Home Tədbir Dəyirmi masa “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihisənin yekunlarına həsr olunmuş Dəyirmi masa keçiriılib

“Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihisənin yekunlarına həsr olunmuş Dəyirmi masa keçiriılib

Dekabrın 13-də Park Inn otelinin Füzuli zalında İqtisadi Tədqiqatlar Mərkəzinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) maliyyə dəstəyi ilə 11 iyun 2012-ci il tarixindən başlayaraq icra etdiyi “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihisənin yekunlarına həsr olunmuş Dəyirmi masa keçiriılib. Tədbirdə öncə layihənin əlaqələndiricisi Qalib Toğrul layihənin yekunları ilə bağlı hesabat verib. Layihə əlaqələndiricisi qeyd edib ki, layihə müddətində 2-si Kürdəmirdə və 2-si Göyçayda olmaqla 4 təlim və 4 tarla təcrübəsi keçirilib. Təlim və tarla təcrübələrinə adıçəkilən rayonların bələdiyyə torpaqları icarəçiləri, fermer, pay torpağı sahibləri cəl olunub. Təlimlərdə onların bilik və bacarıqları artırılıb, torpaqdan istifadə zamanı eroziyaya, şoranlaşmaya, çirklənməyə və torpaqların deqradasiyaya uğramasına qarşı aqrotexniki və qoruyucu tədbirlər barədə geniş məlumat verilib.
Layihə müddətində bir sıra dövlət qurumlarında (Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Torpaq və Xəritəçəkmə Komitəsi) görüşlər keçirilərək mütəxəssislərlə fikir mübadiləsi aparıldığını deyən Q. Toğrul əlavə edib ki, torpaqların münbitliyinin qorunması istiqamətində büdcədən ayrılan vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi aparılıb və buna müvafiq olaraq tövsiyələr hazırlanıb. Q. Toğrul onu da qeyd edib ki, layihə şərçivəsində Göyçay rayonu Potu Bələdiyyəsi ərazisində qoruyucu meşə zolağı salınıb.
Sonra layihənin eksperti Vahid Məhərrəmov “Azərbaycanda torpağın münbitliyinin qorunması (deqradasiya, eroziya, şoranlaşma, çirklənməyə qarşı mübarizə) sahəsində mövcud vəziyyət və çıxış yolları” mövzusunda təqdimat edib. Təqdimatda ölkəmizdə torpaqların deradasiya, eroziyaya uğraması, şoranlaşma və şorakətləşmə vəziyyəti barədə məlumat verib: Azərbaycanda torpaq ehtiyatlarının 3.470.823 hektarı eroziyaya uğrayıb, 565 511 hektar torpaq müxtəlif dərəcədə şorlaşmaya məruz qalıb. Ondan 152 898 ha zəif, 146 235 ha orta, 223 838 ha isə şiddətli şorlaşmış sahələrdir. Şorlaşmaya məruz qalan sahələr ümumilikdə 12,5 % təşkil edir”. Onun sözlərinə görə, 30 000 hektar torpaq isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.
Ekspertin dediyinə görə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulur ki, 209,1 min hektarda kollektor-dren şəbəkəsində tikinti və yenidənqurulmasına, 83 min hektar təkrar şorlaşmış sahələrin duzlardan əsaslı yuyulmasına, 62,8 min ha sahənin əsaslı hamarlanmasına, 94,3 min ha sahənin su təminatının artırılmasına ehtiyac var. 1 milyon 265 min 386 hektar suvarılan ərazilərdə (89,0%) isə meliorativ işlərin icrası tələb olunur .
V. Məhərrəmov daha sonra torpaqların münbitliyini qorunub saxlanması məqsədilə hazırladıqları tövsiyələri səsləndirib:
 Ayrı-ayrı dövlət strukturlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəetməni təkmilləşdirmək məqsədilə Kordinasiya Şurasının və yaxud xüsusi Dövlət Komissiyasının yaradılması.
 Deqradasiyaya məruz qalmış torpaqları tam müəyyən etmək, xəritəsini hazırlamaq üçün onların inventarizasiyasının aparılması;
 Deqradasiyaya məruz qalmış torpaqların mülkiyyət mənsubiyyətinə görə təsnifləşdirilməsi, tərəflərin öhdəliklərinin və görüləcək işlərin müəyyən edilməsi;
 Xırda təsərrüfatların könüllülük əsasında kooperasiyalarda və digər birliklərdə birləşməsini təmin etmək məqsədi ilə marifləndirmə və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi;
 Otlaq və təbii biçənək altında olan torpaq sahələrindən səmərəli istifadəni təmin etmək məqsədi ilə nəzarət sistemini gücləndirilməsi, örüş sahələrindən istifadə qaydalarının təkmilləşdirilməsi. Sahələrdən istifadə zamanı onun qayğısına qalan, yemləmə işləri aparan, təbii ot toxumlarının səpinini təşkil edən sahibkarlara, icarədarlara üstünlük verilsin;
 Torpaqların tərkibinin müəyyənləşdirilməsi, dəqiq analiz aparılması üçün regionlarda aqrokimyəvi xidmət labaratoriyaların fəaliyyətini yaxşılaşdırmaq və muasir texniki avadanlıqlarla təhciz edilməsinə nail olmaq;
 Eroziyaya məruz qalmış sahələrdə ağacların əkilməsi və yol kənarlarına qoryucu meşə zolaqlarını salınması məqsədilə Dövlət büdcəsindən kiçik maliyyə qrantlarının ayrılması;
 Qeyri-məhsuldar mal-qaranın sayının azaldılması istiqamətində xüsusi proqram hazırlayıb həyata keçirmək, mal-qara şahiblərinə güzəştli kredit təklif etməklə naxırın cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq;
 Meliorasiya tədbirlərinin aparılmasına ehtiyacı olan torpaq sahələrinin müəyyən edilməsi, onların xəritələrinin hazırlanması;
 Suvarma və kollektor-drenaj şəbəkələrinin təmiri, bərpası, yenidənqurulması və tikintisi istiqamətində konkret olaraq Dövlət tərəfindən layihə və proqramların qəbul edilməsi. Bu məqsədlə Dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması və şəffaflığı təmin etmək məqsədi ilə ictimai nəzarətin gücləndirilməsi;
 Çirklənmiş və deqradasiyaya uğramış torpaqların rekultivasiyası layihələrinin həyata keçirilməsi məqsədilə konkret proqramın hazırlanması.
 Torpaq və sudan istifadənin səmərəliliyini təmin etmək məqsədilə fermerlərə və torpaq istifadəçilərinə torpaqqoruyucu və suya qənaət edən muasir texnologiyanın əldə olunmasına imkan yaratmaq. Bu məqsədlə güzəştli kredit resurslarına çıxışı asanlaşdırmaq.
Daha sonra dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılıb. Milli Məclisin Aqrar Siyasət Komitəsinin eksperti Zahid Abbasov İqtisadi Tədqiqatlar Mərkəzinə aktual bir problemi ictimailəşdirdiyinə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, problemdən yeganə çıxış yolu fermerlərin kooperasiyalarda birləşməsidir: “Ancaq kooperativ yaradanlara dövlət dəstəyi göstərilməsə, bunun da xeyri olmayacaq”.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qalib Xasayev, Tövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları Sahib Ömərov və Divanxan Əhədov və aqrar sahə üzrə müstəqil ekspert Nizami Qarayev İTM-in gördüyü işlərə yüksək qiymət verərək, görülmüş işlər və vəziyyətdən çıxış yolları barədə fikirlərini bildiriblər.
Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həmid Həbibov fermerlərin maarifləndirici seminar və treninqlərə böyük ehtiyaclarının olduğunu vurğulayıb.
Tədbirin sonunda layihə çərçivəsində elan olunmuş jurnalist müsabiqəsinin nətcələri elan olunub. “Bizim yol” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova“Gündəlik Teleqraf” qəzetinin müxbiri Sevil Hilalqızı fərqləndirici, Emin Nəbili (“Üç nöqtə”), Samir Əfəndiyev (ww.mia.az), Vasif Cəfərov (“Ekspress”) və Vüsal Məmmədov (www.ganca.az) is həvəsləndirici mükafatlara layiq görülüblər. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda