Kitabda İqtisadi Tədqiqatlar Mərkəzinin ölkədə ilkin səhiyyənin mövcud vəziyyəti və onun gücləndirilməsi üzrə apardığı tədqiqatların bir hissəsi təqdim olunur. Burada habelə səhiyyənin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmləri açıqlanır. Tədqiqatların nəticəsi olaraq İTM tərəfindən hazırlanan İSX-nin gücləndirilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi konsepsiyası da geniş oxucu auditoriyasının nəzərinə çatdırılır.