Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi “Neft gəlirlərininin uzunmüddətli istifadəsi üzrə strategiya”da Dəyişməz Neft Gəlirləri prinsipi təsbit olunub. Lakin bu prinsipin əsasında sosial-iqtisadi modelləşmə işi tam başa çatdırılmayıb. Azərbaycanın 400 milyard ABŞ dolları civarında proqnozlaşdırılan neft-qaz gəlirlərinin illər üzrə istehlaka və yığıma gedən hissəsinin rasionallaşması bir problem olaraq qalır. Nəticədə Xiksin işgüzar dövr modelinə uyğun olaraq tələb və təklifin bir-birini balanslaşdırması müşahidə edilmir. Azərbaycanda stabil iqisadi inkişaf və makro səviyyədə tarazlıq təmin edilməklə bərabər faktiki olaraq “əkiz kəsirlər” problemi mövcuddur. Bir tərəfdən qeyri-neft xarici ticarət kəsiri ilbəil artır. Bu o deməkdir ki, dolayısı ilə neft gəlirlərinin bir hissəsi qeyri-neft xarici ticarət kəsirini bağlamaq üçün xərclənir və xarici əmtəə və xidmət istehsalçılarını maliyyələşdirməyə yö- nəlməklə yerli iqtisadiyyatın rəqabət qabiliyyətini aşağı salır.....