Home Xəbər Xəbərlər Xaçmazda ətraf mühitin qorunması ilə bağlı təlim və təbliğat işləri həyata keçirildi

Xaçmazda ətraf mühitin qorunması ilə bağlı təlim və təbliğat işləri həyata keçirildi

BƏLƏDİYYƏLƏR TƏLİMLƏNDİRİLDİ, ORTA MƏKTƏB ŞAGİRDLƏRİ HƏVƏSLƏNDİRİLDİ

 

İqtisadi Tədqiqatlar Mərkəzi  13 və 16 may 2014-cü il tarixlərində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda icra olunan" Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi"layihəsi çərçivəsində  tədbirlər keçirib.

Mayın 13-də Xaçmaz şəhərində  yerli bələdiyyə fəalları üçün nəzərdə tutulmuş təlim bu silsilədən ikinci belə tədbir olub. Təlimdə Xaçmaz rayonunun Əhmədoba, Şollar, Nərəcan, Niyazova, Alekseyevka, Mürşüdoba,Yalama, Xudat və digər kəndlərinin bələdiyyə sədrləri, bələdiyyə qulluqçuları və Xaçmaz Rayon İcra  Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov iştirak ediblər.

            Layihənin rəhbəri Vahid  Məhərrəmov edib və İqtisadi Tədqiqatlar Mərkəzinin  eksperti, layihə üzrə təlimçi Rəcəb İmanov təlim iştirakçılarını ətraf mühitin çirklənməsinin necə ciddi qlobal problemlərə yol açdığı barədə real faktlarla tanış ediblər. Sonra insanların məişət, sənaye tullantıları ilə çayları, gölləri, dəniz sularını çirkləndirməsi və bu areallarda balıq, digər canlılarla qidalanan quşların tulantılarla qidalanması nəticəsində kütləvi qırılmasını özündə əks etdirən videoçarx namyiş etdirilib.

Daha sonra Vahid Məhərrəmov "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" mövzusunda təqdimat edib. O havanın, suyun, torpağın çirklənməsinə, torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması istiqamətində bələdiyyələrin rolu haqda danışıb. Təqdimatda deqradasiyanı, eroziyanı, şoranlaşmanı yaradan səbəblər və torpağın humus qatı, mulça, yaşıl gubrə haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış torpaq qoruyucu yeni texnologiyaların üstünlüyünə, təbii otlaqlardan səmərəli istifadəyə yönəldilib. Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyasına səbəb olan yerli problemlər üzərində ətraflı dayanaraq rayon ərazisindəki torpaqlarda humus qatının zəif olduğunu qeyd edib və torpağın üst hissəsində saxlanılması vacib olan bitki qalıqlarının və onlardan əmələ gələn humus qatının əhəmiyyətindən, xüsusiyyətlərindən danışıb. Bitki qalıqlarının sahələrdən çıxarılmaması vacibliyini vurğulayan təlimçi  növbəli əkin sisteminin üstünlüklərini təlim iştirakçılarının diqqətinə çatdırıb.  V. Məhərrəmov rayonun su potensialının az olduğunu nəzərə alaraq sudan qənaətlə istifadə olunmasını, bunun üçün mütərəqqi üsullardan, damcı-suvarma metodundan istifadəyə üstünlük verilməsini tövsiyə edib, örüşlərdə normadan daha çox heyvan sürülərinin otlarılması nəticəsində təbii otlaq sahələrinin eroziyaya məruz qalması, səhralaşması məsələlərinə toxunub.

Ətraf mühitin qorunması sahəsində bələdiyyələrin rolu barədə təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar, nümunələr böyük maraqla qarşılanıb.

            Mayın 16-da isə Xaçmaz rayon Ləcət kənd tam orta məktəbində “Ekoloji Təhsil Günü”nə həsr olunmuş inşa müsabiqəsinə yekun vurulub. Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə 1-ci yerə Fətahov Faiq İlqar Oğlu, 2-ci yerə Nəbiyev Süleyman Cəbiyeviç, 3-cü yerə isə Əhmədxanova Ella Nərimanovna layiq görülüb.  İnşa müsabiqəsinin yekununa həsr olunan tədbirdə Ləcət kənd icra nümayəndəsi Y. Xanmədov, Ləcət bələdiyyəsinin sədri M. Şahbazov, Ləcət kənd tam orta məktəbinin direktoru M. Xanmədova, layihə rəhbəri V. Məhərrəmov, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti R. İmanov, məktəbin müəllim kollektivi, şagirdlər iştirak ediblər. Ləcət bələdiyyəsinin sədri Mizrə Şahvazov və layihənin rəhbəri Vahid Məhərrəmov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, ətraf mühirin qorunmasında yeniyetmə və gənclərin rolundan danışıblar.

Tədbirin sonunda qaliblər İqtisadi Tədqiqatlar Mərkəzinin xüsusi diplomu ilə  təltif olunüb,  qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Daha sonra ətraf mühitə həsr olunmuş məktəb sərgisində şagirdlərin əl işlərinə baxış keçirilib. 

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda