Home


“Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinə yekun vurulub

27 dekabr 2012-ci ildə Park İn hotelində İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin və Alman Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinin yekunları üzrə mətbuat konfransı keçirmişdir. Konfransa zamanı layihə çərçivəsində ötən 1 il ərzində görülmüş işlərlə bağlı mətbuata hesabat verən, layihənin əlaqələndiricisi, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu bildirdi ki, layihə 3 komponentdən ibarət idi: qanunvericiliyin təkmilləşdirilməsi (1); QHT-lərin qeydiyyatı ilə bağlı məhkəmə çəkişməsi (2); və vəkillik (3). 

Ardını oxu...
 

“Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihisənin yekunlarına həsr olunmuş Dəyirmi masa keçiriılib

Dekabrın 13-də Park Inn otelinin Füzuli zalında İqtisadi Tədqiqatlar Mərkəzinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) maliyyə dəstəyi ilə 11 iyun 2012-ci il tarixindən başlayaraq icra etdiyi “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihisənin yekunlarına həsr olunmuş Dəyirmi masa keçiriılib. Tədbirdə öncə layihənin əlaqələndiricisi Qalib Toğrul layihənin yekunları ilə bağlı hesabat verib. Layihə əlaqələndiricisi qeyd edib ki, layihə müddətində 2-si Kürdəmirdə və 2-si Göyçayda olmaqla 4 təlim və 4 tarla təcrübəsi keçirilib. Təlim və tarla təcrübələrinə adıçəkilən rayonların bələdiyyə torpaqları icarəçiləri, fermer, pay torpağı sahibləri cəl olunub. Təlimlərdə onların bilik və bacarıqları artırılıb, torpaqdan istifadə zamanı eroziyaya, şoranlaşmaya, çirklənməyə və torpaqların deqradasiyaya uğramasına qarşı aqrotexniki və qoruyucu tədbirlər barədə geniş məlumat verilib.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi beyin mərkəzləri üçün strateji planlaşdırma təlimi təşkil edib

Oktyabrın 22-24-də İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yerli vətəndaş cəmiyyəti institutları üçün “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusunda 3 günlük təlim təşkil edib. 
Təlimdə 3-ü regionlardan (Gəncə, Şəki) olmaqla 17 tərəfdaş qeyri-hökümət təşkilatının menecer və tədqiqatçılarından ibarət 22 nümayəndə iştirak edib. Təlimi Sinqapurda yerləşən “Siap Solutions Pte Ltd” konsaltinq şirkətinin icraçı direktoru Rainer Heufers aparıb. Qeyd edək ki, bu şirkət beynəlxalq səviyyədə beyin mərkəzlərinə, siyasi partiyalara, şirkətlərə və hökumət agentliklərinə strateji məsləhətvermə, ictimai-siyasi sahədə məsləhətvermə, liderlik təlimi və digər xidmətlər göstərməklə məşğuldur. Rainer Heufers həmçinin illik “ MBA Beyin Mərkəzi” proqramını həyata keçirdiyi Atlas İqtisadi Tədqiqat Fondunda baş əməkdaşdır. Proqramın 2008-ci ildən başlandığı dövrdən bu günə kimi Rainer 6 qitədə 100-dən çox beyin mərkəzinin liderlərinə təlimlər keçib və onlara strateji biznes planının hazırlanmasında və eyni zamanda onların liderlik bacarıqlarının möhkəmləndirilməsində yardımçı olub.
Təlimin açılışında İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu çıxış edərək Azərbaycanda beyin mərkəzlərinin inkişafı, bu sahədə mövcud problemlərdən danışıb. İTM-in beyin mərkəzlərinin beynəlxalq standartlara uyğun strukturlaşması istiqamətində irəli sürdüy təklifi müsbət qarşıladığı üçün Avropa İttifaqına təşəkkürünü bildirib. Q.İbadoğlu həmçinin təlimçini iştirakçılara təqdim edib.
Avropa İttifaqının nümayəndəsi Olaf Heidelbach Avropada beyin mərkəzlərinin ictimai həyatda böyük rolunun olduğunu, hökumətlərin belə mərkəzlərin rəy və tövsiyələrinə çox ciddi yanaşdıqlarını deyib:

Ardını oxu...
 

İTM “Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək” layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edib.

06 noyabr 2012

İTM ABŞ-ın Alman Marşall Fondu və Açıq Cəmiyyət İnstitutu - Budapeşt ofisinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək” layihəsi çərçivəsində “QHT-lərin iqtisadi fəaliyyəti və vergi ödənişləri”nə həsr olunmuş Dəyirmi Masa təşkil edib. Azərbaycanın yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutlarının, dövlət orqanlarının və parlament təmsilçilərinin iştirakı ilə Park Inn mehmanxanasında gerçəkləşən dəyirmi masada QHT-lərin iqtisadi fəaliyyətindən və birja əməliyyatlarından (kommersiya fəaliyyətindən) əldə etdikləri gəlirlərin vergilərə və digər məcburi ödənişlərə cəlb edilməsi sahəsində Azərbaycandakı mövcud vəziyyəti və Türkiyədəki təcrübəni əks etdirən təqdimatlar dinlənilib və bu mövzular ətrafında müzakirələr aparılıb.

Ardını oxu...
 

Kürdəmir rayonunda təlim və tarla təcrübəsi keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi 10 oktyabr 2012-ci ildə Kürdəmir rayonunda yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə torpaqları icarəçiləri, fermerlər, pay torpağı sahibləri və mütəxəssislər üçün təlim və tarla təcrübəsi keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Goyçay və Kürdəmir rayonlarında icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində təşkil olunub. 

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 3-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda