Home Xəbər Xəbərlər Gəncə-Qazax regionunda yerləşən tərəfdaş bələdiyyələrə təlim keçilib

Gəncə-Qazax regionunda yerləşən tərəfdaş bələdiyyələrə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 18 iyul 2014-cü il tarixində Gəncə şəhərində Gəncə-Qazax regionunda əməkdaşlıq etdiyi 12 bələdiyyənin təmsilçilərinə təlim keçib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Bəllədiyyələrdə şəffaflığın və hesabatlılığın, büdcə və maliyyə idarəetməsinin, eləcə də kənd və şəhərlərdə vətəndaş iştirakçılığının mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Təlimin məqsədi İTM-in tərəfdaş bələdiyyələrdə tətbiq olunan texnoloji məhsulu - “Şəffaf büdcə” Proqramının istifadəsi istiqamətində bilik və təcrübənin təkmilləşdirilməsi olub.

Təlimdən bir gün əvvəl tərəfdaş bələdiyyələr üçün alınmış kompüterlərə İTM-in ekspertləri tərəfindən “Şəffaf büdcə” proqramı yüklənilib, lazımı texniki prosedurlar həyata keçirilib. Təlim 18 iyul tarixində Gəncə şəhərində yerləşən “Pivzavod” restoranında baş tutub. Tədbirdə layihənin koordinatoru Qalib Toğrul bələdiyyə təmsilçilərinə layihə haqqında məlumat verib və “Şəffaf büdcə” Proqramının mahiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış edib. Təqdimatdan sonra QalibToğrul bələdiyyə nümayəndələrinin suallarına (yerli vergilərin hesablanması, toplanması və rəsmiləşdirilməsi, proqramın əldə edilməsi, istifadəsi və təhlükəsizliyi ilə bağlı) ətraflı cavablar verib.
Təlimi layihənin eksperti Rəcəb İmanov davam etdirib. O, “Şəffaf büdcə” proqramını interaktiv olaraq iştirakçılara nümayiş etdirib. R.İmanov proqramın bazasının formalaşdırılması, vergi və ödənişlərin daxil edilməsi və proqramın avtomatik olaraq hazırladığı “Ümumi borc”, “Tədiyyə bildirişi”, “Şəxsi hesab” və digər məlumatverici nəticələrin əldə edilməsi ilə bağlı təlim iştirakçılarına əyani misallar göstərib. Təlimçi qeyd olunan istiqamətlər üzrə sualları cavablandırıb, nəticələr qarşılıqlı müzakirə olunub.
Nahardan sonra təlim iştirakçıları qruplara bölünərək onlara tapşırıqlar verilib. 3 qpupa bölünən iştirakçılar vergi ödəyiciləri üçün nəzərdə tutulmiş ərizə formasını dolduraraq onların vergi öhdəlikləri ilə bağlı məlumatları bazaya daxil ediblər. Daha sonra daxil edilmiş məlumatlardan çıxan nəticələr nümayiş olunub. Qrupların hər biri 10 dəqiqəlik təqdimat etdikdən sonra yekun müzakirələr aparılıb.
Sonda təlim iştirakçıları təlimin qiymətləndirilməsi ilə bağlı anketi doldurublar. Qiymətləndirmənin yekunları göstərib ki, təlim iştirakçıları təlimdən razı qalıblar. Onların ən böyük iradı təlimin keçirilmə yeri ilə bağlı olub. İştirakçıların fikrincə, təlim Qazaxda keçirilsə, daha doğru olardı.
Qeyd edək ki, 17 təlim iştirakçısından 12-si Qazax bələdiyyələrini təmsil edib. Təlimdə Qazax rayonu Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Dəmirçilər, Çaylı, Orta Salahlı və Xanlıqlar, Ağstafa rayonu Həsənsu və Vurğun, Şəmkir rayonunun Qılıncbəyli və Dəllər-Daşbulaq bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

Ətraflı məlumat üçün əlaqə telefonu: 564 86 85, 050 224 34 11. Rəcəb İmanov

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda