Home Xəbər Xəbərlər Ötən il dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib

Ötən il dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib

 

 

Gizli iqtisadiyyat üzrə "dünya çempionatı" göstərir ki, Azərbaycan liderdir. 2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlunun hesablamalarına görə, 2016-cı ildə ÜDM real ifadədə 3.8% azalmış və cari qiymətlərlə 60 milyard manat olmuşdur: “Belə olanda da ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 %) olub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə göstərilir ki, cəmi vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faiz təşkil edir. Deməli, ötən il dövlət büdcəsindən ildə 16 milyard (40,2 milyard AZN x 39,8 %), ayda 1,33 milyard, gündə 44,4 milyon manat vəsait yayındırılıb. Dövlət Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlirlər ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib”.

Ekspertin fikrincə, əgər gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı. Nəzərə almaq lazımdır ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil, həm də pensiya fondu olur. Bu halda da sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı.

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda