Home Xəbər Xəbərlər Bahalaşmanın yeni dalğası başlayıb

Bahalaşmanın yeni dalğası başlayıb

Dövlət Statistika Komitəsinin son hesablamalarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb. Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir. Müşahidə olunan maraqlı məqamlardan biri də kərə yağının qiymətində bahalaşmanın davam etməsidir. Bu da təsdiq edir ki, ölkəyə kərə yağının idxalı inhisarçıların nəzarətindədir ki, onlar da bu malın satışında razılaşdırılış yüksək sövdələşmə qiyməti tətbiq etməklə istehlakçılarının xərclərini davamlı şəkildə artırırlar. 
Məlumat üçün qeyd edim ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir. Görünən odur ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil, daha çox inhisarçı və oliqopol şirkətlər bəhrələnirlər.
Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq. Odur ki, dəyərli istehlakçılar qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olun, nəzərə alın ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq.

 
 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda