Home

Kənd təsərrüfatında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı əsaslı dəyişiklik nə vəd edir?

Qalib Toğrul,

iqtisadçı ekspert

 

Prezident “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri dünən təsdiqlədi. 1 maydan qüvvəyə minən dəyişikliklər 2 hissədən ibarətdi.

Birincisi, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların siyahısına – bura kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının, əlvan və qara metal qırıntılarının, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların və işlənmiş şinlərin qəbulu daxil idi - xam dərinin tədarükü (alışı) da əlavə edildi.

“Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulur ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Artıq xam dəri tədarükü ilə məşğul olanlara aylıq 15 min və 30 min manatlıq nağd limit tətbiq edilməyəcək. Onlar aldıqları xam dərinin dəyərini limitsiz şəkildə nağd ödəyə biləcəklər.

Mən əsas diqqəti ikinci dəyişikliyə yönəltmək istəyirəm: “Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.”

Dəyişkliyi izah etmək üçün əvvəlcə mövcud şəraitə nəzər salaq. Bu gün kənd təsərrüfatında kütləvi şəkildə görülməsi tələb olunan işlərdə (alaqvurma, pambıq, tütün, çuğundur, üzüm, kartof və meyvə yığımı və sair) çalışanlarla əmək müqaviləsi bağlanılmır. Əmək müqaviləsinin bağlanılmaması isə həmin işçilərin bir çox təminatlardan, normal iş şəraitindən, sabit əmək haqqıdan, tarlada bədbəxt hadisə baş verəndə və ya peşə xəstəliyinə tutulanda sığorta ödənişindən, əmək məzuniyyətindən və digər sosial məzuniyyətlərdən və digər təminatlardan (təminatlar siyahısı uzundur) mərhum olması deməkdir.

Kənd təsərrüfatı sektorunda işçi ilə əmək müqaviləsi bağlanılmamasının çox səbəbi var. Onun ən birincisi, kənd təsırrüfatı istehsalçılarının qeydiyyatının (uçotunun) olmamasıdır. Bu geniş mövzu olduğundan ayrıca statusla bu məsələyə geniş toxunacam. Mövzudan yayınmayaq.

Yeni dəyişikliklərdən sonra vergidə qeydiyyatı olan kənd təsərrüfarı istehsalçılarının (söhbət iri fermer təsəsrrüfatlarından gedir ki, onların da əksəriyyəti məmurlara bağlıdır) işçilərlə əmək müqaviləsi bağlamamaq üçün əllərinə qanuni əsas keçir. Onlar mülki hüquqi xarakterli müqavilələr bağlayıb işçiləri mövsümi işlərə cəlb edəcək və işçi qarşısında əmək şəraiti ilə bağlı öhdəlik götürməyəcək, onları əmək məzuniyyəti ilə (Əmək Məcəlləsinə görə, mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilməlidir) təmin etməyəcəklər. Bunlar məsələnin pis tərəfləri.

Ancaq məsələnin yaxşı tərəfləri də var. Bu da ondan ibarərtdir ki, pis-yaxşı kənd təsərrüfatı istehsalçıları ilə çalışanlar arasında münasibətlər rəsmiləşəcək. Mülki hüquqi xarakterli müqavilə bağlayan vergi ödəyicisinin aşağıdakı 2 əsas öhdəliyi var:

1. “Dövlәt sosial sığorta sistemindә fәrdi uçot haqqında” qanunun 5.1, 5.2 və 7.7.3-cü maddәlərinә әsasәn, kənd təsərrüfatı istehsalçıları mülki hüquqi xarakterli müqavilә bağlayaraq mövsümi işə cəlb etdikləri şəxslərə bir ay müddәtindә sosial sığorta şәhadәtnamәsi alınması (sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılması) üçün DSMF-yə müraciәt etməlidir. Əgər həmin işçilərin sosial sığorta şәhadәtnamәsi varsa, o halda kartı müqavilə bağladıqları kənd təsərrüfatı istehsalçısına təqdim etməlidirlər. Çünki həmin şəxslərə ödənilən məbləğdən 25% məcburi dövlət sosial sığorta haqqı tutulacaq ki, bunu da kənd təsərrüfatı istehsalçısı həyata keçirəcək.

 

2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 3.1-ci maddəsinə əsasən, mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər kənd təsərrüfatı istehsalçısı tərəfindən icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Bu ona görə laızmdır ki, sabah tarlada başına bədbəxt hadisə gələn bu cür işçilər müvafiq sığorta ödənişləri ala bilsinlər.

Sonda mülki müqavilə bağlayıb mövsümi işlərdə çalışanlara bir daha səslənirəm. Fermerdən tələb edin ki, Sizə sosial sığorta şəhadətnaməsi alsın və Sizi bədbəxt hadisədən icbari sığorta etdirsin. Bu, qanunla onun vəzifəsi, Sizin hüququnuzdur!

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda