Home Xəbər Xəbərlər Balidə Açıq Hökümət Tərəfdaşlığı üzrə Regional Konfrans işinə başlayıb

Balidə Açıq Hökümət Tərəfdaşlığı üzrə Regional Konfrans işinə başlayıb

Mayın 6-da İndoneziyanın Bali şəhərində “İnovativ açıqlıq: daha yaxşı vətəndaş iştirakçılığına impuls” mövzusunda Açıq Hökümət Tərəfdaşlığı (AHT) üzrə Asiya-Sakit okean höfzəsi Regional konfransı başlayıb. Konfrasda dünyanın 43 ölkəsindən 200-dən çox hökümət, özəl bölmə və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Azərbaycanı bu konfransda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı və İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə heyətinin üzvü Qubad İbadoğlu təmsil edir.
Konfransda İndoneziya Respublikasının prezidenti Susilo Bambang Yudhoyono giriş nitqi ilə çıxış edərək, ölkəsinin AHT sahəsində götürdüyü öhdəliklərin icrası zamanı əldə etdiyi nailiyyətlərdən və çətinliklərdən danışıb. Sonra AHT-nin hökümət və vətəndaş cəmiyyəti tərəfindən sədrləri bu təşəbbüsün hökümətlər üçün yaratdığı geniş imkanlardan danışıb və təşəbbüsə qoşulan ölkələrin sayının 64-ə çatdığını, QHT-lərin sayının isə 200-ü ötdüyünü qeyd ediblər. Konfrasnda çıxış edən İndoneziya, Yeni Zelaniya, Monqolustan və digər ölkələrin nümayəndələri innovativ dəyişiklərin yaratdığı açıq məlumat bazası, şəffaflıq və hesabatlılıq formaları ilə bağlı təcrübələrini bölüşüblər.
Konfrans öncəsi yerli vətəndaş cəmiyyətinin təşəbbüsü ilə keçirilən müzakirələrdə iştirak edən NHMT rəhbəri Mirvari Qəhrəmanlı və İTM İdarə heyətinin üzvü Qubad İbadoğlu Azərbaycanda QHT-lər üçün qeyri-əlverişli fəaliyyət mühiti, onlara yaradılan məhdudiyyətindən və vətəndaş iştirakçılığı üçün mövcud olan inzaibati baryerlərdın danışıblar. Bununla yanaşı konfransda iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri təmsil etdikləri QHT-lərin fəaliyyətlərini, məhsullarını əks etdirən sərgi təşkil ediblər. Sərgidə İqtisadi Tədqiqatlar Mərkəzinin də təqdimatı olub. Tədbirdə çıxış edən İTM idarə heyətinin üzvü Qubad İbadoğlu Mərkəzin hökümətin fəaliyyətində şəffaflığım və hesabatlılığın artırılması sahəsində gördüyü işlər haqqında məlumat verməklə yanaşı Azərbaycanda həyata keçirilən 2012-2015-ci il üçün AHT təşviq olunması üzrə Milli Faəliyyət Planının icrası ilə bağlı İTM ekspertlərinin apardığı ilkin qiymətləndirmənin nəticələrini də təqdim edib.
Bu həftə dünyanın 2 regionunda Açıq Hökümət Tərəfdaşlığı üzrə konfranslar keçirilir. Asiya-Sakit okean höfzəsi regional konfransı mayın 7-də yekunlaşacaq. Bundan sonra Azərbaycan nümayəndə heyəti AHT-nin mayın 8-9-da Dublində keçirilən Avropa Regional Konfransda iştirak etmək üçün İrlandiyaya yola düşəcəklər

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda