Home

Tədqiqat hesabatı



“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2, 2.4, 4.2, 5.6 və 6.2-ci bəndlərinin icrası vəziyyətinin qiymətləndirilməsi əsasında hazırlanmış MONİTORİNQ HESABATI

Monitorinq hesabatında 22.2 (İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi), 2.4 (Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi), 4.2 (İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi), 5.6 (Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi) və 6.2-ci (Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması) bəndlər  üzrə öhdəliklərin icrası qiymətləndirilmişdir. Qiymətləndirmə məqsədilə monitorinqə Mili Fəaliyyət Planının (MFP) icrasına məsul olan 80 yerli icra hakimiyyəti və 23 mərkəzi icra hakimiyyəti orqanı cəlb edilmişdir.

 

Hesabatı yüklə

 

 

“Özünədəstək” - Birdəfəlik ünvanlı dövlət sosial yardımı Proqramının səmərəliliyinin qiymətləndirilməsi

Siyasət sənədində aztəminatlı ailələrin cəmiyyətə adaptasiya olunması məqsədi ilə inkişaf etmiş Avropa ölkələrinin və ABŞ-ın həyata keçirdiyi sosial reabilitasiya tədbirlərinin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, Azərbaycanda icra olunan “Özünədəstək” birdəfəlik sosial yardım proqramına oxşar texnologiyanı həyata keçirmiş Rusiya təcürbəsi araşdırılıb. Hazırda ölkəmizdə pilot layihə şəklində 13 rayonda 271 ailəni əhatə edən “Özünədəstəy”in prinsipləri, funksiyaları, meyarları, bu texnologiyadan gözlənilən nəticələr geniş şəkildə əhatə olunub. Sənəddə “Özünədəstək” texnologiyasının səmərəliliyinin qiymətləndirilməsi məqsədilə Xaçmaz rayonunun 22 kəndində 31 ailə arasında və Bakının Nizami rayonunda 20 ailə arasında keçirilmiş monitorinqin nəticələri də əks etdirilib.

Hesabatı yükləmək üçün tıklayın.

 

Azərbaycanda neft və qaz gəlirlərinin idarə olunması Azərbaycanda gəlirlərin idarə olunmasına dair siyasət sənədi

Bu siyasət yazısı ABŞ-ın Gəlirləri İzləmə İnstitutunun (RWI) maliyyə və metodiki dəstəyi ilə “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən 2012-ci ildə icra olunan “Azərbaycan və Qazaxıstanda Neft Gəlrilərinin İdaəredilməsi Layihəsi” çərçivəsində hazırlanıb.

Ardını oxu...
 

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub

“Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqi üzrə yekun hesabatın Noyabır ayının 22-də təqdimatı olub. Təqdimatda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər əlaqədar hökumət orqanlarının, Milli Məclisin təmsilçiləri, Şəffaflıq Naminə Tərəfdaşlıq Platformasının üzvləri, yerli və xarici QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və mətbuatın nümayəndələri iştirak edib.

Ardını oxu...
 

“Elektron bələdiyyə inkişaf konsepsiyası”

Bələdiyyələrin elektronlaşması hesabatlılıq, şəffaflıq və yerli özünü idarəetmədə ictimai iştirakçılığı təmin edəcək əsas şərtlərdən sayılır. Bundan əlavə elektronlaşma ilə bələdiyyələrin ön və arxa ofislərinini işinin təkmilləşməsi, səmərəliliyin artırılması və insan amilinini minimuma endirilməsi mümkündür. Tədqiqatlar göstərir ki, elektronbələdiyyə aşağıdakı funksiyaları əhatə edir:

1) Elektron-təşkilat: bələdiyyənin daxili idarəetməsində effektivlik və səmərəlilik;

2)Elektron-servis: xidmətlərin həyata keçirilməsi zamanı (xarici) effektivlik;

3) Elektron -partnyorluq: ictimaiyyət və biznes sektoru ilə işləyərkən effektivlik;

4) Elektron -demokratiya: əhalinin qərar qəbuluetmə prosesində iştirakı.

 

Yekun konsepsiyanı yükləyin

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 1 > 2-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda