Home Tədbir Son konfrans İqtisadi Tədqiqatlar Mərkəzi 2011-ci ildəki fəaliyyətinin yekunları barədə hesabat verdi

İqtisadi Tədqiqatlar Mərkəzi 2011-ci ildəki fəaliyyətinin yekunları barədə hesabat verdi

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) sosial-iqtisadi sahədə fəaliyyət göstərən ən nüfuzlu vətəndaş cəmiyyəti institutlarından biri olaraq, 2000-ci ildən bəri Azərbaycanda dayanıqlı iqtisadi inkişafın, ictimai vəsaitlərin şəffaflığının təmin olunmasına,  ölkədə yoxsulluğun azaldılmasına yönəlmiş proqramların səmərəliliyinin artırılmasına, bütövlükdə isə vətəndaş cəmiyyətinin gücləndirilməsinə  töhfələr verməkdədir. Fəaliyyəti dövründə daima şəffaflığı və hesabatlılığı əsas götürən İTM  hər il həyata keçirdiyi layihələr, əldə etdiyi uğurlar, qarşılaşdığı  çətinliklər  və  perspektiv planları  barədə cəmiyyətin geniş təbəqələrinə hesabat verir.

Mərkəz hesabatlılıq ənənəsinə uyğun olaraq, 2011-ci ildəki fəaliyyətinin yekunları barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə 15 mart 2012-ci ildə saat 11.30-13.00-da Park İNN mehmanxanasının Nəsimi zalında Azərbaycan hökumətinin, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, donor təşkilatlarının, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə konfrans təşkil edib.

Konfransda Mərkəzin ötən ilki fəaliyyəti barədə İdarə Heyətinin sədri Qubad İbadoğlunun verdiyi məlumatdan aydın olub ki, hesabat dövründə İTM tərəfindən 15-dək layihə layihə çərçivəsində fəaliyyətlər həyata keçirilib.  Mərkəz yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafına dəstək , ictimai vəsaitlərin şəffaflığı və ölkənin  sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik məsələlərlə bağlı tədqiqatların aparılması sahəsində böyük uğurlar əldə edib.  Layihələrin yekunu olaraq, İTM ekspertləri tərəfindən 9 istiqamətdə siyasətin təkmilləşdirilməsi məqsədilə təklif və tövsiyələr hazırlanaraq, müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və xarici təşkilatlara təqdim olunub. 2011-ci il ərzində müxtəlif layihələr çərçivəsində 10-a yaxın nəşr hazırlanaraq çap edilib. Bura müxtəlif mövzularda aparılan tədqiqatların nəticələrini əks etdirən kitablar, məlumatlandırıcı broşürlər, buklet və posterlər aiddir.
2011-ci il Mərkəz üçün ictimai əlaqələrin daha da genişləndirilməsi baxımından da uğurlu olub. Belə ki,  İTM 2011-ci ildə Azərbaycanda yeganə QHT olaraq Avropa Yerli Demokratiya Asossasiyasına üzv qəbul olunub. ALDA 1999-cu ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən təsis edilib, hazırda Avropanın 30 olkəsindən olan 150-dən çox üzvü var. Qurumun üzvləri bələdiyyələr, bələdiyyə asossasiyaları və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərdir.
Bundan əlavə, İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu ötən il Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə milli koordinatoru seçilib. Həmçinin o, Vətəndaş Cəmiyyəti Forumunun Beynəlxalq İdarə Heyətinə üzv olub. İl ərzində Mərkəzin rəhbərləri və mütəxəssisləri dünyanın müxtəlif ölkələrində  keçiriləm 10-dan  yuxarı beynəlxalq və regional əhəmiyyətli tədbirlərə dəvət olunublar.

2011- ci ili də əvvəlki illərdə olduğu kimi, İqtisadi Tədqiqatlar Mərkəzi yerli səviyyədə ictimai əlaqələrinin genişliyi baxımından ən böyük üstünlyə malik vətəndaş cəmiyyəti institutu kimi başa vurub. Belə ki, il ərzində İTM tərəfindən müxtəlif məsələlərlə bağlı 7 dəfə konfrans, 4 dəfə dəyirmi masa,  14 dəfə təlim və seminar, 5 dəfə TV nüzakirələri, 2 dəfə radio müzakirələri təşkil olunub. Bundan əlavə, dövr ərzində Mərkəzin İctimaiyyətlə əlaqələr departamenti tərəfindən müxtəlif fəaliyyətlər üzrə 21 dəfə mətbuat üçün açıqlama hazırlanaraq yayılıb, onlar çoxsaylı qəzetlərdə, İnternet saytlarında, TV və radio xəbər buraxılışlarında yerləşdirilib.
Ötən il İTM müxtəlif layihələr çərçivəsində sosial-iqtisadi sahədən yazan jurnalistlərlə əməkdaşlığı daha da genişləndirib. Mərkəz 8 jurnalistlə müxtəlif sahələrdə araşdırma xarakterli yazıların hazırlanmasında əməkdaşlıq edib.
2011-ci ildə İTM QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşçilərin sosial vəziyyətinin gücləndirilməsi məqsədilə QHT-lərdə icbari sığortanın tətbiqinin təşviqi”, Açıq Cəmiyyt İnstitutu Yardım Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulmasına yardım” layihələri çərçivəsində 100-dən yuxarı QHT ilə əməkdaşlıq edib. Layihələr çərçivəsində QHT-lərə effektiv xarici əlaqələrin qurulması sahəsində yardım göstərən iki aylıq məsləhət xidməti yaradılıb, QHT rəhbərləri, mühasibləri və menecerləri üçün  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mexanizmi və sairlə bağlı metodiki seminar  təşkil edilib.

2012-ci ildə İTM-in vətəndaş cəmiyyəti institutları ilə əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, İTM vətəndaş cəmiyyəti institutlarına qeydiyyat və iqtisadi problemlərin həllində dəstək göstərilməsini nəzərdə tutan layihənin icrasına başlayıb. “Hüquqi vasitələrdən  istifadə edilməklə və  geniş vəkillik təşkil olunmaqla   vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək” adlı layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Marşall Fondu tərəfindən maliyyələşdirilir. İTM həmçinin ötən ilin sonlarında Avropa Komissiyasının dəstəyi ilə “Analitik mərkəzlərin siyasət qərarlarının qəbulunda rolunun gücləndirilməsi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması” layihəsinin icrasına da start verib. Bu layihələr çərçivəsində Mərkəz yerli QHT-lərin və beyni mərkəzlərinin inkişafına ciddi töhfələr vermək niyyətindədir.

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda