Home Xəbər Treninqlər Beyin mərkəzlərinə vəsait axtarışı (fondreyzinq) və maliyyə-uçot siyasətinə dair təlim təşkil olunub

Beyin mərkəzlərinə vəsait axtarışı (fondreyzinq) və maliyyə-uçot siyasətinə dair təlim təşkil olunub

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Avropa İttifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yerli vətəndaş cəmiyyəti institutları üçün maliyyə dayanıqlığı və diversifikasiyası üzrə 4-cü təlimini təşkil edib. Təlimın başlıca məqsədi tərəfdaş təşkilatların maliyyə sabitliyinə və maliyyə mənbələrinin difersifikasiyana və maliyyə-uşot siyasətinin düzgün təşkilinə metodiki-texniki yardım göstərmək olub. Təlim modulları 2 hissədə hazırlanıb: vəsait axtarışı və uçot siyasəti. Fevralın 14-15-də “Vəsait axtarışı”, 16-da isə “Maliyyə-uçot siyasəti” mövzusunda keçirilən təlimlərdə 3-ü regionlardan (Gəncə, Şəki) olmaqla 18 tərəfdaş qeyri-hökumət təşkilatının məsul şəxsləri və müsahiblərindən ibarət 22 nümayəndə iştirak edib. 
“Vəsait axtarışı” üzrə təlimi “Böyük bacılar və böyük qardaşlar” təşkilatının Almaniya üzrə direktoru, təşkilatın fondreyzinq strategiyasının tərtib olunması, inkişaf etdirilməsi və həyata keçirilməsinə məsul olan mütəxəssis Andrea Berg aparıb. Qeyd edək ki, əvvəllər Hamburq Universitetində Sülh Araşdırmaları və Təhlükəsizlik Siyasəti İnstitutunda çalışan xanım Berg professional fondreyzinq üzrə mütəxəssisdir və bu sahədə 10 ildən çox təcrübəsi var. Bundan başqa, o, Qazaxıstan, Tacikistan və Özbəkistana dair akademik və qeyri-akademik məqalə, hesabat və kitabların müəllifidir.
İkigünlük təlim zamanı A.Berg iştirakçılara “Vəsait axtarma: Ümumi baxış və əsas məlumat” , “Planlaşdırma və maliyyə diversifikiasiyası”, “Marketinq və kommunikasiya”, “Vəsait axtarışı: Korporativ tərəfdaşlar və korporativ sosial məsuliyyət”, “Vəsait axtarışı: Şəxsi donorlar” mövzuları üzrə ətraflı məlumat verib. İnteraktiv aparılan təlim zamanı təlimçi iştirakçılarla qrup işi quraraq, vəsait axtarışı sahəsində onların rastlaşdıqları çətinlikləri müəyyənləşdirib, onların aradan qaldırılması barədə tövsiyələrini verib. İştirakçılar arasında keçirilən təlimi qiymətləndirmə sorğusunun nəticələrinə görə, təlimçinin peşəkarlığı, onun şəxsi donorlarla işin mahiyyəti, vəsait axtarışı sahəsində xarici təcrübə, həmçinin korporativ donor axtarışı barədə verdiyi məlumatlar iştirakçılar tərəfindən ən yüksək – 10 balla qiymətləndirilib.
Fevralın 16-da İTM-in maliyyə meneceri Anar Bayramov tərəfdaş beyin mərkəzlərinin mühasibləri üçün “Maliyyə-uçot siyasəti”nə dair təlim keçib. Təlimdə “01 yanvar 2013-cü il tarixdən Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər haqqında”, “Qeyri-hökumət təşkilatlarının Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatları haqqında”, “Qeyri-hökümət təşkilatlarının hazırlamalı olduğu uçot siyasəti haqqında” mövzuları əhatə olunub. Bütün mövzular üzrə ətraflı məlumat alan iştirakçılar sonda xüsusi tərtib olunmuş test tapşırıqlarını icra ediblər. Ən yaxşı nəticə göstərənlər vergi və mühasibat uçotuna dair kitablarla mükafatlandırılıb. Qiymətləndirmə sorğusunun nəticələrinə görə, iştirakçılar QHT-lərin Maliyyə Nazirliyinə təqdim etməli olduqları hesabatların hazırlanması qaydaları, həmçinin uçot siyasətinin hazırlanması ilə bağlı verilən məlumatları özləri üçün yararlı və praktik hesab edərək yüksək qiymətləndiriblər.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.
Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda