Home Xəbər Xəbərlər İqtisadi Tədqiqatlar Mərkəzi ünvanlı sosial yardımla bağlı təkliflər hazırlayıb

İqtisadi Tədqiqatlar Mərkəzi ünvanlı sosial yardımla bağlı təkliflər hazırlayıb

İqtisadçı Qalib Toğrul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən Ünvanlı Dövlət Sosial Yardımla (ÜDSY) təkliflər irəli sürüb

Ekspertin sözlərinə gö

rə, bu yardımın verilməsilə bağlı elektron sistemə keçdikdən sonra da problemlər həll olunmayıb. 
"Maraqlıdır ki, bu sahədə korrupsiya və rüşvət olduğunu etiraf edən yeni rəhbərlik nazirliyin data base-də formalaşmış sosial yardım alanların bazasından imtina etmək əvəzinə yeni yardım təyinatları zamanı ona istinad etməyə başladı, hətta özünümaliyyələşdirmə layihəsinin də bu baza əsasında həyata keçiriləcəyini elan elədi.
ÜDSY obrazlı desək, ölü doğulub. Sistem işə düşdüyü ilk ildən (2006) bugünə qədər bu istiqamətdə təxminən 2 milyard manat pul xərclənib. Ancaq sosial yardım alanların yarıdan çoxunun yoxsul (aztəminatlı ailə) olmaması xərcləmələrin səmərələliliyini azaldıb”.
Qalib Toğrul sosial yardım sistemindəki korrupsiya hallarının azaldılması (ləğvi), iqtisadi böhran və son aylar artan inflyasiya fonunda əhalinin aztəminatlı həssas təbəqəsinin qorunması, sosial gərginliyin yumşaldılması məqsədilə təkliflər irəli sürüb.
1. Sosial yardım alanlara hər ay pul yardımı əvəzinə ancaq ərzağa xərclənmək şərtilə sosial kartlar verilsin. Yəni həmin kartdakı məbləğə ərzaqdan başqa heç nə almaq mümkün olmasın
Dünya təcrübəsində yoxsul ailələrin əksəriyyəti aldıqları yardımın demək olar ki, hamısını ərzağa xərcləyirlər. Bunun üçün nazirlik bu istiqamətdə bir tədqiqat aparıb real vəziyyətə aydınlıq gətirə bilər. Ancaq onu deyim ki, İqtisadi Tədqiqatlar Mərkəzinin 2013-cü ildə apardığı tədqiqat bunu təsdiq edib.
2. Sosial kart vasitəsilə alınmasına icazə verilən ərzağın siyahısı hazırlanaraq təsdiq edilsin. 
Bu siyahıya saxlanma müddəti qısa olan ilkin tələbat malları – çörək, süd, pendir, yağ, xama, kəsmik, tərəvəz, meyvə, şəkər tozu, ət, yumurta, qarabaşaq, düyü və sair daxil edilə bilər.
3. Kartdakı məbləğin tamının bir ay (və ya ayyarım) ərzində xərclənməsi şərti qoyulsun. Bir aydan sonra həmin məbləğ dondurulsun.
4. Kart vasitəsilə ancaq əvvəlcədən razılaşdırılmış, sosial kartların xüsusi sistemə inteqrasiya olunduğu marketlərdə alış-veriş etmək mümkün olsun.
5. Sosial kartların verilməsi zamanı ÜDSY-nin hesablanması üçün istifadə olunan Ehtiyac meyarı göstəricisindən imtina olunmalı, adambaşına aylıq gəliri Ölkə üzrə Yaşayış Minimumu göstəricisindən aşağı olan aztəminatlı ailələrin üzvlərinə verilən məbləğ elə bu göstəriciyə uyğun olaraq da hesablanmalıdır.
Son vaxtlar əksər ərzaq məhsullarının bahalaşması artıq ÜDSY-nın hazırkı hesablanma mexanizmini üçün istifadə olunan 105 manatlıq Ehtiyac meyarının ləğvini, 136 manatlıq Yaşayış minimumunu keçməyi tələb edir.
6. Nəhayət, yerli istehsalı təşviq etmək üçün sosial kartla yalnız Azərbaycan istehsalı olan məhsulların alınması şərti qoyulmalıdır.
7. Ən nəhayət, yeni sistemə keçməzdən nazirliyin data base-dəki sosial yardım alanlar ciddi surətdə ələkdən keçirilməli, yoxlanılmalı, əsl yoxsullar üçün sosial yardımın qapısı həmişə açıq olmalıdır.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda