Home Tədbir Dəyirmi masa Dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirilib

Dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində torpaqların münbitliyinin qorunması, eroziyaya, deqradasiyaya uğramış, şoranlaşmış torpaqların bərpası istiqamətində mərkəzi icra strukturlarının gördükləri işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmaq, bu sahədə mövcud problemlərin həlli yollarını müzakirə etmək məqsədilə layihənin əlaqələndiricisi Qalib Toğrul və ekspert Vahid Məhərrəmov 29-30-31 avqust 2012-ci il tarixlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikası Meliorasiya və Su Təssərüfatı ASC-nin və Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli şəxsləri ilə görüşüblər.

Avqustun 29-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaqların mühafizəsinə və onların istifadəsinə nəzarət şöbəsinin baş mütəxəssisi İsmət Xanbabayevlə keçirilən görüşdə torpaqların təyinatına uyğun istifadə olunmaması, onların münbitliyinin itirilməsi zamanı Komitənin həyata keçirdiyi nəzarət və inzibati tənbeh mexanizmi barədə fikir mübadiləsi aparılıb. İsmət Xanbabayev 

Torpaq Məcəlləsinin 45-ci maddəsi ilə Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini təmsil etdiyi Komitənin həyata keçirdiyini bildirib.

Baş mütəxəssis deyib ki, Məcəlləyə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq eroziyaya uğramış, çirklənmiş, şoranlaşmış torpaqların xəritəsinin hazırlandığını deyən İsmət Xanbabayev aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına həmin xəritələrin müraciət əsasında verilə biləcəyini də vurğulayıb. Baş mütəxəssis Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin münbitliyini itirmiş torpaqların bərpası ilə bağlı heç bir fəaliyyət göstərmədiyini, yalnız təyinatı üzrə istifadə olunmayan, münbitliyi korlanmış torpaq istifadəçilərinin cərimələndiyini bildirib.

Avqustun 30-da Azərbaycan Respublikası Meliorasiya və Su Təssərüfatı ASC-də görüş keçirilib. Görüşdə Cəhmdar Cəmiyyətin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov, Suvarma sistemlərinin istismarı şöbəsinini müdiri Əjdər Cavadov, Meliorasiya, su ehtiyatları və Sudan İstifadəelənlər Birlikləri üzrə iş şöbəsinin müdiri Mətləb Quliyev, Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdir müavini Teymur Osmanov, Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Tahir İsmayilov iştirak ediblər. Görüşdə respublikada şoran torpaqların mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Respublikamızda 600 min hektarda şor ləkələrinin olduğu, 1993-cü ildən bəri cari yuma aparılmadığı vurğulanıb, son illər Səhmar Cəmiyyətin həyata keçirdiyi təmir-tikinti, bərpa işləri ətrafında geniş müzakirə aparılıb. Cəhmdar Cəmiyyətin səlahiyyətli nümayəndələri şoranlaşmaya qarşı mübarizə tədbirlərinin aktuallığını bir daha vurğulayaraq bu sahəyə ayrılan dövlət vəsaitlərinin artırılmasının vacibliyini qeyd ediblər.

Avqustun 31-də isə Kənd Təsərrüfatı Nazirliyində də analoji görüş keçirilib. Görüşdə nazirliyin Torpaqlardan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsinin müdiri Məmməd Həziyev və Melorasiya və su təminatı sektorunun müdiri Yolçu Zeynalov iştirak ediblər. Görüşdə respublikada qoruyucu meşə zolaqlarının salınması, örüş və otlaqlarda heyvanların yerində su ilə təminatı, örüşlərin yemlənməsi, torpaqların şoranlaşmasının mövcud vəziyyəti və ona qarşı aparılan mübarizə tədbirləri barədə geniş müzakirə və fikir mübadiləsi aparılıb. Qeyd edək ki, analoji görüşün sentyabrın 7-də saat 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda