Home Tədbir Dəyirmi masa İTM “Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək” layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edib.

İTM “Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək” layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edib.

06 noyabr 2012

İTM ABŞ-ın Alman Marşall Fondu və Açıq Cəmiyyət İnstitutu - Budapeşt ofisinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək” layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edib. Azərbaycanın yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutlarının, dövlət orqanlarının və parlament təmsilçilərinin iştirakı ilə Park Inn mehmanxanasında gerçəkləşən dəyirmi masada QHT-lərin iqtisadi fəaliyyətindən və birja əməliyyatlarından (kommersiya fəaliyyətindən) əldə etdikləri gəlirlərin vergilərə və digər məcburi ödənişlərə cəlb edilməsi sahəsində Azərbaycandakı mövcud vəziyyəti və Türkiyədəki təcrübəni əks etdirən təqdimatlar dinlənilib və bu mövzular ətrafında müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə açan İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu layihənin məqsədləri haqqında geniş məlumat verib. O, bu layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 200-dək QHT ilə görüşlərin keçirildiyini və onlardan toplanan təkliflər də nəzərə alınmaqla “Azərbaycanda Vətəndaş Cəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sənəddə əksini tapan təkliflərin aidiyyəti orqanlara təqdim edildiyini vurğulayan Qubad İbadoğlu QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri istiqamətində tövsiyələrin Vergilər Nazirliyinə göndəriıldiyi və İTM-in təkliflərinə müxtəlif dövlət orqanları tərəfindən rəylər verilıidyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

ABŞ-ın Alman Marşall Fondunun məsləhətçisi Mehriban Rəhimli təmsil etdiyi fondun proqramları, prioritetləri və Azərbaycandakı fəaliyyəti haqqında məlumatları toplantı iştirakçılarının diqqətinə çatdıraraq, eyni zamanda hazırda Fondun Qara dəniz hövzəsi ölkələrinin qeyri-hökümət təşkilatları arasında regional əməkdaşlıq üzərində qurulan layihələrə üstünlük verildiyini bildirdi. O Türkiyə ilə Azərbaycan vətəndaş cəmiyyəti arasında daha sıx əməkdaşlığı arzuladı.
Sonra Azərbaycan Auditor Platasının üzvü, sərbəst auditor Altay Cəfərov “Yerli QHT-lərin iqtisadi fəaliyyəti, vergi və məcburi sosial suğorta ödənişləri” mövzusunda təqdimatla çıxış etdi. Altay Cəfərov öz təqdimatında QHT-lərin iqtisadi, kommersiya və qeydi kommersiya fəaliyyətinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş bəzi normativ hüquqi aktlar, onların birja və qeyri-birja əməliyatlarından gəlirlərinin vergiyə cəlb edilməsi və eləcə də QHT-lərin dövlət büdcəsinə və büdcədənkənar fondlara ödənişlər nəzərdə tutulmuş azad olunmalar və güzəştlər haqqında geniş məlumat verib. Təqdimat zamanı QHT-lərin iqtisadi fəaliyyət və mülkiyyət əqdlərindən əldə etdikləri gəlirlərin vergilərdən azad olunması kimi dolayı dövlət yardımı formalarına, eləcə də donorların, biznes təşkilatlarının və onların assosiasiyalarının xeyriyyəçilik fəaliyyətlərinə görə, bilavasitə iqtisadi fəaliyyətə aid olmayan, o cümlədən, qrant, ianə yardımına dair Azərbaycanın mövcud qanunvericiliyinin təhlili, bu sahədə Avropa və Turkiyə təcrübəsi, yüngülləşdirici və təşviqləndirici vergi mexanizmlərinin tətbiq olunması imkanları müzakirə edilib. Eyni zamanda toplantıda Vergi Məcəlləsində QHT-lərin kommereiya və qeyri-kommersiya fəaliyyəti ilə bağlı maddələrin təkmilləşdirilməsinə dair təkliflər də təqdim olunub.
Tədbirdə sonuncu təqdimatı “Türkiyənin fondları və ictimai birliklərində iqtisadi fəaliyyətlə bağlı vergi qoyuluşları və bu sistemin təkmilləşdirilməsi” mövzusunda Türkiye Üçüncü Sektör Vakfının (TÜSEV) təmsilçisi, auditor ekspert Hayati Şahin etmişdir. Hayatı Şahin öz təqdimatıında Türkiyə QHT-lərinin iqtisadi və qeyri-mənfəətsiz fəaliyyətləri zamanı ödənişləri və eyni zamanda donorların, biznes təşkilatlarının xeyriyyəçilik fəaliyyətinə yönəltdikləri vəsaitlərin vergiyə cəlb edilməsi mexanizmlərindən bəhs etmişdir. O çıxışı zamanı Avropa Birliyi ölkələrinin təcrübəsindən örnəklər gətirərək, Azərbaycanda və Türkiyədə də mövcud vergi sisteminin təkmilləşdirilməsinə yönələn təkliflər irəli sürmüşdır.
Tədbirdə iştriak edən Vergilər Nazirliyinin “Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi” nin əməkdaşı Nuiyaz Şükürov QHT-lərin büdcəyə ödənişlərinin həcmi və eyni zamanda qanunvericlikdə olanlara şamil olunan güəştlər barədə danışmışdır. O qeyd etmişdir ki, təmsil etdiyi təşkilat Vergilər Nazirliyinə ünvanlana bütün sorğuları zamanında cavablandırır və bu istiqaməıtdə kommersiya və qeyri kommersiya təşkilatlarına metodiki yardım edir. Müzakiələr ətrafında çıxış edən Milli Məclisin Aparatının təmsilçisi Rövşən Muradov parlamentə vergi və digər ödənişlərin aydınlaşdırılması ilə bağlı çoxsaylı sorğuların daxil olduğu və onlar tərəfindən də sorğuların vaxtlnda və tam əhatəli cavablandırıldığı barədə məlumat vermişdir. O qeyd etmişdir ki, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsinin təkmilləşdirilməsi imkanları genişdir. Odur ki, QHT-lərin bu istiqamətdəki təkliflərini Milli Məclis dəyərləndirməyə hazırdır.
Tədbirdə iştirak edən Qeyri-kommersiya hüququ üzrə beynəlxalq mərkəzin (İCNL) MDB ölkələri üzrə nümayəndəsi Cavid Gədirov Azərbaycanda ianə fəaliyyətinə görə ödənişlərdən danışmışdır.
vətəndaş cəmiyyəti institutlarının mümayəndələrindən Şəffaflıq Azərbaycan təşkilatının icracı direktoru Rəna Səfərəliyeva, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev, Azad İstehlakçlar Birliyinin sədri Əyyub Hüseynov, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimia Birliyinin sədri Əhməd Abbasbəyli, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmənov QHT-lərin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olmasına baxmayaraq bəzən onlara göstərilən iş və xidmətlərdən ƏDV-nin tələb edilməsindən narahatçılıqlarını ifadə etmişdir. Onlar bununla bağlı Sonda tədbir bu və digər məsələlər ətrafında müzakirələr aparılmaqla başa çatdırılmışdır.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda