Home

Beyin mərkəzlərinə empirik vəkillik strategiyası üzrə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti təlim təşkil edib. Təlimın başlıca məqsədi tərəfdaş beyin mərkəzlərinin düzgün və uğurlu vəkillik siyasətinin hazırlanması və həyata keçirilməsi sahəsində bilik və bacarıqlarının artırılması olub. Təlimi Varşavada yerləşən İctimai Əlaqələr İnstitunda siyasi təhliçisi Piotr Kazmierkieviç aparıb. P. Kazmierkieviç Cənubi Oreqon Universitetinin və Mərkəzi Avropa Universitetinin məzunudur. PASOS, Açıq Cəmiyyət İnstitutu, Avropa Komissiyası, BMT-nin İnkişaf Proqramı və Miqrasiya üzrə Beynəlxalq Təşkilatda siyasi təlimçi və konsultant kimi fəaliyyət göstərib.
Gəncə, Şəki və Bakıda fəaliyyət göstərən 18 tərəfdaş qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı təlimi İTM İdarə Heyətinin sədri Qalib Bayramov açıb. Bildirib ki, Azərbaycanda müstəqil beyin mərkəzlərinin səsinin eşidilməsi ciddi problemləri olan bir sahədir: “Aparılan tədqiqatların nəticələrinin aidiyyəti siyasət qərarları qəbul edənlərə çatdırılması üçün uğurlu vəkillik işlərinin aparılması başlıca şərtlərdən biridir. Buna görə də biz bu təlimi emprik – yəni dəlil və sübutlara əsaslanan vəkillik strategiyasının hazırlanması və həyata keçirilməsi mövzusuna həsr etdik.” Daha sonra İTM sədri təlimçini iştirakçılara təqdim edib. Onun sözlərinə görə, sayca 5-ci olan təlim layihə çərçivəsində tərəfdaş beyin mərkəzlərinin institutsional inkişafına yönəlik sonuncu belə tədbirdir: “Bundan sonrakı təlimlər bilavasitə təşkilatların tədqiqat imkanlarının artırılmasına yönələcək.”
Q.Bayramovun qısa çıxışından sonra təlim başlayıb. Təlimin ilk günü iştirakçılara “Siyasət qərarlarının qəbulu prosesi: nəzəriyyə və praktika”, “Siyasət qərarlarını qəbul edənlər və müstəqil tövsiyə hazırlayanlar” və “Vəkillik prosesinin planlaşdırılması” mövzusunda, ikinci günü “Siyasət qərarlarının qəbulu sahəsində problemlərin müəyyən edilməsi və arqumentlər”, “Dəlillərin toplanması”, “Siyasət sənədlərinin nəticələrində tapıntıların yeri”, “Səmərəli siyasət sənədinin strukturu. Vəkillik sahəsində siyasət sənədlərinin müxtəlif növlərindən istifadə” mövzusunda, 3-cü günü isə “Mesajın çatdırılması və rəylərin verilməsi”, “Tövsiyələrin inkişafı”, “Tövsiyənin davamlılığı və tanıtımı” mövzusunda məlumat verilib, işçi və plenar sessiyalarda qrup işi aparılıb.
Qeyd edək ki, təlimin sonunda tərəfdaş beyin mərkəzlərinə institutsional inkişafla bağlı təlimlərdə iştirakçılığa dair sertifikatlar təqdim olunub.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.

Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda