Home Xəbər Xəbərlər Pambıq yığımında məcburi əmək məsələsi yenə aktualdır

Pambıq yığımında məcburi əmək məsələsi yenə aktualdır

İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, Rutgers Universitetinin professoru Qubad İbadoğlu öz “Facebook” səhifəsində pambıq yığımının gedişilə bağlı yeni status paylaşıb: “Pambıq yığımı mövsümü pambıq mövzusunu xeyli aktuallaşdırıb. Regionlardan çoxsaylı məlumatlar daxil olmaqdadır. Verilən məlumata görə, Sabirabad rayonun Ulacalı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyrabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub və məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb. 

Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq.
Sabirabad rayonunun icra başçısı adından danışan kənd icra nümayəndəsi pambıq əkmək öhdəliyinə riayət etməyib qarpız, taxıl, yonca və sair əkənlərin sahələrinə traktor salaraq şumlatdıracağını deyərək onları hədələyib.
Bu rayondan gələn digər məlumatda adının çəkilməməsini istəməyən fermer bildirib ki, Sabirabad rayonu Cavad kəndində bu il pambığın məhsuldarlığı çox aşağı olub. Fermer əl ilə yığılan pambığın hər kiloqramına maksimum 15 qəpik ödədiklərini yazır: “Onsuz da məhsuldarlıq aşağıdır, zərərə düşəcəyik”. Fermerin dediyinə görə, kənddə həyat səviyyəsi aşağı olduğuna, işsizliyin mövcudluğuna görə əhali bu qiymətə pambıq yığmağa könülsüz də olsa razılaşır, çünki işləmək üçün başqa imkan yoxdur. Fermer kənd məktəbinin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunması faktını da təsdiqləyib.
Bu rayondan aldığım sonuncu məlumata görə, Sabirabad pambıq zavodu xərclərinin artdığını əsas gətirərək traktorçulara verilən günorta yeməyini ləğv edib. Bundan xəbər tutan traktorçular etiraz edərək bir neçə saatlıq işi dayandırıblar. Ancaq etirazlar və danışıqlar bir fayda verməyib, zavoddan traktorçulara verilən günorta yeməyini bərpa etməyəcəklərini bildiriblər”.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda