Home Tədbir Dəyirmi masa İqtisadi Tədqiqatlar Mərkəzi və Avropa İttifaqı Azərbaycanda yerli beyin mərkəzləri üçün yeni layihənin icrasına başlayır

İqtisadi Tədqiqatlar Mərkəzi və Avropa İttifaqı Azərbaycanda yerli beyin mərkəzləri üçün yeni layihənin icrasına başlayır

İqtisadi Tədqiqatlar Mərkəzi xarici tərəfdaş Açıq Cəmiyyət üçün İctimai Birliklər Assosiasiyası (PASOS) və yerli tərəfdaş “Kamil Vətəndaş” İctimai Birliyi ilə əməkdaşlıq şəraitində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin səmərəliliyinin yüksəldilməsi” layihəsinin icrasına başlayır.  Layihə 24 ay ərzində Bakı, Gəncə və Səkidə həyata keçiriləcək. Layihənin məqsədi yerli analitik mərkəzlərin siyasət qərarlarının qəbuluna təsirini artırmaqdır. Buna xarici təlimçilər tərəfindən həyata keçiriləcək analitik mərkəzlərin ekspertlərinin qabiliyyət və bacarıqlarının artırılmasına yönələn təlimlər, eləcə də Avropa İttifaqındakı ən yaxşı təcrübələrin paylaşılması vasitəsi ilə nail olunacaq. Layihənin ali məqsədi Azərbaycanda qeyd olunan vasitələrlə siyasət qərarlarının qəbulunu inhisarlaşmadan azad etməyə töhfə verməkdir. Layihənin icrası zamanı aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər həyata keçiriləcək:
•    Azərbaycanda 18 qeyri-hökumət analitik mərkəzin institutsional inkişafına nail olunması və tədqiqat qabiliyyətlərinin artırılması;
•    Ölkədə siyasət qərarlarının qəbulunda məlumatlı və məsuliyyətli analitik mərkəzlərin iştirakının gücləndirilməsi.   
Layihənin həyata keçirilməsi nəticəsində tədqiqat institutları arasında rəqabət yüksələcək, onların Azərbaycanın siyasət quruculuğunda iştirakının keyfiyyəti artacaq. Layihə müddətində 18 qeyri-hökumət beyin mərkəzinin institutsional və tədqiqat qabiliyyətinin artırılması ilə yanaşı, onların aidiyyəti qurumlar (xüsusi olaraq mərkəzi hökumət və media) arasında əməkdaşlıq modeli qurulacaq.
Əlavə məlumat üçün layihənin koordinatoru Samir Hüseynovla aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz: tel: (+99412) 4651847,
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda