Home

Korrupsiya ilə necə mübarizə aparmalı?

 Qubad İbadoğlu,

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

 

Bir sıra rayon icra hakimiyyəti başçılarının korrupsiya ittiham olunaraq həbs edilməsindən sonra Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun da eyni ittihamlarla həbs edilməsi bir sıra mətləblərə aydınlıq gətirdi. Bununla bağlı qənaətimi bölüşmək istərdi. Belə ki, indiyə qədər baş verən 5 rayon icra başçısının və mədəniyyət nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən belə məlum oldu ki:

1) Korrupsiya yalnız yerli icra hakimiyyəti orqanlarında deyil, mərkəzi icra hakimiyyəti orqanlarında da yüksək səviyyədə yayılıb.

2) Korrupsiyaya qurşanan yalnız köhnə kadrlar deyil, həm də yeni kadrlardır, deməli korrupsiya gənc və orta yaşlı olmaqla bütün yaş qruplarını əhatə edir.

3) Korrupsionerlərin əksəriyyəti hakim patiyanın ya üzvləri, ya da onların zəmanət verdikləri bitərəflərdir.

4) Korrupsiyanın nəticəsində mənimsənilən pullar dövlət büdcəsinin vsəaitlərdir. Bu, büdcədən ayrılan vəsaitlərin yerli və həm də mərkəzi icra hakimiyyəti səviyyəsində qeyri-şəffaf və açıq olmayan tenderlər vasitəsilə xərclənməsi, onların ünvanından və son təyinatından yayındırılması səbəbindən baş verir.

5) Korrupsiya faktları aşkar olunsa da, həbslər artsa da korrupsionerlər öz işlərindədir, belə mübarizə vasitələri onları dayandırmaq mümkün deyildir. Korrupsiya sistem xarakteri daşıyır, o hər yerdə yayılıb, onun qarşısını almaq sistemli və kompleks islahatlar lazımdır. Bu islahatlar yuxarıdan başlamalı, gəlirlərin və əmlakın bəyannaməsindən tutmuş ictimai iştirakçılığın artırılmasına qədər davam etməlidir.

Belə ki, gəlirlərini və əmlakını bəyan etməyən məmurlar, ictimai iştirakçılığın və hesabatlılığın formal institutlarından belə yararlanmayan dövlət orqanları həmişə korrupsiyaya qurşanacaq. Onun qarşısını həsblərlə almağın effektiv praktikası mövcud deyildir. Əslində korrupsiya qarşı gerçəkdən mübarizə aparmaq istəyən dövlət başçısı ilk növbədə gəlirlərini və əmlakını bəyan etməlidir. Lakin, bu məlumatlar nəinki müntəzəm hətta seçkidən-seçkiyə belə açıqlanmır.

Bununla əlaqədar olaraq diqqəti aşağıdakı məsələlərə cəlb etmək istərdim.
Birincisi, 29 dekabr 2000-ci il tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinin Dövlət Neft Fondu (ARDNF) haqqinda Əsasnamənin 5.4. maddəsinə görə, Fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədi ilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. 20 ildir ki, ARDNF haqqinda Əsasnamənin müvafiq maddəsində nə dəyişiklik edilir, nə də ona əməl olunmur. İndiyə qədər Fondun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunmayıb. Hətta İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasında baş nazir, prezidentin iqtisadi məsələlər üzrə köməkçisiləri, maliyyə naziri, iqtisadiyyat naziri, Mərkəzi Bankın sədri və Milli Məclisinin sədr müavini daxildir.
İkincisi, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu 2014-cü ilin yanvar ayının 1-dən qüvvəyə minməsinə baxmayaraq, nə İqtisadiyyat, nə Maliyyə Nazirliyində, nə də ki, Dövlət Neft Fondunda İctimai Şuralar fəaliyyət göstərir.
Üçüncüsü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən İctimai Şuranın fəaliyyəti 25 fevral 2020-ci ildə başa çatıb, yenisi hələ formalaşmayıb. Əlsində birdəfəlik (190 manat) ödəmədəki yarıtmaz təşkilati işlərə görə ictimaiyyətin qəzəbinə gələn ƏƏSMN-də İctimai Şuranının fəaliyyətinin bərpa olunması və bu tip məsələlərə müdaxiləsi zəruridir.

Yekun olaraq, onu bildirmək istərdim ki, İctimai Şuralarda təmsil olunan hökümətyönlü QHT nümayəndələrinin loyallığı onsuz da dövlət orqanlarının qərarlarında ictimai rəylərin və mövqelərin nəzərə alınması imkanlarını zəiflədir. Bu istiqamətdə nisbətən effektiv işləyən Təhsil Nazirliyinin və bəzi dövlət Universitetlərinin nəzdində fəaliyyət göstərən İctimai Şuralardır. Amma formal olsa da belə bəzi mərkəzi və yerli icra hakimiyyəti nümayəndələri bu Qanuna əməl etmirlər. Hətta bəzi yerli icra hakimiyyətlərində nominal olsa da İctimai Şura yaradılsa da başçıları son günlərdə nə Biləsuvar, nə də İmişli rayon icra hakimiyyətində belə bir qurum indiyədək fəaiyyət göstərməyib. Odur ki, ictimai iştirakçılığa çağırışlar mənasiz bəyanatlar, korrupsionerlərin həbsləri isə siyasi şoulardır. Görünən odur ki, Azərbaycanda koronavirus pandemiyası bitəcək, amma korrupsiya virus pandemiyası həmişə olacaq.

 

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda