Home Xəbər Xəbərlər İqtisadi Tədqiqatlar Mərkəzi müsabiqə keçirir

İqtisadi Tədqiqatlar Mərkəzi müsabiqə keçirir

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində 28 aprel 2014-cü ildə Xaçmaz rayonunun Ləcət kənd bələdiyyə sədri Mirzə Şahbazov və Ləcət tam orta məktəbinin direktoru Maina Xammədova ilə görüş keçirilib. 

Görüşdə İqtisadi Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Qalib Bayramov, layihənin rəhbəri Vahid Məhərrəmov, layihənin eksperti Rəcəb İmanov iştirak ediblər. Görüşdə layihə çərçivəsindəki fəaliyyətin detalları - ətraf mühitin mühafizəsinə yeniyetmələrin, məktəb şagirdlərinin diqqətini cəlb etmək məqsədi ilə 12 may 2014-cü il tarixində Ləcəb bələdiyyəsi ərazisindəki məktəblərin 8-9-10-11-ci sinif şağirdləri arasında “Ekoloji Təhsil Günü”nə həsr olunmuş inşa yazısı müsabiqəsinin elan edilməsi və müsabiqənin şərtləri müzakirə olunub.
“Ekoloji təhsil günü”nə həsr olunmuş inşa yazısı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:
• İnşa yazısının məzmunu ekologiya və ətraf mühitlə bağlı olmalıdır;
• İnşa yazısında qaldırılan məsələlər və onların həlli aydın və anlaşıqlı cümlələrlə ifadə edilməlidir;
• İnşa yazısı problemin aktuallığını əks etdirməlidir;
• İnşa yazısı 4 dəftər vərəqi səhifəsindən artıq olmamalıdır;
• İnşa yazısı iştirakçının seçimi ilə Azərbaycan, rus və ya ingilis dillərində hazırlana bilər;
• Hər inşanın sonunda iştirakçının adı, soyadı, təhsil aldığı məktəbin adı, oxuduğu sinif qeyd edilməlidir;
• İnşanın yazılması 6-7-8 may tarixlərində hər sinif üçün müəyyən olunmuş vaxt müddətində müəllimlərin nəzarəti altında həyata keçirilməlidir;
• Münsiflər heyəti Ləcət bələdiyyəsinin 2 üzvündən, Ləcət tam orta məktəbinin 4 müəllimindən və direktorundan (sədr) ibarətdir;
• Münsiflər heyəti 5 ballıq şkala ilə qiymətləndirmə aparır;
• İnşalar 12.05.2014-cü il tarixinədək qiymətləndirilməli və qaliblər müəyyənləşdirilməlidir;

Müsabiqənin qalibləri (1-ci, 2-ci və 3-cü yer) İqtisadi Tədqiqatlar Mərkəzinin xüsusi diplomu ilə təltif olunacaq və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, görüş zamanı münsiflər heyətinin tərkibi müəyyənləşdirilib.
Həmçinin, səfər zamanı 13 may 2014-cü ildə Xaçmaz şəhərində yerli bələdiyyə fəalları üçün keçirilməsi planlaşdırılmış təlimin yeri müəyyən olunub, müvafiq təşkilati məsələlər həll edilib.
Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Vahid Məhərrəmovla əlaqə saxlamaq olar.
Tel.: 564-85-85, e-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda