Home Hesabat Tədqiqat hesabatları

Tədqiqat hesabatı

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı torpaqlarından istifadə vəziyyətinin MONİTORİNQİ


Bu monitorinq hesabatı Qarabağın işağldan azad olunmuş ərazilərində kənd təsərrüfatı torpaqlarının istifadəsi sahəsində mövcud vəziyyətin aşkara çıxarılması məqsədilə hazırlanıb.Monitorinq hesabatında işğaldan azad olunmuş rayonların kənd təsərrüfatı təyinatlı torpaqlarının mövcud statistikası və proqnozlaşdırılan əkin sahələri, 2020 və 2021-ci illərdə becərilən torpaq sahələri, 2022-ci ildə gözlənilən əkin, əkini həyata keçirən şirkətlər, toxum tədarükü, qanunsuz əkinlə bağlı dövlət büdcəsindən əkin sahəsinə və məhsula görə verilən subsidiyanın məbləğləri, bu şirkətlərə dövlət tərəfindən vergi, sosial ödəmə, idxal rüsumu və güzəştli kredit mexanizmlərinin yaradılması, eyni zamanda Qarabağ torpaqlarının əhali arasında gözlənilən bölgüsü, torpaq islahatının həyata keçirilməsi imkanları və bu sahədəki mövcud hüquqi baza detallı şəkildə nəzərdən keçirilib.

Ardını oxu...
 

2021-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası və tiknitisinə xərclənmiş büdcə vəsaitlərinin şəfafflıq və hesabatlılığının qiymətləndirilməsi


Bu qiymətləndirmə hesabatında Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurululması məqsədilə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitlərin xərclənməsinin şəffaflıq və hesabatlılıq meyarları baxımından qiymətləndirilməsi aparılıb.

 

Ardını oxu...
 

COVID -19 pandemiyasının aqrar sektora təsirlərinin qiymətləndirilməsi

alt

Tədqiqat hesabatında pandemiyanın makroiqtisadi səviyyədə və aqrar sektorda buraxdığı izlər və təsirləri araşdırılıb, onların gələcək dövr üçün yaratdığı qısa, orta və uzunmüddətli çətinliklər qiymətləndirilərək, siyasət təklifləri hazırlanıb.

Ardını oxu...
 

Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair MONİTORİNQ HESABATI (Monitorinq dövrü: 1 oktyabr -31 dekabr 2019)

Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair Monitorinq Hesabatında Azərbaycanda pambıq istehsalının mövcud inkişaf mexanizmi, pambıqçılıq sahəsində dövlət siyasəti qısa şəkildə nəzərdən keçirilmişdir. Sənəddə pambıq tarlalarında insan hüquqlarının vəziyyəti 1 oktyabr - 31 dekabr 2019-cu il aralığında pambıqçılıq üzrə ixtisalaşmış 7 rayonda (Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli) toplanmış faktlar və məlumatlar – pambıq yığımı dövründə yerlərdən alınmış səhih məlumatlar, çəkilmiş video görüntülər, foto faktlar, fermerlər və pambıq yığanlar arasında aparılmış sorğunun nəticələri, adı çəkilən rayonlarda həyata keçirilmiş monitorinq və müşahidələr – əsasında qiymətləndirilmişdir.

Ardını oxu...
 

Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair MONİTORİNQ HESABATI (Monitorinq dövrü: 1 oktyabr 2018-ci il-30 yanvar 2019)


İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair Monitorinq Hesabatında Azərbaycanda pambıq istehsalının mövcud inkişaf mexanizmi, pambıqçılıq sahəsində mövcud dövlət siyasəti qısa şəkildə nəzərdən keçirilmişdir.

 

 

 

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 3-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda