Home

İqtisadi Tədqiqatlar Mərkəzi beyin mərkəzləri üçün strateji planlaşdırma təlimi təşkil edib

Oktyabrın 22-24-də İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yerli vətəndaş cəmiyyəti institutları üçün “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusunda 3 günlük təlim təşkil edib. 
Təlimdə 3-ü regionlardan (Gəncə, Şəki) olmaqla 17 tərəfdaş qeyri-hökümət təşkilatının menecer və tədqiqatçılarından ibarət 22 nümayəndə iştirak edib. Təlimi Sinqapurda yerləşən “Siap Solutions Pte Ltd” konsaltinq şirkətinin icraçı direktoru Rainer Heufers aparıb. Qeyd edək ki, bu şirkət beynəlxalq səviyyədə beyin mərkəzlərinə, siyasi partiyalara, şirkətlərə və hökumət agentliklərinə strateji məsləhətvermə, ictimai-siyasi sahədə məsləhətvermə, liderlik təlimi və digər xidmətlər göstərməklə məşğuldur. Rainer Heufers həmçinin illik “ MBA Beyin Mərkəzi” proqramını həyata keçirdiyi Atlas İqtisadi Tədqiqat Fondunda baş əməkdaşdır. Proqramın 2008-ci ildən başlandığı dövrdən bu günə kimi Rainer 6 qitədə 100-dən çox beyin mərkəzinin liderlərinə təlimlər keçib və onlara strateji biznes planının hazırlanmasında və eyni zamanda onların liderlik bacarıqlarının möhkəmləndirilməsində yardımçı olub.
Təlimin açılışında İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu çıxış edərək Azərbaycanda beyin mərkəzlərinin inkişafı, bu sahədə mövcud problemlərdən danışıb. İTM-in beyin mərkəzlərinin beynəlxalq standartlara uyğun strukturlaşması istiqamətində irəli sürdüy təklifi müsbət qarşıladığı üçün Avropa İttifaqına təşəkkürünü bildirib. Q.İbadoğlu həmçinin təlimçini iştirakçılara təqdim edib.
Avropa İttifaqının nümayəndəsi Olaf Heidelbach Avropada beyin mərkəzlərinin ictimai həyatda böyük rolunun olduğunu, hökumətlərin belə mərkəzlərin rəy və tövsiyələrinə çox ciddi yanaşdıqlarını deyib: “Bu layihəni maliyyələşdirməkdə məqsədimiz Azərbaycanda beyin mərkəzlərini gücləndirməkdir ki, onlar da hökumətə zəruri tövsiyələri verə bilsinlər. Bu isə o zaman mümkündür ki, həmin tövsiyələr maraqlı və dərin araşdırmalara istinad etsin.”
Daha sonra təlim başlayıb. Tədbirin birinci günü R.Heufers iştirakçılara “Strateji düşüncə, strateji planlaşdırmaya giriş” mövzusu ətrafında biliklər verib. Mövzu çərçivəsində iştirakçılar strateji planlaşdırma, missiya və bəyannamələr ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı təlimçi strateji planlaşdırma zərurəti, ondan gözlənilən effekt və sairlə bağlı iştirakçıları məlumatlandırıb. Daha sonra onlar qruplara bölünərək mövzu ilə bağlı təqdimatlar hazırlayıb, fikir mübadiləsi aparıblar. Birinci gün həmçinin iştirakçılar strateji planlaşdırmanın mühüm komponenti olan SWOT təhlili ilə bağlı müzakirələr aparıblar. Təlimin ikinci günü “Strateji planın inkişaf etdirilməsi”, “Strateji hərəkətlərin formalaşdırılması”, “Strateji planlaşdırmada qarşıya qoyulan məqsədlər”, “Hədəfə alınmış auditoriya” mövzusunda məlumatlandırma, müzakirələr və qrup işi aparılıb. Təlimin üçüncü günü “Strateji kommunikasiya planı”, “Kommunikasiyanı strateji plana inteqrasiya etmək yolları”, “Strateji qiymətləndirmə – nəticələr, zəncirvari təhlil” mövzularına həsr olunub. İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirin sonunda İTM İdarə Heyətinin üzvü Vahid Məhərrəmov Mərkəz adından təlimçi və iştirakçılara təşəkkürünü bildirib, Azərbaycanın tarixi və mədəniyyətinə dair məlumatları əks etdirən hədiyyəni R.Heufersə təqdim edib.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.
Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda