Home


Azərbaycan Dövlət Neft Fondu: böyük xərcləmələr və kəskin yoxsulluq


Qubad İbadoğlu, iqtisadçı-ekspert

 

100 milyard dollar neft pulu xərcləyən Azərbaycanın iqtisadiyyatı durumu pisləşir. Bunun başlıca səbəbi neft gəlirlərinin pis idarəolunmasıdır

Bir çox ölkələr üçün imkan rolunu oynayan neft və qaz gəlirləri Azərbaycana nə rifah, nə də demokratiya gətirməyib. Dövlətin neft fonduna 1 yanvar 2019-cu ilə qədər əsas neft yatağı olan Azəri-Çıraq- Günəşlidən (ACG) 138 milyard 209 milyon dollar vəsait daxil olub, hazırda Fondun aktivləri 38 milyard 988 mln. ABŞ dollarıdır. Nəzərə alsaq ki, aktivlərin bir hissəsi neft gəlirlərin idarəolunmasından əldə olunan gəlirlər hesabına formalaşıb, onda sual olunur ki, yalnız bir yataqdan-ACG-dən əldə edilən neft gəlirlərinin 100 milyard dollarını xərcləyən ölkə vətəndaşları bu dövdə nələr qazanıb? 

Görsənən odur ki, 100 milyard dolları xərcləyən ölkədə vətəndaşlar işsizlik, yoxsulluqdan əziyyət çəkir və əmək miqrasiyasına üstünlük verərək, ölkəni tərk edirlər. Ölkədə səhiyyə və təhsil xidmətləri əlçatan olsa da keyfiyyəti çox aşağıdır və bu sahədə yaxşı xidmət bahalıdır. Neft gəlirlərinin çox hissəsinin regionlara və infrastruktur layihələrinə xərclənməsinə baxmayaraq, nəinki ucqar, hətta mərkəzi rayonlarda yaşayanlar hələ də keyfiyyətli yol, içməli su, kanaliziya imkanlarından mərhumdurlar. Rəsmi hesabatlarda guya ölkənin 95 faizinin qazlaşdırılması qeyd olunsa da, rayonlarda yaşayış məntəqələrinin bəziləri qazla təmin olunmur, ümumiyyətlə qaz təminatı keyfiyyətsiz və fasiləli olduğuna görə xüsusilə də qış aylarında əhali bu xidmətdən xeyli şikayətdir. Digər problem isə keyfiyyətsiz dəm qazının hər il onlarla can almasıdır.
Azərbaycanda ekoloji problemlər və bundan doğan şiş xəstəlikləri də artmaqdır. Hər 100 manatında 60 manatı birbaşa neft pulları hesabına formalaşan 2019-cu ilin büdcəsindən səhiyyəyə ayrılan vəsait cəmi büdcə xərclərində 4,2 faiz, ekologiya və ətraf mühitin mühafizəsinə ayrılan vəsait isə 0,06 faiz təşkil edir. Cari ilin büdcə xərclərinin hər 100 manatından 39 manat 90 qəpiyi tikintiyə yönələcək. Sovet dövründən klassik korrupsiya mənbəyi olan tikinti xərcləri büdcə xərcləmələrində uzun illər prioritet olmasına baxmayaraq, Azərbaycan ÜDM-in artım tempinə görə ötən MDB məkanında autsayder olub.
2015-ci ildə neft qiymətlərinin ucuzlaşmasının nəticəsi olaraq bir ildə aparılan iki devalvasiyanın fəsadları hələ də iqtisadiyyatda və əhalinin həyat səviyyəsində dərin izlər buraxıb. Bundan sonra 13 bank bağlanıb, problemli borclar kəskin sürətdə artıb, hazırda 1,7 milyard manatı ötür ki bu da kredit portfelinin 14 faizini təşkil edir. Bundan əlavə adambaşına ÜDM, orta aylıq əmək haqqının dollarla ifadə olunan göstəricisiləri kəskin şəkildə aşağı düşüb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqının dollarla ifadə olunan alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən ötən 10 il ərzində ölkədə həyat səviyyəsi pisləşib. Belə ki, Azərbaycanlılar 4 il bundan əvvəllə müqayisədə hər ay 252 dollar, 10 il bundan əvvəllə müqayisədə isə hər ay 44 dollar az qazanır. Ötən il ölkədə orta aylıq əmək haqqı 318 dollar təşkil edib.
2014-cü ildə adambaşına ÜDM 7891 dollar təşkil etdiyi halda ötən il bu göstərici 4586 dollara qədər azalıb.Məhz bunun nəticəsində 2018-ci il Azərbaycan üçün Cənubi Qafqazdakı iqtisadi liderliyin sonuncu ili olub. Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan "Qlobal iqtisadi perspektivləri"ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq. Adambaşına düşən ÜDM göstəricinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. 100 milyard dollardan çox neft pulunu xərcləyən Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq.
Azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də Gürcüstan və Ermənistandan geri qalması neft gəlirlərinin pis idarəçiliyinin və korrupsiyanın nəticəsidir.
Neft gəlirlərinin idarəçiliyində başlıca rol oynayan Dövlət Neft Fondu bu il belə acınacaqlı göstəricilərin fonunda 20 illik yubileyinə hazırlaşır. Ötən il ərzində müşahidə olunan yüksək neft qiymətləri hesabına yalnız AÇG yatağından 9 milyard 720 mln. ABŞ dolları qazanan Neft Fondunun cari il üçün maliyyə vəziyyəti neftin dünya bazar qiymətlərindən asılı olacaq. Bu il üçün Fondun büdcəsinin gəlirləri 15 450 149,7 min manat (9 088 323,3 min ABŞ dolları), xərcləri isə 11 595 238,4 min manat (6 820 726,3 min ABŞ dolları) məbləğində təsdiq edilib. Bu zaman dünya bazarında Azərbaycan neftinin hər barrelinin qiyməti 60 dollar götürülüb. Hazırda neft qiymətləri 60 dolların altındadır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə bu il üçün orta qiymətin 55 dollar olacaq. Amma buna baxmayaraq, hətta qiymət 60 dollar olsa belə Azərbaycanda bu il əvvəlki illə müqayisədə neft gəliləri 1 milyard dollaradək azalacaq. Bunun başlıca səbəbi hasilatında da azalmasıdır. Ötən ilki neft hasilatını ondan əvvəlki il səviyyəsində saxlamağa müvəffəq olsalar da bu il ona nail ola bilməyəcəklər. Beləliklə də gözlənən odur ki, neft gəlirləri azalsa da korrupsiya miqyasları genişlənir, azadlıqlar daha məhdudlaşdırılır. Odur ki, nə qədər bu problemlər mövcuddur, bir o qədər də Azərbaycanlıların müstəqillik qazanandan bəri ürəyində qalan arzuları gerçəkləşməyəcək. Bir zamanlar bu ölkədə hamı hesab edirdi ki, əgər sərvətlərimizin sahibi özümüz olsaq, ölkəmiz Qafqazın İsveçrəsi olacaq. Müstəqilliyin bərpasından 27 il ötsə də Azərbaycanda xalq hələ də neft sərvətlərinə sahiblik edə bilmir, ona da milyonlar səltənəti yoxsullar ölkəsinə çevrilir.

 

2018-ci ilin iqtisadi yekunları və gələn ildən gözləntilər

Qubad İbadoğlu,

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

Yola saldığımız il iqtisadiyyat sahəsində bir sıra hadisələrlə yadda qalan olub. Onlar arasında diqqəti daha çox çəkənlərə nəzər salaq.
Əvvala qeyd edək ki, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin 2 faizlik artım proqnozu özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin 11 ayında ölkədə ÜDM 1 faiz artıb,

 o cümlədən qeyri-neft ÜDM-i 1,3 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempi 2,4 faiz qeydə alınmışdı.Odur ki, ÜDM kontekstində 2 məsələ diqqəti çəkir.
1. Bu il üçün iqtisadi artım proqnozlaşdırılandan az gözlənilir. Belə ki, 2018-ci il üçün Azərbaycanda ÜDM-in artımını Dünya Bankı və BMT 1,8 faiz, Beynəlxalq Valyuta Fondu isə 1,3 faiz, rusiya mənbələri (İnterfaks və dig

ərləri) 2 faizlik iqtisadi artım proqnozlaşdırırdılar.

2. Cari il üçün qeyri-neft ÜDM-in artım tempinin əvvəlki illərlə müqayisədə aşağı düşməsi bu sahədə problemlərin davam etməsinin göstəricisidir. Baxmayaraq ki, bu il ərzində qeyri-neft ÜDM-in artım tempini saxlamaq üçün xeyli təşəbbüslər olub və dövlət tərəfindən sərmayələr ayrılıb.
Təbii ki, qeyri-neft ÜDM-in artım tempinin aşağı düşməsi ixracat səbətində bu bölmənin məhsullarının payının azalmasını da şərtləndirib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 1,7 faiz, faktiki qiymətlərlə 10,9 faiz artıb. Halbuki, 1 il bundan əvvəl eyni dövr üzrə müqayisədə artım göstəriciləri mü

 Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun, Masallı Sənaye Məhəlləsinin açılışı olub. Bu il bütövlükdə qeyri-neft sənayesi üçün uğurlu olub. Bu sahədə artım 9,1 faiz təşkil edib. Kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalında isə 6,6 faiz artım qeydə alınıb. 
2018-ci il Azərbaycanın xaricdə ticarət evi, şərab evi layihələrinin reallaşdırılması sahəsində də irəliləyişlə də fərqlənib. Yola saldığımız il ərzində Riqa və Varşava şəhərlərində "Azərbaycan Ticarət Evi"nin, Çin Xalq Respublikasının Urumçi və Şanxaq şəhərlərində “Azərbaycan Şərab Evi”nin açılışı olub. 
2018-ci ildə Azərbaycanın xaricdə yatırdığı sərmayələr hesabına inşa olunan Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib. 
2018-ci həm də tarixdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında “Xəzər dənizinin statusuna dair Konvensiya”nın imzalanması ilə də qalıb.
2018-ci ildə uzun illərdən bəri gözlənilən neft gəlirlərinin idarə olunması üçün fiskal qaydalar qəbul eilsə də onun dünya bazarında xam neftin qiymətindən birbaşa asılığı, eləcə də manipulyasiya imkanları bu dəyişiklikdən olan gözləntinin səviyyəsinə mənfi təsir edib. Amma bütün bunlara baxmayaraq 2019-cu ilin büdcəsi fiskal qaydalar əsasında qəbul edilib. Gələn il büdcə müzakirələrinin ən qısa tarixi də bu ilə təsadüf edib. İl həmçinin büdcə paketinin parlamentə təqdimatının gecikməsi, eləcə də parlament üzvlərinin təkliflərinin hesabına büdcədə cüzi dəyişikliklərin aparılması ilə seçilib. Növbəti ilin büdcə paketi ilə birlikdə təqdim olunan Vergi və sosial sığorta qanunvericiliyində dəyişiklər sənədi bu il maraqla qaşılanan və indiyədək müzakirə olunan hadisələrdən hesab oluna bilər. 

vafiq olaraq 22,8 və 25,1 faiz təşkil edirdi.
İqtisadi artım tempinin aşağı düşməsinin əsas səbələrindən biri ilin ilk 11 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz azalmasıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, cari ilin 11 ayında mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 4,9 faiz artması, eləcə də dünya bazarında xam neftin qiymətinin bahalaşması neft ÜDM-nin artımında əhəmiyyətli rol oynayıb. Belə ki, yeni layihələr və AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması Azərbaycanda neft hasilatının azalmasının qarşısının alınması, eləcə də Şahdəniz -2 yatağından qaz hasilatının artımı bu sahədə pozitiv nəticələrin qeydə alınmasında əhəmiyyətli rol oynayıb.
2018-ci ilin pozitiv nəticələri müstəvisində inflyasiya səviyyəsinin 2,3 faizə qədər aşağı düşməsi və manatın dollara nəzərən məzənnəsinin sabit qalması qeyd oluna bilər. Elə bu və digər səbəblərə görə, yola saldığımız ildə 2015-ci ildən bəri ilk dəfə olaraq bank sektoru aktivlərini artırmağa müvəffəq olub. Eyni zamnda son 11 ayda bankların kredit qoyuluşlarında və depozitlərində də ötən illə müqayisədə artım qeydə alınıb. Lakin, bu artımlar fonunda bankların xalis mənfəətində kəskin azalma müşahidə olunub. Belə ki, bu ilin 10 ayına olan göstəricilərə görə bankların xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfəyədək azalıb. Bu səbəbdən xərclərini optimallaşdırmaya çalışan banklar il ərzində 50-dək filiallarını bağlayıblar.
Yola saldığmız 2018-ci ildə itirilmiş imkanlar arasında problemli kreditlər probleminin həlli ilə bağlı nə hüquqi və nə də tənzimləyici müstəvidə addımların atılmamasıdır. Elə bu səbəbdən də 2018-ci il 01 noyabr vəziyyətinə vaxtı keçmiş kreditlır 1698,6 milyon manat və ya ümumi kredit portfelinin 14 faizi səviyyəsində olub. Təəssüflə qeyd etməliyəm ki, bu problemin həlli ilə bağlı ekspertlər səviyysəində müxtəlif təkliflər irəli sürülsə də onların heç biri hökümət tərəfindən dəstəklənməyib.
2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı ətrafında müzakirələri davam edib. Bu bankın özəlləşdirilməsi gözlənilsə də bu ilin bu sahədə də irəliyə doğru addım atılmayıb. Hətta, 2019-cu ilin büdcə gəlirlərinn təhlili göstərir ki, gələn il ərzində də Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilməyəcək.
2018-ci il ərzində itirilmiş imlkanlar siyah

ısında Milli Məclis tərəfindən “Rəqabət Məcəlləsi”nin və Nazirlər Kabineti tərəfindən isə “Gəlirlərin və əmlakın bəyan edilməsi” formasının qəbul olunmamasını qeyd etmək olar. Beləliklə də yola saldığımız ildə iqtisadiyyatda inhisarçılıq meylləri güclənib, xüsusilə də digər holdinqlərin zəifləməsi hesabına “Paşa holdinq”in hökmran mövqeyi güclənib. Gəlirlərin və əmlakın bəyan edilməsi” formasının qəbul olunmaması səbəbindən isə korrupsiya əleyhinə aparılan mübarizə tədbirləri effektli olmayıb. Hətta əksinə Azərbaycan mənşəli kapital hesabına çirkli pulların yuyulması üçün beynəlxalq səviyyədə formalaşmış biznes şəbəkəsi barədə araşdırmalar göstərib ki, Azərbaycanda korrupsiya artıq qlobal miqyasda proseslərə təsir göstərmək gücünə qədər inkişaf edib. 

İl ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda Polipropilen zavodunun, inşaat kimyəviləri zavodunun, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin, “Baku Non Ferrous and Foundry

Bu ilin diqqəti çəkən hadisələrindən biri də Exxon və Şevron şirkətlərinin AÇG yatağındakı payını satışa çıxarması və 25 illik əməkdaşlıqdan sonra Azərbaycanı tərk etmək niyyətləridir. Bu hadisə Azərbaycana gələn ildən etibarən sərmayə cəlbinə mənfi təsir göstərəcək amil kimi qiymətləndirilə bilər. 

Bu ilin sonunda Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığındakı qeyri-aktiv statusunun fəaliyyətinin dayandırılması ilə əvəzlənməsi, eləcə də Böyük Britaniyada Azərbaycan mənşəli çirkli pulların yuyulmasına adı hallanan şirkətlərə və banka qarşı sansiyaların tətbiqi də ilin yaddaqalan hadisələrindən sayıla bilər.
Gələn il üçün gözləntilər sırasına inflyasiya meyllərinin güclənməsini, istehlak qiymətlərinin bahalaşmasını, manatın məzənnəsinin ucuzlaşma ehtimalının çoxalmasını, muzdlu işçilərin real əmək haqlarının artımını, neft qiymətinin ucuzlaşağı təqdirdə iqtisadiyyat və büdcənin idarəolunmasına dəyişikliklərin aparılmasını daxil etmək olar.

 

2019-cu ilin dövlət büdcəsinin 19 zəif bəndi

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu 2019-cu ilin dövlət büdcəsini təhlil edib. Həmin araşdırmanı təqdim edirik.

Milli Məclisdə büdcə “müzakirələri” başa çatdı və 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq olundu. Növbəti ildə orta illik inflyasiyanın 3,8 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 60,0 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub.
Büdcə risklərinin təhlili və makrofiskal proqnozlaşdırma, o cümlədən, iqtisadiyyatın təbii resursdan asılılıq baxımından dəyərləndirməsi nəticəsində belə məlum olur ki, 2019-cu ilin büdcəsində ən azı 19 zəif bənd mövcuddur. Zəif bəndlərin çoxalması növbəti ilin büdcəsinin keyfiyyətini, başqa sözlə xərclərin faydalılığı və onların iqtisadi artıma töhfəsini aşağı salır. Həmin bəndləri aşağıdakı kimi təsnifləşdirmək olar.

1) Azərbaycanda büdcə danışıqları aparılmır. Builki büdcə müzakirələri bir daha təsdiq etdi ki, Azərbaycanda büdcənin təşkili və müzakirəsi parlamentin işi deyil, icra hakimiyyəti daxilində olan bir qrupun inhisarındadır. Hələ də dövlət büdcənin tərtibi Maliyyə Nazirliyi və Prezident Adminstrasiyasının tam nəzarətindədir, bu prosesdə ayrı-ayrı sahə və xətti nazirliklərin, eyni zamanda büdcədən maliyyələşən digər dövlət orqanlarının iştirakı da məhduddur. Onlar demək olar ki, büdcə danışıqlarında iştirak etmirlər. 
2) Parlamentin büdcə prosesində rolu nominal xaraakterlidir. Parlamentdə bu ilki büdcə müzakirəsi əvvəlki illərdəkindən fərqli olmadı. Əksinə ötən ildən fərqli olaraq bu il büdcə parlamentə gec təqdim olundu və tez qəbul olundu. Yenə də gözlənildiyi kimi, parlament müzakurəsindən sonra büdcədə kosmetik dəyişikliklər edildi. 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya təsdiq olunmuş gəlirlərin 1,1 faizi, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat və ya təsdiq olunmuş xərclərin 1,6 faizi qədər artırıldı. Əslində, bu göstəricilər parlamentin büdcə işində rolunu xarakterizə etmək üçün kifayət edir. 
3) “Nəticə əsaslı büdcə” hələ də tərtib olunmur. 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi proqramlar üzrə kodlaşdırma və təsnifat olmadan müzakirəyə çıxarıldı. Proqramlarla nəticələrə və onların ölçülməsinə hesablamnış büdcə işi Azərbaycanda hələ də qurulmayıb. Odur ki, büdcə xərclərinin səmərəliliyi ildən-ilə aşağı düşür, onun ölçülməsi üçün indikatorlar işlənilmədiyindən monitorinqlər aparılmır. Bu isə birbaşa büdcənın xərclənməsində icraçı təşkilatların rolunu və fəaliyyətini qiymətləndirməyə imkan vermır. 
4) Yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə demək olar ki, məhdudiyyət qoymur. Belə ki, 29 iyul 2018-ci il tarixdə ““Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 11-1.2. maddəsində ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilmişdir. Bu isə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hələ də yüksək qalmasını şərtləndirir. Belə ki, 2019-cu ilin qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 30,8 faiz proqnozlaşdırılıb. Kəsirin yüksək olması uzun illər davam edən protsiklik siyasətin nəticəsidir. 
5) Büdcədə neftin hər barelinin qiyməti optimist senariyə əsaslanır, real deyil. 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı neftin qiymətinin dünya bazarlarında ucuzlaşması müşahidə edilirdi. Dekabrın 1-ə olan məlumata görə, dünya bazarlarında Azərbaycan neftinin uyğun gəldiyi Brent markalı xam neftin 1 barelinin qyməti 59.46 dollar olub. Odur ki, 2019-cu il üçün 60 ABŞ dolları səviyyəsinin qəbulu optimist yanaşmadır. Əslində büdcə tərtib olunarkən xam neftin 1 barelinin qyməti bir neçə qiymət senarisi üzrə proqnozlaşdırılmalıdır ki, xarici şoklardan sığortalanmaq, riskləri idarə etmək mümkün olsun.
6) Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyildir. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payının son illər ərzində (2017-ci ildə 62,8% təşkil edib) artmasına baxmayaraq, büdcə gəlirlərində qeyri-neft sektoru hələ də aparıcı mövqeyə malik deyil. Bunu postsovet ölkələri ilə müqayisədə daha aydın görmək olur. Belə ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi proqnozlaşdırılıb ki, belə olan halda da 2019-cu ildə Azərbaycanın qeyri-neft büdcəsi hər adama 551 dollar təşkil edəcək. Halbuki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama 1000 dollar proqnozlaşdırılıb. Keçmiş SSRİ-nin neft və qazla zəngin olan ölkələri ilə müqayisədə də fərq aydın görünür. Belə ki, 2019-cu ildə Rusiyanın büdcə gəlirləri 296 mlrd. dollar və hər adama 2050 dollar, Qazaxıstanın büdcə gəlirləri 31,5 mlrd. dollar və hər adama 1711 dollar olduğu halda, Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar və hər adama 1377 dollar gözlənilir. 
7) Büdcənin neft gəlirlərindən asılılığı artır. Büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır. Belə ki, növbəti il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 49,1 faizi Dövlət Neft Fondundan daxilolmaların, 31,9 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 15,1 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 3,9 faizi isə digər mənbələrin payına düşür. Vergilər Nazirliyinin büdcə gəlirlərinin formalaşmasında payı 2015-ci ildəki 40,7 faizdən növbəti ildə 31,7 faizə qədər azalacaq. 
8) Büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə artır. Hesablama Palatasının hesablamalarına görə, hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 1,8 min manat, 2018-ci il üzrə 2,1 min manat olub, bu göstərici 2019-cu il üçün 3,1 min manat proqnozlaşdırılır. Eləcə də Gömrük Komitəsinin hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına xərcləmələri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 3,0 min manat, 2018-ci il üzrə 3,6 min manat olub, 2019-cu il üçün xərclərin 3,8 min manat qədər artımı gözlənilir. 
9) DHF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasət yoxdur. 2014-cü ildən 2018-ci ilədək azalan transferlərin cari ildəki artımı növbəti ildə də davam edəcək. Belə ki, bu ilin büdcəsində DNF-nin transferləri 10.995 milyon manat gözlənilir, gələn il üçün isə 11.364 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir, gələn ilin büdcəsində DNF-nin transfertlərinin payı 50 faizə yaxın olacaq, bundan əlavə ADRNŞ-nin və ABƏŞ-in ödənişləri hesabına büdcədə neft gəlirlərinin həcmi 13.700 milyon manata çatacaq ki, bu da cəmi gəlirlərin 59,1 faizidir.
10) Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsi yenə də aşağıdır. 2019-cu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı 3,2 faiz olacaq. 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə regionlar arasında (işğal altında olanlar istisna olmaqla) artımlar əsasən Sumqayıt, Gəncə və Şirvan şəhərləri, Abşeron, Neftçala, Salyan, Astara, Ağcabədi, Göyçay, Bərdə və Qazax rayonları üzrə, azalmalar isə Bakı şəhəri, eləcə də Sabirabad, Ucar, Goranboy və Göygöl rayonları üzrə proqnozlaşdırılıb.
11) Büdcədən rayonlara dotasiyalar artır. Gələn il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxarı həddi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, bu göstərici cari illə müqayisədə 33471,0 min manat və ya 47,4 faiz çox olmaqla 104046,0 min manat proqnozlaşdırılıb. Həmin məbləğin yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə həmin göstəricidən 2,6 faiz bəndi çoxdur.
12) Qeyri-neft büdcə gəlirləri azalır. Qeyri-neft sahələrindən daxilolmalar 2015-ci ildə 5028,5 milyon manat, 2016-cı ildə 5405,6 milyon manat, 2017-ci ildə 5189,5 milyon manat olduğu, 2018-ci ildə 5 milyard manat gözlənildiyi halda, gələn il bu mənbədən dövlət büdcəsinə daxilolmalar 4980 milyon manat proqnozlaşdırılıb. Halbuki, 2015-ci ildən indiyə qədər qeyri-neft ÜDM-nin artımı müşahidə olunur.
13) Büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2019-cu ilin büdcəsində cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempini 4,6 faiz bəndi üstələməsi gözlənilir. 2019-cu ildə bütün mənbələrdən qeyri-neft gəlirləri 9217,2 milyon manat proqnozlaşdırılır ki, bu da cari xərclərin 93,2 faizini təşkil edir. Bu isə o deməkdir ki, neft gəlirlər nəzərə alınmadan formalaşan büdcə cari xərcləri belə tam maliyyələşdirməyə çatmır.
14) Büdcənin borclara xidmət öhdəlikləri artır. 2019-cu ildə dövlət daxili borcu üzrə ödəniş məbləği 2018-ci illə müqayisədə 67,3 faiz, dövlət xarici borcuna xidmət xərci isə cari ilin göstəricisindən 0,2 faiz çox proqnozlaşdırılıb. Gələn il üçün nəzərdə tutulan büdcə xərclərinin 10 faizə qədəri daxili və xarici borcların ödənilməsinə yönəldiləcək. Məlumat üçün qeyd edim ki, daxili dövlət borcu üzrə proqnozlaşdırılmış ödənişlərin 90 faizi faiz ödənişləri, xarici borc üzrə məbləğin 72,2 faizi isə əsas borc üzrə ödənişlərin payına düşür. 
15) Büdcə xərclərinin bölgüsü ədalətsizdir. 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyət və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək. 
16) Büdcə xərclərinin yarıya qədərinin açılışı yoxdur. Növbəti ilin büdcəsində 27,6 faiz xüsusi çəkiyə malik olan sənaye, tikinti və faydalı qazıntılar, 12,6 faiz paya malik olan müdafiə, 6,3 faiz xüsusi çəkisi olan əsas bölmələrə aid edilməyən xidmətlərin, 1,2 faiz payı olan iqtisadi fəaliyyət xərclərinin nə iqtisadi, nə də funskional təsnifatı var. Bu isə o deməkdir ki, büdcə xərclərinin 47,7 faizi qapalıdır. Bu barədə nəinki ictimaiyyət, hətta parlament üzvləri belə məlumatlı deyil. 
17) Gələn ilin büdcəsi inflyasiya yaradacaq. Gələn ilin büdcəsində mədaxil mənbələri üzrə mütləq ifadədə əsas artımlar Dövlət Neft Fondundan sonra aksizlərə (201 milyon manat), hüquqi şəxslərin mənfəət (gəlir) vergisinə (137,4 milyon manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalara məxsus olacaq. Növbəti ilin büdcəsində faiz ifadəsində isə dövlət rüsumu üzrə 33,8 faiz, aksizlər üzrə 27,7 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 25,6 faiz artım nəzərdə tutulub. Göründüyü kimi gələn ilin büdcəsində artımı təmin edən qeyri-neft gəlirləri əsasən istehlakçıların xərclərinin çoxalması sayəsində proqnozlaşdırılıb. Bu isə, xüsusilə də idxal mallarının qiymətlərinin bahalaşması zamanı mümkündür. Odur ki, gələn il inflyasiyanın 3,8 faiz olması real deyil.
18) Qapalı büdcə korrupsiyanın həcmini yüksəldəcək. Növbəti ilin büdcə xərclərinin 47,7 faizinin qapalı olması, nə iqtisadi, nə də funksional təsnifatın parlament müzakirəsinə çıxarılmaması, büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız istifadəsi korrupsiya risklərini artırır. Qapalı xərclər arasında 6,8 milyard manatlıq investisiya büdcəsində korrupsiya riskləri daha yüksək qiymətləndirilir. 
19) Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb. Dünya bazarında neftin qiymətinin gələn ildən gözlənilən ucuzlaşması 2019-cu ilin büdcəsinə ARDNŞ və ABƏŞ tərəfindən ödənişlərə mənfi təsir göstərə bilər. Aşağı qiymətlərlə yanaşı neft hasilatında gözlənilən azalma DNF-nin büdcəsində kəsirin yaranmasına gətirib çıxara bilər. 2019-cu ilin büdcəsi bu tip neqativ təsirlərə məruz qala bilər.

 

Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq müakirə olunub

17 avqust 2018-ci il tarixində Oğuz şəhərində bələdiyyələr üçün “Bələdiyyə xidmətlərinin göstərilməsində şəffaflıq və bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları” adlı təlim keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Açıq Hökumət Təşəbbüsü ilə bağlı İkinci Milli Fəaliyyət Planında bələdiyyələrlə bağlı nəzərdə tutulan öhdəliklərdən danışıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul isə bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsini təmin etmək üçün müvafiq qanunvericiliyin tələbləri – vakansiyalara barədə elanın verilməsi, müsabiqə komissiyasının yaradılması, test suallarının tərtibi, müsahibənin təşkili, namizədlərin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi və müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi barədə bələdiyyə üzv və qulluqçularına ətraflı məlumat verib. Onlara konkret formalarla işləmək bacarıqları öyrədib.
Təlimin ikinci hissəsində bələdiyyə üzv və qulluqçularını etik davranış normaları, qanunvericiliyin tələbləri, etik davranış meyarlarının hər biri barədə məlumat verilib və konkret misallar vasitəsilə sadə izahlar təqdim edilib.
Təlimin sonunda təlim iştirakçılarının mövzu ilə bağlı bilik və bacarıqlarının mənimsənilməsi vəziyyətinin yoxlanılması məqsədilə onlara tapşırıqlar verilib və nəticələr birlikdə müzakirə edilib.

 

Hollandiya xəstəliyi geri qayıdır

Bu ilin 9 ayında əvvəlki ilə nisbətən Dövlət Neft Fondunun gündəlik gəlirləri 20 milyon, aylıq gəlirləri isə 600 milyon manatdan çox artıb.

DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib.

Fond vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub.

Dövlət Neft Fondu (DNF) bu ilin 9 ayı ərizndə əldə etdiyi gəlirlər və xərcləmələri barədə açıqlama yayıb. Məlum olub ki, DNF-nin büdcə gəlirləri son 9 ayda 14 milyard 437,2 milyon manat, büdcə xərcləri isə 8 milyard manat təşkil edib. Bu isə o deməkdir ki, DNF-nin orta hesabla aylıq gəliri 1,6 milyard manat, gündəlik qazancı isə 53 milyon manat olub. Bu gəlirlərin 93 faizindən çoxu və ya 13 milyard 441,6 milyon manatı 2018-ci ilin yanvar-sentyabr ayları ərzində neft və qaz sazişlərinin icrasından daxil olub. Yerdə qalan 7 faizə qədəri və ya 995,6 milyon manatını ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər təşkil edib.

DNF-nin bu ilin 9 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz və 5 milyard 643,8 milyon manat çox olub. Bu isə o deməkdir ki, bu ilin 9 ayında DNF-nin aylıq gəlirləri əvvəli ilin eyni dövrü ilə müqayisədə 600 milyon manatadək, gündəlik gəlirləri əvvəli ilə nisbətən 20 milyon manatdan çox artıb. Bunun başlıca səbəbi dünya bazarındakı yüksək neft qiymətləridir.

Hesabat dövrü ərzində DNF 7 milyard 788,0 milyon manat vəsaiti və ya cəmi xərcləmələrinin 97,35 faizini dövlət büdcəsinə transfert edib. Bununla yanaşı, bu ilin 9 ayında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 milyon manat vəsait, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 5 milyon manat vəsait yönəldilib.

Dövr ərzində DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq görə xərci 968,7 milyon manat təşkil edib. Bu daha çox avro, funt sterlinq, türk lirəsi, rus rublu və valyuta səbətində olan digər valyutaların məzənnəsində baş verən dəyişikliklərlə əlaqədardır.

Dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması səbəbində 2018-ci il oktyabrın 1-ə DNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə 8,88% artaraq 38 milyard 987,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımında pozitiv tendensiya əsasən dünya bazarında neftin qiymətinin bahalaşması hesabına təmin olunub. Lakin, bununla yanaşı, DNF dövr ərzində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərinin 178,9 milyon manata qədər artımına müvəffəq olub. Hesab edirəm ki, bu Fondun yeganə nailiyyəti hesab oluna bilər.

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 16-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda