Home Tədqiqat Hazırki tədqiqatlar “Kollektiv danışıqların aparılmasında və müqavilələrin bağlanmasında həmkarlar orqanlarının rolu” layihəsi

“Kollektiv danışıqların aparılmasında və müqavilələrin bağlanmasında həmkarlar orqanlarının rolu” layihəsi

İqtisadi Tədqiqatlar Mərkəzi Almaniyanın Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə “Kollektiv danışıqların aparılmasında və müqavilələrin bağlanmasında həmkarlar orqanlarının rolu” layihəsini həyata keçirir. Layihə Bakıda, Şəkidə və Gəncədə həmkarlar təşkilatlarının üzvləri üçün kollektiv danışıqların aparılması, müqavilələr və sazişlər bağlanması mövzusunda  seminarların keçirilməsini nəzərdə tutur. Seminarlarda əmək münasibətlərinin tənzimlənməsi prosesinin iştirakçıları arasında hüquqi normaları müəyyənləşdirən kollektiv müqaviləyə sosial əməkdaşlıq aktı və əmək müqaviləsinin xüsusi forması kimi yanaşılmasından, kollektiv müqavilələrin təsərrüfat subyektlərində və onların stuktur bölmələrində yerinə yetirdiyi funksiyalardan, müqavilə bağlanarkən tərəflərin, xüsusilə də həmkarlar orqanlarının öhdəliklərindən , tərəflər arasında danışıqların aparılması qayda və prinsiplərindən söhbət açılır.

Layihə çərçivəsində “Kollektiv danışıqlar, müqavilələr və sazişlər. Əmək kollektivləri və həmkarlar təşkilatlarının üzvləri üçün Bələdçı” nəşr olunub.
Oktyabrın 19-da layihə çərçivəsində Bakı şəhərində ilk seminar keçirilib. Seminarda Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqına daxil olan ilk  həmkarlar təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri  İTM-in icraçı direktoru Qalib Toğrul açıb. O, layihənin əsas məqsədi, görülən və görüləcək işlər və əldə olunan nəticələr barədə iştirakçıları məlumatlandırıb. Sonra “Azərbaycanda əmək münasibətlətində sosial dialoq, onun rolu, məqsədləri  və  üstünlükləri” mövzusunda  təqdimat etmək üçün soz İTM İdarə Heyətinin üzvü, layihə eksperti Fuad Rəsulova verilib. Təqdimatda əmək münasibətləri sistemində sosial dialoqun yeri, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, həmkarların fəaliyyətini  tənzimləyən əsas milli qanunvericilik aktları, Azərbaycanın Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığı barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan BƏT-ə 1992-ci ildə üzv olub və indiyədək bu təşkilatın əmək hüquqlarının müdafiəsinə, işçilər, işəgötürənlər və həmkarlar təşkilatları arasında müqavilə münasibətlərini tənzimləməyə yönəlik 54 konvensiyasına qoşulub. Bu konvensiyalara uyğun hazırlanmış milli əmək qanunvericiliyi  işçilərin işəgötürənin razılığını almadan, könüllülük prinsipləri əsasında istənilən müəssisədə həmkarlar təşkilatı yaratmasına, özlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni maraqlarını qorumaq üçün müvafiq həmkarlar təşkilatlarına daxil olmasına və onun fəaliyyətində iştirak edə bilməsinə imkan verir.
Sonra Mədəniyyət İşçiləri Müstəqil HİRK-nın şöbə müdiri Mirzə Cəfərzadə tədbir iştirakçılarına Baş kollektiv müqavilə, onun bağlanması proseduru barədə ətraflı məlumat verib.
İTM-in eksperti Qalib Toğrul isə “Kollektiv müqavilə, onun imzalanması və tərəflərin qarşılıqlı öhdəlikləri” barədə təqdimat edib. Təqdimatda kollektiv müqavilənin bağlanması zamanı danışıqların aparılması, tələblərin formalaşdırılması , tərəflərin öhdəlikləri, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və qanunvericliyin tələbləri haqqında danışılıb. Sonra layihənin ekspertləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda