Home Xəbər Xəbərlər Seçkiqabağı bələdiyyələrin dövlət maliyyə təminatı gücləndirilir

Seçkiqabağı bələdiyyələrin dövlət maliyyə təminatı gücləndirilir

ANCAQ YERLİ İDARƏETMƏ ORQANLARI BUNUN BƏHRƏSİNİ ƏN YAXŞI HALDA 2016-CI İLDƏ GÖRƏ BİLƏCƏKLƏR

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul bələdiyyələrə subvensiya və dotasiya ayrılması ilə bağlı Prezident tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri şərh edib:

- Prezidentin sərəncamı ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda 2 dəyişiklik edilib. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi daşıdığından çox əhəmiyyətlidir. Adətən, hər bələdiyyə seçkilərindən öncə yerli idarəetmə orqanlarının maliyyə vəziyyətinin gücləndirilməsi ilə bağlı müxtəlif dövlət rəsmiləri tərəfindən bir çox vədlər verilir ki, bu da köhnə bələdiyyə sədrlərini və üzvlərini, ümumilikdə isə bu sahəyə marağı olub cəsarət edə bilməyənləri seçkidə iştiraka təşviq etmək məqsədi güdür. Ötən seçki öncəsi də belə olmuşdu, indi də biz bunun şahidi oluruq. Ancaq adı çəkilən sərəncam bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsinin birmənalı şəkildə və yerli özünüdarəetmə orqanlarına dotasiyaların ayrılması sahəsində sistemsizliyin aradan qaldırılması baxımından çox əhəmiyyətli addımdır.
Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci maddəsində edilib. Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı müddəalar vardı. Lakin konkret və aydın deyildi, yazılırdı ki, yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya ayrılır.
Qanunda subvensiyanın ayrılmasının konkret mexanizminin olmaması praktikada onun epizodik şəkildə işləməsinə səbəb olurdu. İndiyədək qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdi. Artıq konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. Növbəti ildən başlayaraq bələdiyyələr
yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının icrası məqsədi ilə dövlət büdcəsindən subvensiya almaq üçün martın 15-dək Maliyyə Nazirliyinə müraciət edə bilərlər. Nazirlik verilən təklifləri 30 gün müddətində öyrəndikdən sonra onların qəbul edilib-edilməməsi barədə bələdiyyələrə məlumat veriləcək.
Əgər cavab müsbət olarsa, bələdiyyələr mayın 1-dək layihənin maliyyə-iqtisadi əsaslandırması ilə birlikdə aşağıdakı sənədləri Maliyyə Nazirliyinə təqdim etməlidirlər:
- Cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;
- Növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri,
- ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;
Qanuna görə Maliyyə Nazirliyi lazım gələrsə, bu sənədlərdən əlavə sənəd istəyə bilər.

Yeni dəyişikliyə görə, dövlət büdcəsindən ayrılmış subvensiyalar bələdiyyələr hər il fevralın 15-dək Maliyyə Nazirliyi tərəfindən bölünəcək. Bu da o deməkdir ki, bələdiyyələr ən yaxşı halda 2016-cı ildə subvensiya ala biləcəklər.
İkinci dəyişiklik isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür, qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin rteallıqda qanunun bu tələbi nəzərə alınmıırdı.. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir.
Qeyd edək ki, 2002-ci ildə dövlət büdcəsindən bələdiyyələrə 5 milyon manat ayrılmışdı. 2003-cü ildə dövlət yardımı kəskin şəkildə aşağı - 1 milyon manata endirilmişdi. 2004 və 2005-ci illərdə bələdiyyələrə 2 milyon manat, 2006-cı ildə 3 milyon manat, 2007, 2008, 2009, 2010 və 2011-ci illərdə 3,5 milyon manat ayrılıb. 2012-ci ildə bu rəqəm 5 milyon manat, 2013-cü ildə 5.2 milyon manat olub. 2014-cü ilin dövlət büdcəsində də 5.2 milyon manat dotasiya ayrılması nəzərdə tutulmuşdu.
Yeni dəyişikliklərdən sonra bələdiyyələrə verilən dotasiyaların məbləğinin artması gözlənilir.

İctimaiyyətlə əlaqələr departamenti, 564 86 85

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda