinin pis idarəçiliyinin və korrupsiyanın nəticəsidir. Neft gəlirlərinin idarəçiliyində başlıca rol oynayan Dövlət Neft Fondu bu il belə acınacaqlı göstəricilərin fonunda 20 illik yubileyinə hazırlaşır. Ötən il ərzində müşahidə olunan yüksək neft qiymətləri hesabına yalnız AÇG yatağından 9 milyard 720 mln. ABŞ dolları qazanan Neft Fondunun cari il üçün maliyyə vəziyyəti neftin dünya bazar qiymətlərindən asılı olacaq. Bu il üçün Fondun büdcəsinin gəlirləri 15 450 149,7 min manat (9 088 323,3 min ABŞ dolları), xərcləri isə 11 595 238,4 min manat (6 820 726,3 min ABŞ dolları) məbləğində təsdiq edilib. Bu zaman dünya bazarında Azərbaycan neftinin hər barrelinin qiyməti 60 dollar götürülüb. Hazırda neft qiymətləri 60 dolların altındadır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə bu il üçün orta qiymətin 55 dollar olacaq. Amma buna baxmayaraq, hətta qiymət 60 dollar olsa belə Azərbaycanda bu il əvvəlki illə müqayisədə neft gəliləri 1 milyard dollaradək azalacaq. Bunun başlıca səbəbi hasilatında da azalmasıdır. Ötən ilki neft hasilatını ondan əvvəlki il səviyyəsində saxlamağa müvəffəq olsalar da bu il ona nail ola bilməyəcəklər. Beləliklə də gözlənən odur ki, neft gəlirləri azalsa da korrupsiya miqyasları genişlənir, azadlıqlar daha məhdudlaşdırılır. Odur ki, nə qədər bu problemlər mövcuddur, bir o qədər də Azərbaycanlıların müstəqillik qazanandan bəri ürəyində qalan arzuları gerçəkləşməyəcək. Bir zamanlar bu ölkədə hamı hesab edirdi ki, əgər sərvətlərimizin sahibi özümüz olsaq, ölkəmiz Qafqazın İsveçrəsi olacaq. Müstəqilliyin bərpasından 27 il ötsə də Azərbaycanda xalq hələ də neft sərvətlərinə sahiblik edə bilmir, ona da milyonlar səltənəti yoxsullar ölkəsinə çevrilir.
Qubad İbadoğlu,
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti
Yola saldığımız il iqtisadiyyat sahəsində bir sıra hadisələrlə yadda qalan olub. Onlar arasında diqqəti daha çox çəkənlərə nəzər salaq. Əvvala qeyd edək ki, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin 2 faizlik artım proqnozu özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin 11 ayında ölkədə ÜDM 1 faiz artıb,

o cümlədən qeyri-neft ÜDM-i 1,3 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempi 2,4 faiz qeydə alınmışdı.Odur ki, ÜDM kontekstində 2 məsələ diqqəti çəkir. 1. Bu il üçün iqtisadi artım proqnozlaşdırılandan az gözlənilir. Belə ki, 2018-ci il üçün Azərbaycanda ÜDM-in artımını Dünya Bankı və BMT 1,8 faiz, Beynəlxalq Valyuta Fondu isə 1,3 faiz, rusiya mənbələri (İnterfaks və dig
ərləri) 2 faizlik iqtisadi artım proqnozlaşdırırdılar.
2. Cari il üçün qeyri-neft ÜDM-in artım tempinin əvvəlki illərlə müqayisədə aşağı düşməsi bu sahədə problemlərin davam etməsinin göstəricisidir. Baxmayaraq ki, bu il ərzində qeyri-neft ÜDM-in artım tempini saxlamaq üçün xeyli təşəbbüslər olub və dövlət tərəfindən sərmayələr ayrılıb. Təbii ki, qeyri-neft ÜDM-in artım tempinin aşağı düşməsi ixracat səbətində bu bölmənin məhsullarının payının azalmasını da şərtləndirib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 1,7 faiz, faktiki qiymətlərlə 10,9 faiz artıb. Halbuki, 1 il bundan əvvəl eyni dövr üzrə müqayisədə artım göstəriciləri mü
Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun, Masallı Sənaye Məhəlləsinin açılışı olub. Bu il bütövlükdə qeyri-neft sənayesi üçün uğurlu olub. Bu sahədə artım 9,1 faiz təşkil edib. Kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalında isə 6,6 faiz artım qeydə alınıb. 2018-ci il Azərbaycanın xaricdə ticarət evi, şərab evi layihələrinin reallaşdırılması sahəsində də irəliləyişlə də fərqlənib. Yola saldığımız il ərzində Riqa və Varşava şəhərlərində "Azərbaycan Ticarət Evi"nin, Çin Xalq Respublikasının Urumçi və Şanxaq şəhərlərində “Azərbaycan Şərab Evi”nin açılışı olub. 2018-ci ildə Azərbaycanın xaricdə yatırdığı sərmayələr hesabına inşa olunan Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib. 2018-ci həm də tarixdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında “Xəzər dənizinin statusuna dair Konvensiya”nın imzalanması ilə də qalıb. 2018-ci ildə uzun illərdən bəri gözlənilən neft gəlirlərinin idarə olunması üçün fiskal qaydalar qəbul eilsə də onun dünya bazarında xam neftin qiymətindən birbaşa asılığı, eləcə də manipulyasiya imkanları bu dəyişiklikdən olan gözləntinin səviyyəsinə mənfi təsir edib. Amma bütün bunlara baxmayaraq 2019-cu ilin büdcəsi fiskal qaydalar əsasında qəbul edilib. Gələn il büdcə müzakirələrinin ən qısa tarixi də bu ilə təsadüf edib. İl həmçinin büdcə paketinin parlamentə təqdimatının gecikməsi, eləcə də parlament üzvlərinin təkliflərinin hesabına büdcədə cüzi dəyişikliklərin aparılması ilə seçilib. Növbəti ilin büdcə paketi ilə birlikdə təqdim olunan Vergi və sosial sığorta qanunvericiliyində dəyişiklər sənədi bu il maraqla qaşılanan və indiyədək müzakirə olunan hadisələrdən hesab oluna bilər.
vafiq olaraq 22,8 və 25,1 faiz təşkil edirdi. İqtisadi artım tempinin aşağı düşməsinin əsas səbələrindən biri ilin ilk 11 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalmasıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, cari ilin 11 ayında mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz artması, eləcə də dünya bazarında xam neftin qiymətinin bahalaşması neft ÜDM-nin artımında əhəmiyyətli rol oynayıb. Belə ki, yeni layihələr və AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması Azərbaycanda neft hasilatının azalmasının qarşısının alınması, eləcə də Şahdəniz -2 yatağından qaz hasilatının artımı bu sahədə pozitiv nəticələrin qeydə alınmasında əhəmiyyətli rol oynayıb. 2018-ci ilin pozitiv nəticələri müstəvisində inflyasiya səviyyəsinin 2,3 faizə qədər aşağı düşməsi və manatın dollara nəzərən məzənnəsinin sabit qalması qeyd oluna bilər. Elə bu və digər səbəblərə görə, yola saldığımız ildə 2015-ci ildən bəri ilk dəfə olaraq bank sektoru aktivlərini artırmağa müvəffəq olub. Eyni zamnda son 11 ayda bankların kredit qoyuluşlarında və depozitlərində də ötən illə müqayisədə artım qeydə alınıb. Lakin, bu artımlar fonunda bankların xalis mənfəətində kəskin azalma müşahidə olunub. Belə ki, bu ilin 10 ayına olan göstəricilərə görə bankların xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfəyədək azalıb. Bu səbəbdən xərclərini optimallaşdırmaya çalışan banklar il ərzində 50-dək filiallarını bağlayıblar. Yola saldığmız 2018-ci ildə itirilmiş imkanlar arasında problemli kreditlər probleminin həlli ilə bağlı nə hüquqi və nə də tənzimləyici müstəvidə addımların atılmamasıdır. Elə bu səbəbdən də 2018-ci il 01 noyabr vəziyyətinə vaxtı keçmiş kreditlır 1698,6 milyon manat və ya ümumi kredit portfelinin 14 faizi səviyyəsində olub. Təəssüflə qeyd etməliyəm ki, bu problemin həlli ilə bağlı ekspertlər səviyysəində müxtəlif təkliflər irəli sürülsə də onların heç biri hökümət tərəfindən dəstəklənməyib. 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı ətrafında müzakirələri davam edib. Bu bankın özəlləşdirilməsi gözlənilsə də bu ilin bu sahədə də irəliyə doğru addım atılmayıb. Hətta, 2019-cu ilin büdcə gəlirlərinn təhlili göstərir ki, gələn il ərzində də Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilməyəcək. 2018-ci il ərzində itirilmiş imlkanlar siyah
ısında Milli Məclis tərəfindən “Rəqabət Məcəlləsi”nin və Nazirlər Kabineti tərəfindən isə “Gəlirlərin və əmlakın bəyan edilməsi” formasının qəbul olunmamasını qeyd etmək olar. Beləliklə də yola saldığımız ildə iqtisadiyyatda inhisarçılıq meylləri güclənib, xüsusilə də digər holdinqlərin zəifləməsi hesabına “Paşa holdinq”in hökmran mövqeyi güclənib. Gəlirlərin və əmlakın bəyan edilməsi” formasının qəbul olunmaması səbəbindən isə korrupsiya əleyhinə aparılan mübarizə tədbirləri effektli olmayıb. Hətta əksinə Azərbaycan mənşəli kapital hesabına çirkli pulların yuyulması üçün beynəlxalq səviyyədə formalaşmış biznes şəbəkəsi barədə araşdırmalar göstərib ki, Azərbaycanda korrupsiya artıq qlobal miqyasda proseslərə təsir göstərmək gücünə qədər inkişaf edib.
İl ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda Polipropilen zavodunun, inşaat kimyəviləri zavodunun, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin, “Baku Non Ferrous and Foundry
Bu ilin diqqəti çəkən hadisələrindən biri də Exxon və Şevron şirkətlərinin AÇG yatağındakı payını satışa çıxarması və 25 illik əməkdaşlıqdan sonra Azərbaycanı tərk etmək niyyətləridir. Bu hadisə Azərbaycana gələn ildən etibarən sərmayə cəlbinə mənfi təsir göstərəcək amil kimi qiymətləndirilə bilər.
Bu ilin sonunda Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığındakı qeyri-aktiv statusunun fəaliyyətinin dayandırılması ilə əvəzlənməsi, eləcə də Böyük Britaniyada Azərbaycan mənşəli çirkli pulların yuyulmasına adı hallanan şirkətlərə və banka qarşı sansiyaların tətbiqi də ilin yaddaqalan hadisələrindən sayıla bilər. Gələn il üçün gözləntilər sırasına inflyasiya meyllərinin güclənməsini, istehlak qiymətlərinin bahalaşmasını, manatın məzənnəsinin ucuzlaşma ehtimalının çoxalmasını, muzdlu işçilərin real əmək haqlarının artımını, neft qiymətinin ucuzlaşağı təqdirdə iqtisadiyyat və büdcənin idarəolunmasına dəyişikliklərin aparılmasını daxil etmək olar.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu 2019-cu ilin dövlət büdcəsini təhlil edib. Həmin araşdırmanı təqdim edirik.
Milli Məclisdə büdcə “müzakirələri” başa çatdı və 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq olundu. Növbəti ildə orta illik inflyasiyanın 3,8 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 60,0 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub. Büdcə risklərinin təhlili və makrofiskal proqnozlaşdırma, o cümlədən, iqtisadiyyatın təbii resursdan asılılıq baxımından dəyərləndirməsi nəticəsində belə məlum olur ki, 2019-cu ilin büdcəsində ən azı 19 zəif bənd mövcuddur. Zəif bəndlərin çoxalması növbəti ilin büdcəsinin keyfiyyətini, başqa sözlə xərclərin faydalılığı və onların iqtisadi artıma töhfəsini aşağı salır. Həmin bəndləri aşağıdakı kimi təsnifləşdirmək olar.
1) Azərbaycanda büdcə danışıqları aparılmır. Builki büdcə müzakirələri bir daha təsdiq etdi ki, Azərbaycanda büdcənin təşkili və müzakirəsi parlamentin işi deyil, icra hakimiyyəti daxilində olan bir qrupun inhisarındadır. Hələ də dövlət büdcənin tərtibi Maliyyə Nazirliyi və Prezident Adminstrasiyasının tam nəzarətindədir, bu prosesdə ayrı-ayrı sahə və xətti nazirliklərin, eyni zamanda büdcədən maliyyələşən digər dövlət orqanlarının iştirakı da məhduddur. Onlar demək olar ki, büdcə danışıqlarında iştirak etmirlər. 2) Parlamentin büdcə prosesində rolu nominal xaraakterlidir. Parlamentdə bu ilki büdcə müzakirəsi əvvəlki illərdəkindən fərqli olmadı. Əksinə ötən ildən fərqli olaraq bu il büdcə parlamentə gec təqdim olundu və tez qəbul olundu. Yenə də gözlənildiyi kimi, parlament müzakurəsindən sonra büdcədə kosmetik dəyişikliklər edildi. 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya təsdiq olunmuş gəlirlərin 1,1 faizi, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat və ya təsdiq olunmuş xərclərin 1,6 faizi qədər artırıldı. Əslində, bu göstəricilər parlamentin büdcə işində rolunu xarakterizə etmək üçün kifayət edir. 3) “Nəticə əsaslı büdcə” hələ də tərtib olunmur. 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi proqramlar üzrə kodlaşdırma və təsnifat olmadan müzakirəyə çıxarıldı. Proqramlarla nəticələrə və onların ölçülməsinə hesablamnış büdcə işi Azərbaycanda hələ də qurulmayıb. Odur ki, büdcə xərclərinin səmərəliliyi ildən-ilə aşağı düşür, onun ölçülməsi üçün indikatorlar işlənilmədiyindən monitorinqlər aparılmır. Bu isə birbaşa büdcənın xərclənməsində icraçı təşkilatların rolunu və fəaliyyətini qiymətləndirməyə imkan vermır. 4) Yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə demək olar ki, məhdudiyyət qoymur. Belə ki, 29 iyul 2018-ci il tarixdə ““Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 11-1.2. maddəsində ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilmişdir. Bu isə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hələ də yüksək qalmasını şərtləndirir. Belə ki, 2019-cu ilin qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 30,8 faiz proqnozlaşdırılıb. Kəsirin yüksək olması uzun illər davam edən protsiklik siyasətin nəticəsidir. 5) Büdcədə neftin hər barelinin qiyməti optimist senariyə əsaslanır, real deyil. 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı neftin qiymətinin dünya bazarlarında ucuzlaşması müşahidə edilirdi. Dekabrın 1-ə olan məlumata görə, dünya bazarlarında Azərbaycan neftinin uyğun gəldiyi Brent markalı xam neftin 1 barelinin qyməti 59.46 dollar olub. Odur ki, 2019-cu il üçün 60 ABŞ dolları səviyyəsinin qəbulu optimist yanaşmadır. Əslində büdcə tərtib olunarkən xam neftin 1 barelinin qyməti bir neçə qiymət senarisi üzrə proqnozlaşdırılmalıdır ki, xarici şoklardan sığortalanmaq, riskləri idarə etmək mümkün olsun. 6) Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyildir. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payının son illər ərzində (2017-ci ildə 62,8% təşkil edib) artmasına baxmayaraq, büdcə gəlirlərində qeyri-neft sektoru hələ də aparıcı mövqeyə malik deyil. Bunu postsovet ölkələri ilə müqayisədə daha aydın görmək olur. Belə ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi proqnozlaşdırılıb ki, belə olan halda da 2019-cu ildə Azərbaycanın qeyri-neft büdcəsi hər adama 551 dollar təşkil edəcək. Halbuki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama 1000 dollar proqnozlaşdırılıb. Keçmiş SSRİ-nin neft və qazla zəngin olan ölkələri ilə müqayisədə də fərq aydın görünür. Belə ki, 2019-cu ildə Rusiyanın büdcə gəlirləri 296 mlrd. dollar və hər adama 2050 dollar, Qazaxıstanın büdcə gəlirləri 31,5 mlrd. dollar və hər adama 1711 dollar olduğu halda, Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar və hər adama 1377 dollar gözlənilir. 7) Büdcənin neft gəlirlərindən asılılığı artır. Büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır. Belə ki, növbəti il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 49,1 faizi Dövlət Neft Fondundan daxilolmaların, 31,9 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 15,1 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 3,9 faizi isə digər mənbələrin payına düşür. Vergilər Nazirliyinin büdcə gəlirlərinin formalaşmasında payı 2015-ci ildəki 40,7 faizdən növbəti ildə 31,7 faizə qədər azalacaq. 8) Büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə artır. Hesablama Palatasının hesablamalarına görə, hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 1,8 min manat, 2018-ci il üzrə 2,1 min manat olub, bu göstərici 2019-cu il üçün 3,1 min manat proqnozlaşdırılır. Eləcə də Gömrük Komitəsinin hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına xərcləmələri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 3,0 min manat, 2018-ci il üzrə 3,6 min manat olub, 2019-cu il üçün xərclərin 3,8 min manat qədər artımı gözlənilir. 9) DHF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasət yoxdur. 2014-cü ildən 2018-ci ilədək azalan transferlərin cari ildəki artımı növbəti ildə də davam edəcək. Belə ki, bu ilin büdcəsində DNF-nin transferləri 10.995 milyon manat gözlənilir, gələn il üçün isə 11.364 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir, gələn ilin büdcəsində DNF-nin transfertlərinin payı 50 faizə yaxın olacaq, bundan əlavə ADRNŞ-nin və ABƏŞ-in ödənişləri hesabına büdcədə neft gəlirlərinin həcmi 13.700 milyon manata çatacaq ki, bu da cəmi gəlirlərin 59,1 faizidir. 10) Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsi yenə də aşağıdır. 2019-cu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı 3,2 faiz olacaq. 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə regionlar arasında (işğal altında olanlar istisna olmaqla) artımlar əsasən Sumqayıt, Gəncə və Şirvan şəhərləri, Abşeron, Neftçala, Salyan, Astara, Ağcabədi, Göyçay, Bərdə və Qazax rayonları üzrə, azalmalar isə Bakı şəhəri, eləcə də Sabirabad, Ucar, Goranboy və Göygöl rayonları üzrə proqnozlaşdırılıb. 11) Büdcədən rayonlara dotasiyalar artır. Gələn il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxarı həddi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, bu göstərici cari illə müqayisədə 33471,0 min manat və ya 47,4 faiz çox olmaqla 104046,0 min manat proqnozlaşdırılıb. Həmin məbləğin yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə həmin göstəricidən 2,6 faiz bəndi çoxdur. 12) Qeyri-neft büdcə gəlirləri azalır. Qeyri-neft sahələrindən daxilolmalar 2015-ci ildə 5028,5 milyon manat, 2016-cı ildə 5405,6 milyon manat, 2017-ci ildə 5189,5 milyon manat olduğu, 2018-ci ildə 5 milyard manat gözlənildiyi halda, gələn il bu mənbədən dövlət büdcəsinə daxilolmalar 4980 milyon manat proqnozlaşdırılıb. Halbuki, 2015-ci ildən indiyə qədər qeyri-neft ÜDM-nin artımı müşahidə olunur. 13) Büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2019-cu ilin büdcəsində cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempini 4,6 faiz bəndi üstələməsi gözlənilir. 2019-cu ildə bütün mənbələrdən qeyri-neft gəlirləri 9217,2 milyon manat proqnozlaşdırılır ki, bu da cari xərclərin 93,2 faizini təşkil edir. Bu isə o deməkdir ki, neft gəlirlər nəzərə alınmadan formalaşan büdcə cari xərcləri belə tam maliyyələşdirməyə çatmır. 14) Büdcənin borclara xidmət öhdəlikləri artır. 2019-cu ildə dövlət daxili borcu üzrə ödəniş məbləği 2018-ci illə müqayisədə 67,3 faiz, dövlət xarici borcuna xidmət xərci isə cari ilin göstəricisindən 0,2 faiz çox proqnozlaşdırılıb. Gələn il üçün nəzərdə tutulan büdcə xərclərinin 10 faizə qədəri daxili və xarici borcların ödənilməsinə yönəldiləcək. Məlumat üçün qeyd edim ki, daxili dövlət borcu üzrə proqnozlaşdırılmış ödənişlərin 90 faizi faiz ödənişləri, xarici borc üzrə məbləğin 72,2 faizi isə əsas borc üzrə ödənişlərin payına düşür. 15) Büdcə xərclərinin bölgüsü ədalətsizdir. 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyət və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək. 16) Büdcə xərclərinin yarıya qədərinin açılışı yoxdur. Növbəti ilin büdcəsində 27,6 faiz xüsusi çəkiyə malik olan sənaye, tikinti və faydalı qazıntılar, 12,6 faiz paya malik olan müdafiə, 6,3 faiz xüsusi çəkisi olan əsas bölmələrə aid edilməyən xidmətlərin, 1,2 faiz payı olan iqtisadi fəaliyyət xərclərinin nə iqtisadi, nə də funskional təsnifatı var. Bu isə o deməkdir ki, büdcə xərclərinin 47,7 faizi qapalıdır. Bu barədə nəinki ictimaiyyət, hətta parlament üzvləri belə məlumatlı deyil. 17) Gələn ilin büdcəsi inflyasiya yaradacaq. Gələn ilin büdcəsində mədaxil mənbələri üzrə mütləq ifadədə əsas artımlar Dövlət Neft Fondundan sonra aksizlərə (201 milyon manat), hüquqi şəxslərin mənfəət (gəlir) vergisinə (137,4 milyon manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalara məxsus olacaq. Növbəti ilin büdcəsində faiz ifadəsində isə dövlət rüsumu üzrə 33,8 faiz, aksizlər üzrə 27,7 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 25,6 faiz artım nəzərdə tutulub. Göründüyü kimi gələn ilin büdcəsində artımı təmin edən qeyri-neft gəlirləri əsasən istehlakçıların xərclərinin çoxalması sayəsində proqnozlaşdırılıb. Bu isə, xüsusilə də idxal mallarının qiymətlərinin bahalaşması zamanı mümkündür. Odur ki, gələn il inflyasiyanın 3,8 faiz olması real deyil. 18) Qapalı büdcə korrupsiyanın həcmini yüksəldəcək. Növbəti ilin büdcə xərclərinin 47,7 faizinin qapalı olması, nə iqtisadi, nə də funksional təsnifatın parlament müzakirəsinə çıxarılmaması, büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız istifadəsi korrupsiya risklərini artırır. Qapalı xərclər arasında 6,8 milyard manatlıq investisiya büdcəsində korrupsiya riskləri daha yüksək qiymətləndirilir. 19) Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb. Dünya bazarında neftin qiymətinin gələn ildən gözlənilən ucuzlaşması 2019-cu ilin büdcəsinə ARDNŞ və ABƏŞ tərəfindən ödənişlərə mənfi təsir göstərə bilər. Aşağı qiymətlərlə yanaşı neft hasilatında gözlənilən azalma DNF-nin büdcəsində kəsirin yaranmasına gətirib çıxara bilər. 2019-cu ilin büdcəsi bu tip neqativ təsirlərə məruz qala bilər.
Bu ilin 9 ayında əvvəlki ilə nisbətən Dövlət Neft Fondunun gündəlik gəlirləri 20 milyon, aylıq gəlirləri isə 600 milyon manatdan çox artıb.
DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib.
Fond vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub.
Dövlət Neft Fondu (DNF) bu ilin 9 ayı ərizndə əldə etdiyi gəlirlər və xərcləmələri barədə açıqlama yayıb. Məlum olub ki, DNF-nin büdcə gəlirləri son 9 ayda 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, DNF-nin orta hesabla aylıq gəliri 1,6 milyard manat, gündəlik qazancı isə 53 milyon manat olub. Bu gəlirlərin 93 faizindən çoxu və ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları ərzində neft və qaz sazişlərinin icrasından daxil olub. Yerdə qalan 7 faizə qədəri və ya 995,6 milyon manatını ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər təşkil edib.
DNF-nin bu ilin 9 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz və 5 milyard 643,8 milyon manat çox olub. Bu isə o deməkdir ki, bu ilin 9 ayında DNF-nin aylıq gəlirləri əvvəli ilin eyni dövrü ilə müqayisədə 600 milyon manatadək, gündəlik gəlirləri əvvəli ilə nisbətən 20 milyon manatdan çox artıb. Bunun başlıca səbəbi dünya bazarındakı yüksək neft qiymətləridir.
Hesabat dövrü ərzində DNF 7 milyard 788,0 milyon manat vəsaiti və ya cəmi xərcləmələrinin 97,35 faizini dövlət büdcəsinə transfert edib. Bununla yanaşı, bu ilin 9 ayında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 5 milyon manat vəsait yönəldilib.
Dövr ərzində DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib. Bu daha çox avro, funt sterlinq, türk lirəsi, rus rublu və valyuta səbətində olan digər valyutaların məzənnəsində baş verən dəyişikliklərlə əlaqədardır.
Dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması səbəbində 2018-ci il oktyabrın 1-ə DNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımında pozitiv tendensiya əsasən dünya bazarında neftin qiymətinin bahalaşması hesabına təmin olunub. Lakin, bununla yanaşı, DNF dövr ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub. Hesab edirəm ki, bu Fondun yeganə nailiyyəti hesab oluna bilər.
Gələn ilin dövlət büdcəsi zərfində vergi sistemində ediləcək dəyişikliklər də əksini tapıb. Ölkə mediasının Milli Məclisə istinadən verdiyi xəbərlərə görə, dəyişikliklərin mühüm bir istiqamətini fiziki şəxslərin əmək haqqından ödəmələrdəki yeniliklər təşkil edəcək.
Belə ki, 2019-cu ildən məcburi sosial sığorta ayırmaları sistemində diferensiallaşdırılmış dərəcənin tətbiqi nəzərdə tutulur. Büdcə zərfinə görə, əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək məbləği əhatə edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3 faizi miqdarında, işəgötürən isə 22 faizi miqdarında məcburi sosial sığorta haqqı ödəyəcək.
Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15 faizi miqdarında sığorta haqqı ödəyəcək.
Bundan əlavə, islahatlar əmək haqqından ödənilən gəlir vergisini də əhatə edir. Belə ki, 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqlarından gəlir vergisinin yığılması üzrə 100 faizlik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14 faiz təşkil edir). İşçinin aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44 faiz təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14 faiz gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25 faiz təşkil edir).
Bundan başqa, 2019-cu ildən etibarən bütün sektorlarda məşğul olan şəxslər üçün vergidən azad olan əmək haqqı məbləğinin həcmi 173 manatdan 200 manatadək artırılır.
Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə “Fiziki şəxslərin gəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər. Lakin gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, “kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.
İqtisadçı-ekpert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov əmək haqqından ödənilən sosial ayırmanın yeni bölgüsünü işəgötürən üçün mütərəqqi hesab edir: “Sosial ayırma işçi ilə işəgötürən arasında daha optimal bölünəcək. Əslində təkliflər daha çox beləydi ki, əmək haqqından 25 faiz sosial sığorta ayırmasının tutulması çox yüksəkdir. Bu göstəricinin aşağı salınması lazımdır. Lakin belə görünür ki, ümumi faizə toxunmadan bölgünü dəyişmək qərarına gəliblər. Bizdə əmək qanunvericiliyi daha çox işəgötürənin deyil, işçinin hüquqlarını müdafiə xarakterlidir. İndi işəgötürənin yükünü bir qədər azaldırlar. Daha yaxşı olardı ki, işəgötürənin sosial ayırma yükü 15 faizdən də aşağı olaydı. Amma bu, işçinin yükünü artırmaqla deyil, 15 faizin azaldılması yolu ilə olsa daha yaxşıdır. Bunun üçün ciddi hesablamaların aparılması lazımdır. 25 faizdən aşağı hansı rəqəm olarsa, gəlirlər nə qədər olar, itkilər nə qədər olar. Düşünürəm ki, əmək haqqından sosial ayırma 25 faizdən aşağı salınarsa, ilkin mərhələdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində azalma qeydə alınsa da, sonradan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sayəsində artımla əvəz olunar”.
Ekspertin fikrincə, qeyri-neft-qaz və özəl sektorda çalışanların əmək haqqından gəlir vergisinin tutulmaması mütərəqqi addımdır: “Gəlir vergisi ilə bağlı atılan bu addımdan sonra işçilərin əlinə gələn əmək haqqı məbləği artacaq. Hökumət bu dəyişikliklərlə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, qeyri-rəsmi məşğulluğun, kölgə iqtisadiyyatının azaldılmasına nail olmağı hədəfləyir. Düşünürəm ki, bu məqsədə xeyli dərəcədə nail olmaq mümkündür. Ümumiyyətlə, Vergilər Nazirliyinin son zamanlar vergi qanunvericiliyi, vergi sistemində şəffaflığın təmin olunması istiqamətində atdığı addımlar təqdirəlayiqdir və müsbət effektini verəcək”.
Dünya SAKİT, “Yeni Müsavat”
İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, Rutgers Universitetinin professoru Qubad İbadoğlu öz “Facebook” səhifəsində pambıq yığımının gedişilə bağlı yeni status paylaşıb: “Pambıq yığımı mövsümü pambıq mövzusunu xeyli aktuallaşdırıb. Regionlardan çoxsaylı məlumatlar daxil olmaqdadır. Verilən məlumata görə, Sabirabad rayonun Ulaca lı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyrabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub və məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb.
Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq. Sabirabad rayonunun icra başçısı adından danışan kənd icra nümayəndəsi pambıq əkmək öhdəliyinə riayət etməyib qarpız, taxıl, yonca və sair əkənlərin sahələrinə traktor salaraq şumlatdıracağını deyərək onları hədələyib. Bu rayondan gələn digər məlumatda adının çəkilməməsini istəməyən fermer bildirib ki, Sabirabad rayonu Cavad kəndində bu il pambığın məhsuldarlığı çox aşağı olub. Fermer əl ilə yığılan pambığın hər kiloqramına maksimum 15 qəpik ödədiklərini yazır: “Onsuz da məhsuldarlıq aşağıdır, zərərə düşəcəyik”. Fermerin dediyinə görə, kənddə həyat səviyyəsi aşağı olduğuna, işsizliyin mövcudluğuna görə əhali bu qiymətə pambıq yığmağa könülsüz də olsa razılaşır, çünki işləmək üçün başqa imkan yoxdur. Fermer kənd məktəbinin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunması faktını da təsdiqləyib. Bu rayondan aldığım sonuncu məlumata görə, Sabirabad pambıq zavodu xərclərinin artdığını əsas gətirərək traktorçulara verilən günorta yeməyini ləğv edib. Bundan xəbər tutan traktorçular etiraz edərək bir neçə saatlıq işi dayandırıblar. Ancaq etirazlar və danışıqlar bir fayda verməyib, zavoddan traktorçulara verilən günorta yeməyini bərpa etməyəcəklərini bildiriblər”.
2019-cu ildə muzdla çalışanların gəlirləri ilə bağlı islahatların həyata keçirilməsi nəzərdə tutulur. Vergi ödəyicilərinin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi gözlənilr. İslahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz güzəştin edilməsi nəzərdə tutulub. Təklif olunur ki, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılsın.
Açıq Hökumətin Təvşiqilə bağlı 2-ci Milli Faəliyyət Planının icrasının başa çatmasına 2 aydan bir az çox vaxt qalır. İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sdəri Qalib Toğrul Fəaliyyət Planında “İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi” adlı altistiqamətin icrasına münasibət bildirib: “Təəssüf ki, bu vacib istiqamətlə bağlı nəzərdə tutulan öhdəliklər demək olar ki, icra olunmayıb. 80 yerli icra hakimiyyətindən yalnız 3-də ictimai şura var. Yanında ictimai şura fəaliyyət göstərən mərkəzi icra hakimiyyətlərinin sayı isə 10-a belə çatmır. İctimai şuraların azlığı onların necə formalaşdırılması və fəaliyyətilə bağlı tələblərin nə dərəcədə gözlənilməsi məsələsini belə arxa plana atır. Biz hələ keyfiyyətdən yox, kəmiyyətdən danışmağa məcburuq”.
Qalib Toğrulun fikrincə, ictimai şuraların yaradılması prosesinin sürətlənməsi və bu prosesdə müvafiq normativ-hüquqi aktların tələblərinə riayət olunması üçün bəzi qanunvericilk aktlarında dəyişiklik olunmasına, yenilərinin qəbuluna ehtiyac var: “Çox geniş mövzu olduğu üçün yalnız ən vaciblərini qeyd edirəm. Dövlət qurumlarının yanında ictimai şuraların formalaşdırılması təşəbbüsü həmin qurumlardan alınaraq vətəndaş cəmiyyətinə verilməli və bu sahədə yeni mexanizmlər yaradımalıdır. Bir də ictimai şura yaradılmalı olan mərkəzi icra hakimiyyətlərinin siyahısı Prezident tərəfindən təsdiq olunmalıdır ki, bu qurumların bəhanəsi əlindən alınsın. Və təbii ki, vətəndaş cəmiyyəti təmsilçilərinin formalaşması və fəaliyyət göstərməsilə bağlı maneələr aradan qaldırılmalı, münbit şərait təmin olunmalıdır. Bunsuz ictimai iştirakçılığın heç bir forması normal fəaliyyət göstərə bilməz. Qəribədir ki, bilmədən ən vacib şərti sonda yazdım. Bəlkə də bu, bizə - vətətəndaş cəmiyyəti təmsilçilərinə taleyin bir istehzasıdır”.

24 sentyabr 2018-ci ildə Oğuz şəhərində “Yerli büdcə prosesində ictimai iştirakçılıq və yerli səviyyədə dövlət satınalmaları” mövzusunda təlim keçirilib. Bələdiyyə və dövlət qurumları təmsilçilərinin, yerli icmalar və vətəndaş cəmiyyətin nümayəndələrinin iştirak etdiyi təlimdə əvvəlcə yerli büdcə prosesinin iştirakına ictimaiyyətin cəlbi mexanizmləri nəzərdən keçirilmişdir. Büdcə layihəsilə bağlı ctimai dinləmə və müzakirələrin təşkili prosesi addım-addım iştirakçıların nəzərinə çatdırılmışdır. Təlimçi, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qalib Toğrul Təlimdə İTM-nin Azərbaycanın digər bölgələrində uğurla həyata keçirdiyi VRK təcrübəsindən də danışıb ki, bu, xüsusi maraq doğurmuşdur. İkinci təqdimat zamanı yerli səviyyədə satınalmalarla bağlı təqdim olunan məlumatlar, xüsusilə, tenderlərə nəzarət, prosesin əvvəldən sona kimi izlənilməsi və məlumatların açıqlanması məsələləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Təlimçi praktiki nümunələr üzərində sorğu və digər üsullarla tender məlumatlarının toplanılması və onların təhlili qaydasını nümayiş etdirmişdir. Eyni zamanda, təlimdə tenderlərə ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu və konkret iştirak mexanizmləri müzakirə olunmuşdur.
17 avqust 2018-ci il tarixində Oğuz şəhərində bələdiyyələr üçün “Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq və bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları” adlı təlim keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Açıq Hökumət Təşəbbüsü ilə bağlı İkinci Milli Fəaliyyət Planında bələdiyyələrlə bağlı nəzərdə tutulan öhdəliklərdən danışıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul isə bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsini təmin etmək üçün müvafiq qanunvericiliyin tələbləri – vakansiyalara barədə elanın verilməsi, müsabiqə komissiyasının yaradılması, test suallarının tərtibi, müsahibənin təşkili, namizədlərin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi və müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi barədə bələdiyyə üzv və qulluqçularına ətraflı məlumat verib. Onlara konkret formalarla işləmək bacarıqları öyrədib. Təlimin ikinci hissəsində bələdiyyə üzv və qulluqçularını etik davranış normaları, qanunvericiliyin tələbləri, etik davranış meyarlarının hər biri barədə məlumat verilib və konkret misallar vasitəsilə sadə izahlar təqdim edilib. Təlimin sonunda təlim iştirakçılarının mövzu ilə bağlı bilik və bacarıqlarının mənimsənilməsi vəziyyətinin yoxlanılması məqsədilə onlara tapşırıqlar verilib və nəticələr birlikdə müzakirə edilib.
02 iyul 2018-ci il tarixində Oğuz şəhərində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər” mövzusunda infosessiya keçirilib.
İnfosessiyanı Oğuz Şəhər Bələdiyyəsinin sədri Arif Cavadov açıb, o tədbir iştirakçılarını salamlayaraq Açıq Hökumət Təşəbbüsü ilə bağlı məlumat verib. Sonra İqtisadi və Sosial İnklişaf Mərkəzinin sədriVüqar Bayramov Açıq Hökumət təşəbbüsü, bu təşəbbüsdə Azərbaycanın yeri barədə qısa məlumat verərək təqdimat üçün sözü ekspert Qalib Toğrula verib.
Qalib Toğrul “Açıq Hökumət Təşəbbüsü və Azərbaycan: keçilmiş yola baxış və hazırkı durum” və “Açıq Hökumətlə bağlı Milli Fəaliyyət Planının (2016-2018) yerli hakimiyyətlər üçün müəyyənləşdirdiyi öhdəliklər və onların icrası vəziyyəti” mövzularında təqdimatlar edib və hər bir təqdimatdan sonra iştirakçıların rəyləri dinlənilib, onların sualları cavablandırılıb.
İştirakçılar informasiyanın əlçatanlığı, dövlət qurumlarının işində iştirakın formaları, hesabatlılıq və şəffaflıqla bağlı tələblər haqqında suallar verib, eyni zamanda yerli təcrübdən misallar gətiriblər. Onları daha çox oxşar vəziyyətdə olan ölkələrin bu sahədəki təcrübələri maraqlandırdığından suallar və müzakirələr zamanı bu barədə geniş məlumat verilib.
Tədbirdə Oğuz rayonunda fəaliyyət göstərən bələdiyyələrin, vətəndaş cəmiyyətinin, yerli dövlət qurumlarının nümayəndələri iştirak edib.
İnfosessiya Oğuz şəhər bələdiyyəsinin binasında təşkil olunub.
2017-ci ildə ölkənin ümumi daxili məhsulu 70135,1 milyon manata çatmışdır. Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.
Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalmış, qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artmışdır. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,8 faiz artmışdır. ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manata bərabər olmuşdur.
Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var. Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: "Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".
Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: "Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə, yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik və getməyəcəyik". (Mənbə: www.mks.az)
"Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır". "APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır (www.mks.az). "Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb. İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul nazir müavininin çıxışını şərh edərkən deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər müvafiq qanunvericiliyə görə büdcə paketilə birgə olunmalıdır, Vergilər Nazirliyinin əvvəlki praktikadan imtina etməsi təqdirəlayiqdir. Qalib Toğrul hesab edir ki, əvvəlki illərdə ildə 4-5 dəfə, bəzən daha çox Vergi Məcəlləsinə dəyişiklik olunması sahibkarlar arasında çaşqınlıq yaradırdı, onlar bir dəyişikliyi öyrənib tətbiq etməmiş yenisi olunurdu.
2017-ci il ərzində ölkəyə gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötsə də, bu Gürcüstanın müvafiq göstəricindən 3 dəfə azdır. Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər. Reytinqdə ikinci yeri Azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri Rusiyalı turistlər - 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 milyard dollar, Azərbaycan isə 1,3 milyard dollar qazanıb.
Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib. Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turstin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Əksinə, Azərbaycanda turizmin inkişaf meylləri olsa da, turizm xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur. Elə o səbəbdən də ötən il 1 694 998 nəfər Azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib. Ümumilikdə isə azərbaycanlı turistlər xaricdə 1,2 milyard dollar xərcləyib. Bunu müqabilində isə bizim turizm gəlirlərimiz 1,3 milyard dollar olub.
Baş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ilə kimi Azərbaycanda yoxsul qalmayacaq. Bu, mümkündürmü? Bu sualın bircə cavabı var: yoxsulluq nisbi anlayışdı, bir ölkənin meyarları ilə yoxsul sayılan digər bir ölkədə tam təmin olunmuş sayıla bilər. Sadə bir nümunə, ABŞ-də aylıq gəliri təxminən 1000 dollardan aşağı olan yoxsul sayılır, Azərbaycanda 116 manatlıq Ehtiyac meyarından, ən yaxşı halda 173 manatlıq Yaşayış minimumundan az qazananlar.
Ona görə də, 2017-ci ilin statistikasına görə ABŞ-da 40 milyon nəfərdən çox (yoxsulluq səviyyəsi 14%), Avropa Birliyində 85 milyon nəfər (yoxsulluq səviyyəsi 17%) yoxsul var. Və o ölkələrdə yoxsulun maşını, evi, komputeri, interneti var, bizdə isə maşını olana, internetə qoşulana dövlətin kasıblar üçün nəzərdə tutduğu ünvanlı sosial yardım verilmir. ABŞ-da yoxsulluq həddi minimum istehlak səbətinə uyğun müəyyən olunur, Avropada orta əmək haqqının 60%-dən aşağı gəliri olanlar yoxsul sayılır. Bizdə Minimum istehlak səbətinin yoxsulluq həddi sayılan Yaşayış minimum ilə heç bir əlaqəsi yoxdu, bəlkə də parallel xətlərin nə zamansa kəsişmək ehtimalı var, ancaq bu iki göstəricinin bir-birilə üzləşməsi mümkün deyil.
Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.
2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır. Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır. Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır. Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir. Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur. Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır. Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir. Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir. Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından - Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək. Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir.
Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır. Bu il ərzində dünya bazarında 1 barel Brend markalı xam neftinin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollara nəzərən kusunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu. Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa (yeri gəlmişkən, bu istiqamətdə proqnozlar getdikcə artır), onda azalan valyuta gəlirlərinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də, dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozulacaq və onun məzənnəsi ortamüddətli dövrdə 2 manatı da ötəcək. Sadəcə olaraq bu zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir. Əgər əksinə, dünya bazarında neftin qiyməti indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər.

Rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan Bitkoinlərlə bağlı son zamanlar yaranan marağı nəzərə alaraq İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, hazırda ABŞ-ın Prinston Universitetində çalışan Qubad İbadoğlunun fikirlərini təqdim edirik: “Qeyd edim ki, 2009-cu ildə 1 ABŞ sent i nominal dəyəri ilə tədavülə çıxan Bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı. Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən Birkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir. Amma, Birkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil. Bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, Bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan Bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir”.
|
|